Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1291/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 248 saylı evin cəmi sahəsi 43 m2 təşkil edən mənzil üzərində mərhum X2nun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və həmin mənzilin barəsində sərəncam vermək faktının müəyyən edilməsi və həmin mənzilin mərhum X30un mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlliləri X2 uzun müddət “Suraxamneft” NQÇİ-də neft hasilatı üzrə operator vəzifəsində işləmişdir. Orada işlədiyi müddətdə Bakı şəhər XDS İK-nin 03 iyul *986-cı il tarixli 2266*3 saylı orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 248 saylı evin sahəsi 2* m2 təşkil edən * otaqdan ibarət *0 saylı mənzili X30a verilmiş və həmin vaxtdan atası, həmçinin onun ailə üzvləri həmin evdə yaşamışdır. Bundan sonra “Suraxamneft” NQÇİ tərəfindən atasının ailə üzvlərinin 5 nəfər, yəni özü, anası və 3 nəfər uşaqlarından ibarət olması nəzərə alınaraq həmin mənzilə bitişik olan sahəsi 22 kv.metr təşkil edən * otaq da əlavə olaraq X30a verilmiş və mənzilin ümumi sahəsi 43 m2 çatdırılmışdır. Bu barədə “Suraxanıneft” NQÇİ tərəfindən 29.*2.*993-cü il tarixli 47 saylı qərar qəbul edilmişdir. Həmin qərarın üzərinə “04.0*.*994” qeydi edilməklə imzalı dərkənar qoyulmuşdur. X2 pensiya yaşına çatdıqdan sonra Qusar rayonu Hil kəndinə köçərək orada yaşamağa başlamışdır. 04.0*.20*6-cı il tarixdə X30 vəfat etmişdir. İddiaçı və 2 nəfər bacılarının mərhum atasının qanun üzrə vərəsəlik hüquqları tanınmış və atasının Qusar rayonu Hil kəndində yerləşən əmlakları vərəsəlik yolu ilə onların mülkiyyətinə verilmişdir. X30 vəfat edənədək Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 248 saylı evin sahəsi 43 m2 olan *0 saylı mənzili isə mülkiyyət hüququ üzrə mərhum atasının adına qeydiyyata alınmamışdır. Bu yaxınlarda o, mərhum atasının qanun üzrə vərəsəsi olaraq həmin mənzilin xüsusi mülkiyyət hüququ mərhum atasının adına qeydiyyata alınması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən ona bildirilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, həmin mənzilin 2* m2 ibarət otağın mərhum atasına verilməsinə dair müvafiq order olsa da, digər 22 m2 ibarət otağın verilməsinə dair müvafiq order və ya qərar mövcud deyildir. O, həmin idarəyə 22 m2 sahəsi olan otağın mərhum atasına verilməsinə dair “Suraxanıneft” NQÇİ-nin 29.*2.*993-cü il tarixli 47 saylı qərarını təqdim etsəm də, həmin sənədin əsli olmadığından, yəni itdiyindən, həmçinin həmin qərar arxivdə aşkarlanmadığından Bakı şəhəri Suraxanı rayonu, Z.Əliyev küçəsi 248 saylı evin cəmi sahəsi 43 m2 təşkil edən *0 saylı mənzilinə dair mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi mümkün olmamışdır. Həmin idarə tərəfindən bu barədə 06.*2.202*-ci il tarixli 2*302025524* saylı məktub verilmişdir. Hal-hazırda o, mərhum atasına verilmiş həmin mənzildə qeydiyyatdadır və uzun müddətdir ki, həmin mənzili idarə edir, onun bütün kommunal xərclərini də məhz özü ödəyir. Özündən başqa həmin mənzildə anası X6, X*3, X*7, X*8 da qeydiyyatdadırlar. Qeyd etdiyi sahəsi 43 m2 təşkil edən mənzil qanunvericiliyinin tələblərinə tam uyğun qaydada mərhum X30a verildiyindən, bu barədə müvafiq order verildiyindən, daha sonra isə “Suraxanıneft” NQÇİ tərəfindən müvafiq qərar qəbul edildiyindən, həmin vaxtdan mərhum atası öldüyü anadək mənzili mübahisəsiz qaydada istifadə etdiyindən həmin mərhum X30 həmin mənzilə dair sahiblik və istifadə hüquqlarını əldə etmişdir. Həmin vaxtdan etibarən həmin mənzilə dair sərəncam hüququnun əmələ gəlməsi üçün isə heç bir hüquqi maneə olmamış və halhazırda da yoxdur. Bununla da, mərhum atası əslində vəfat edənədək mülki qanunvericiliyinin tələblərinə əsasən həmin mənzilə dair sərəncam hüququnu da əldə etmişdir. Lakin, 29.*2.*993-cü il tarixli 47 saylı qərar itdiyindən və arxivdə aşkarlanmadığından mərhum atasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkünsüz olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi X7 ərzəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iclasa gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Asan 4 xidməti tərəfindən *3.04.202*-ci il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışından görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 248, mənzil *0-da X8, X*4, X*3, X*7, X*8 qeydiyyatdadır. Qusar RİŞB-nın Hil kənd ərazi üzrə nümayəndəliyi tərəfindən 08.0*.20*6-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*2 04.0*.20*6-cı il tarixdə ölmüşdür. Qusar rayon Notariat ofisinin 2*.*2.202*-ci il tarixli məktubundan görünür ki, Qusar rayon notariat ofisinə 04.0*.20*6- cı il tarixində vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi iiçün X**, Ərizəçi və X9 müraciəti daxil olmuşdur. Bildirir ki, X*8, Ərizəçi və X* Tahir Ebeydulla oğlunun vərəsələri sırasına daxildir. 2266*3 saylı 03.07.*986-cı il tarixli orderdən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 3 prom. Ev 248 mənzil *0 X*0 verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının *9.*0.202*-ci li tarixli məktubundan müəyyən olunur ki, Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə *986-cı il tarixli, 26 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərar *2.06.*986-cı il tarixli deyil, *4.03.*986-cı tarixli olmaqla orada X*2 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28.*0.202*-ci li tarixli məktubundan görünür ki, Suraxanıneftin (NQDU) arxiv sənədləri o, cümlədən 29.*2.*993cü il tarixli, 47 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin 06.*2.202*-ci il tarixli məktubundan görünür ki, qeyd olunan mənzilin mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.** -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın *-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun **.*-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ünvan 1 ünvanında yerləşən *0 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəçinin müraciətinə baxılmış, qeyd olunan mənzilin mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.**-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın *-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməməsi səbəbindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Qərarından göründüyü kimi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında yalnız o halda müəyyən edilir ki, itirilmiş sənəd məhz hüquqmüəyyənedici sənəd olsun. Məhkəmə müəyyən edir ki, ərizəçi ərizədəki tələbinin dəlili olaraq 22 m2 sahəsi olan otağın mərhum atasına verilməsinə dair “Suraxanıneft” NQÇİ-nin 29.*2.*993-cü il tarixli, 47 saylı protokoldan çıxarışı itirməsini və bu sənədin məhkəmədən kənar qaydada bərpasının mümkün olmamasını göstərmişdir. Lakin, məhkəmə qeyd edir ki, protokol “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.**-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici hesab edilən sənədlər siyasına aid deyil. Beləliklə, qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-in 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1291/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1291/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver