Məhkəmə qərarları › İş №2(010)-13/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-13/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-13/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “X5 Kompani S.A.” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 39 T 415827.00 m B 4475820.00 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması. İddia tələbinin dəlliləri “X5 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X5 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. "X5 Kompanı S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 39 T 415827.00 m B 4475820.00 m C koordinatlar iizrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Cavabdehin özbaşına zəbt etdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları “X5 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X5 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 39 T 415827.00 m B 4475820.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları; Suraxanı rayon İH nümayəndəsi M.Xankişiyevin, Suraxanı Oyl OQ və NBXnin növbə rəisi B.Cəfərovun və OQ və NBX-nin nəzarətçi S.Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli aktdan görünür ki, həmin tarixdə İ saylı neft-qaz çıxarma sexin ərazisində olan Yeni ünvan 1 ünvanda Cavabdeh tərəfindən tikinti aşkar edilmişdir. RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 288 nömrəli reyestr kitabının 268993 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanladığı məktubundan görünür ki, Neft-qaz əməliyyatlarının aparılması üçün "Kontrakt sahəsi"nin hüdudları daxilində istifadəsində olan, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ededilmiş tikiliyə dair mövcud olan sənədlərə münasibət bildirilməsi barədə xx.xx.2020-ci il 647/AS nömrəli müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətində qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə aid təqdim etdiyi sənədlər barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Hüquq və Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyindən görünür ki, “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin icraçı direktoru A.Sarıbalayev “X4 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 39 T 415827,00 m V 4475820,00 C koordinatları üzrə yerləşən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan iddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşib- yerləşməməsi barədə mütəxəssis rəyi verilməsini xahiş etmişdir. Müraciət tərəflərin iştirakı ilə yerində araşdırıldı. Naturada təqdim olunmuş torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ayrılmış torpaq sahəsinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 240.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 240.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y

1. 415817.583 4475811.651

2. 415822.345 4475828.763

3. 415830.925 4475827.962

4. 415830.925 4475820.608

5. 415831.349 4475820.608

6. 415831.349 4475818.628

7. 415834.791 4475818.015

8. 415833.612 4475807.314 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Suraxanı oyl). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1284 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 240.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 240.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY 1.415817.583 4475811.651 2.415822.345 4475628.763 3.415830.925 4475827.962 4.415830.925 4475820.608 5.415831.349 4475820.608 6.415831.349 4475818.628 7.415834.791 4475818.015 8.415833.612 4475807.314 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. (“Suraxanı Oyl).

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi “X5 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən müəyyən olunur ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X5 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 39 T 415827.00 m B 4475820.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları; Suraxanı rayon İH nümayəndəsi M.Xankişiyevin, Suraxanı Oyl OQ və NBXnin növbə rəisi B.Cəfərovun və OQ və NBX-nin nəzarətçi S.Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli aktdan müəyyən olunur ki, həmin tarixdə İ saylı neft-qaz çıxarma sexin ərazisində olan Yeni ünvan 1 ünvanda Cavabdeh tərəfindən tikinti aşkar edilmişdir. RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 288 nömrəli reyestr kitabının 268993 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanladığı məktubundan müəyyən olunur ki, Neftqaz əməliyyatlarının aparılması üçün "Kontrakt sahəsi"nin hüdudları daxilində istifadəsində olan, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə dair mövcud olan sənədlərə münasibət bildirilməsi barədə xx.xx.2020-ci il 647/AS nömrəli müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətində qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə aid təqdim etdiyi sənədlər barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Hüquq və Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 48 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin icraçı direktoru A.Sarıbalayev “X4 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 39 T 415827,00 m V 4475820,00 C koordinatları üzrə yerləşən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan iddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşib- yerləşməməsi barədə mütəxəssis rəyi verilməsini xahiş etmişdir. Müraciət tərəflərin iştirakı ilə yerində araşdırıldı. Naturada təqdim olunmuş torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ayrılmış torpaq sahəsinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 240.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 240.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y

1. 415817.583 4475811.651

2. 415822.345 4475828.763

3. 415830.925 4475827.962

4. 415830.925 4475820.608

5. 415831.349 4475820.608

6. 415831.349 4475818.628

7. 415834.791 4475818.015

8. 415833.612 4475807.314 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Suraxanı oyl). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1284 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 240.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 240.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY 1.415817.583 4475811.651 2.415822.345 4475628.763 3.415830.925 4475827.962 4.415830.925 4475820.608 5.415831.349 4475820.608 6.415831.349 4475818.628 7.415834.791 4475818.015 8.415833.612 4475807.314 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. (“Suraxanı Oyl). Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 39 T 415827.00 m B 4475820.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilməli və Cavabdeh hesabına sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur. Bundan əlavə, iş üzrə torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə “X5 Kompani S.A.” Şirkəti tərəfindən 80,51 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə 80,51 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya, 100 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 39 T 415827.00 m B 4475820.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikili hesab edilərək sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının AZ02AİİB******************** №-li hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 80,51 (səksən manat əlli bir qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq iddiaçı “X5 Kompani S.A.” Şirkətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar