Məhkəmə qərarları › İş №2(010)-1286/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1286/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1286/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili X6 iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *3.05.2003-cü il təvəllüdlü oğlu X** Bakı şəhərində anadan olması barədə hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsi, milliyətiazərbaycanlı, ata qrafasında Ərizəçi və ana qrafasında-X*5 qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, onun oğlu X*9 *3.05.2003-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası ərizəçi, anası X*5 *992-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla birlikdə təsərrüfat ediblər. Arvadı Gürcüstan Respublikasının vətandaşı olmaqla sənədləri evdə olan yanğından heç bir sənədi olmadığından oğlu Sərxan doğulandan sonra ona doğum haqqında şəhadətnamə ala bilməyiblər. Oğlu Sərxan maddi imkanları olmadığından sənəd almamış və bu səbəbdən orta təhsil belə ala bilməmişdir. Sərxan həmişə yalnız fəhləliklə məşğul ola bilmişdir. Hazırda marketlərdə fəhlə içləmək üçün müraciət etdikdə ona şəxsiyyət vəsiqəsi tələb olunur ki, o da doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi də almağı mümkün omamışdır. Bu səbəbdən də, o rəsmi olaraq heç bir yerdə işləyə bilmir. Onların qeyri rəsmi nikahından 04.**.*993-cü il təvəllüdlü qızı X20, oğlu 05.*2.*996-cı il təvəllüdlü X22 və 28.03.*995ci il təvəllüdlü X*6 da doğulmuşdur. Sorğuya cavab olaraq 3 saylı doğum evindən daxil olmuş cavab məktubunda arvadı X7 3 saylı doğum evində *3.05.2003-cü il tarixində cinsi oğlan uşağı anadan olması faktı təsdiqənmişdir, oğlu Sərxanın qeyd olunan tarixdə Bakı şəhərində anadan olmasını qonşu və qohumlar və, eyni zamanda valideyinləri də təsdiqləyə bilərlər. Hətta, oğlu Suraxanı rayon Məhkəməsinin *(0*0)-47*/2023 saylı, **.07.2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.3, və *77.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Suraxanı rayon qeydiyyat şöbədsində bu barədə mürcaiət etsələr də, oğlunun doğum haqqında şəhadətnamə verməmişlər və bu brədə imtina məktubu təqdim etmişlər. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin vəkili X*3 ərizəni müdafiə etdiyini, şahidlər qonşuları olduğunu, onların artıq 20 ildən çoxdur eyni ünvanda yaşadıqlarını bildirmişdir. Bələdiyyəyə sorğu verildiyini, yaşayış yerlərindən arayışın alındığını qeyd etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlunun doğum faktının müəyyən olması üçün məhkəməyə müraciət etdiyini, şahid ifadələri və bir sıra iddia ərizəsinə əlavə olunmuş sənədlər də Şxıyev Sərxanın doğum faktını sübut etdiyini, Suraxanı rayon Məhkəməsinin oğlun barəsində hökmü olduğunu bildirmişdir. Doğum evindən daxil olmuş sorğuya cavab məktubundan da görünür ki, həmin tarixdə cinsi oğlan uşağı anadan olmuşdur. Bunları nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin oğluna sənəd düzəltmək istədiyini, 20 ildən yuxarı qapı bir qonşu olduqlarını, uşağın adının Sərxan olduğunu, cəmi 4 uşağın – 2 qız 2 oğlan olduğunu bildirmişdir. Əlavə olaraq evləri yandığı üçün sənədlərin də itdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Qonşunun oğlunun sənədinə görə gəldiyini, *996-cı ildən həmin məhəllədə qaldığını, ərizəçinin 2 oğlu və 2 qızı olduğunu, qızların və * oğlunun ailəli olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ərizəçi qonşusudur. *6-*7 il öncə evləri yandığını, ev yananda uşağın artıq olduğunu, qapı bir qonşu olduqlarını, ərizəçinin 2 qızı, 2 oğlunun olduqlarını bildirmişdir. Əlavə olaraq * oğlunun və 2 qızı da ailə qurduqlarını, Sərxanən kişik uşağın olmasını bildirmişdir. İş materialları. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X24 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X27” Publik Hüquqi şəxsi 3 nömrəli Doğum Evinin xx.xx.2022-cü il tarixli, 32 nömrəli məktuba cavabdan görünür ki, X*5 3 nömrəli doğum evində *3.05.2003-cü il tarixində həqiqətən cinsi oğlan uşağı doğmuşdur. xx.xx.2023-cü il tarixli, 3*6-5/7-8*6-2023/75 saylı Bakı şəhər Suraxanı rayon Qeydiyyat X2 mətubundan bildirilir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 3*.*0.2023-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssiəsinndən sənəd təqdim edilməlidir. Göstərilənlərə əsasən “doğum faktının müəyyən edilməsi” ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 22 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubadan görünür ki, vənətdaş X8 şəxsiyyəti təsdiq edən heç bir sənədi olmadığından arayış verməkləri səlahiyyətləri xaricindədir. Suraxanı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş *4.*0.2008-ci il tarixli AZ-İİ seriyalı *42200 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş təkrar surətindən görünür ki, X22 (atası Ərizəçi, anası X*5) 05 dekabr *996-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.03.*997-ci il tarixdə 264 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş *4.*0.2008-ci il tarixli AZ-İİ seriyalı *42*97 nömrəli doğum haqqında şəhadətnamənin təkrar surətindən görünür ki, X20 (atası Ərizəçi, anası X*5) 04 noyabr *993-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *2.03.*997-ci il tarixdə 70B (70*3) nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş *4.*0.2008-ci il tarixli AZ-İİ seriyalı *42*99 nömrəli doğum haqqında şəhadətnamənin təkrar surətindən görünür ki, X*6 (atası Ərizəçi, anası X*5) 28 mart *995-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *2.03.*997-ci il tarixdə 70B (7**3) nömrə ilə qeyd edilmişdir. İş materiallarına X*9 barəsində rəngli fotoşəkillər təqdim olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin *(0*0)-47*/2023 saylı, **.07.2023-cü il tarixli hökmdən görünür ki, ünvan 1 ünvanda yaşayan, *2 may 2003-cü il təvəllüdlü X*7 Azərbaycan Respublikası CM-nin *77.2.*-ci, *77.2.3-cü və *77.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətinin törədilməsində təqsirli bilinərək 02 il 6 ay müddətə azadlığın məhudlaşdırılması növündə cəza təyin edilmişdir. 0*.04.2024-cü il tarixli, 73 nömrəli AR Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı bələdiyyəsinin arayışından görünür ki, Şahid* Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində 83 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. 0*.04.2024-cü il tarixli, 74 nömrəli AR Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı bələdiyyəsinin arayışından görünür ki, X* qəsəbəsi, 2-ci Mədən küçəsində 49 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. 0*.04.2024-cü il tarixli, 75 nömrəli AR Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı bələdiyyəsinin arayışından görünür ki, Ağayev X9 qəsəbəsi, 2-ci Mədən küçəsində 85 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd ...46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır... Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.*. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.... Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *66. Doğumun qeydə alınması qaydası *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. *66.2-*. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə *68. Doğum haqqında qeydiyyat *68.*. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. *68.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı. 2.2-*. ...Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd (bu Qaydanın *.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.... 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın *.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;... 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-*. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.2-*-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır.... 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq *6 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış *6 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X** Bakı şəhərində anadan olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, MPM-nın 307.2.3-cü maddəsində nəzərdə tutulmuş doğumun qeyd edilmə faktına deyil, həmin Məcəllənin 307.2.**-ci maddəsində nəzərdə tutulmuş hüquqi əhəmiyyəti olan digər faktı (doğum faktı) müəyyən edilməlidir. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Ərizəçi və X*8 faktiki nikah münasibətlərində olmuşdurlar. Bu münasibətlərdən onların övladları dünyaya gəlmiş, həmin övladlar üçün doğum haqqında şəhadətnamələr rəsmi olaraq yazılmışdır: 05.*2.*996-cı il təvəllüdlü X22, 04.**.*993-cü il təvəllüdlü X20 və 28.03.*995-ci il təvəllüdlü X*6. Eyni zamanda, iş materiallarına əlavə edilən 3 saylı doğum evinin sorğuya cavabından görünür ki, X*5 *3.05.2003-cü il tarixdə oğlan cinsi olan uşağı dünyaya gətirmişdir. Bu uşağa görə doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin və şahid ifalərindən görünür ki, ərizəçinin evində yanğın baş vermiş və bunun nəticəsində sənədlər məhv olmuşdur. Digər uşaqların doğum haqqında şəhadətnamələrin olmasına baxmayaraq, *3.05.2003-cü il təvəllüdlü Sərxan adlı uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Suraxanı rayon Məhkəməsinin hökmünə əsasən, X*7 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, məhkəmə iclasında iştirak etmiş, sənədləri olmadığından, iştirakçı qismində cəlb olunmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından və şahid ifadələrindən görünür ki, Ərizəçi və X3 adlı övladının valideynləridir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3.05.2003-cü il təvəllüdlü X** Bakı şəhərində anadan olması faktı müəyyən edilməli, X** milliyətiazərbaycanlı, ata qrafasında ata adı Ərizəçi, ana qrfasında ana adı X*5 olaraq qeyd edilmədir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *3.05.2003-cü il təvəllüdlü X** Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. *3.05.2003-cü il təvəllüdlü X** milliyəti-azərbaycanlı, ata qrafasında ata adı - Ərizəçi, ana qrafasında ana adı- X*5 olaraq qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar