Məhkəmə qərarları › İş №2(010)-133/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-133/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-133/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddia üzrə və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızlarının mərhum əri X4 ölümündən sonra qalmış miras əmlakın, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X8 05.04.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan üç qız övladı anadan olmuşdur. Əri 10 saylı DNK-nın 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan keçməklə ünvan 3 saylı fərdi yaşayış evi almışdır. Qeyd olunan fərdi yaşayış evi hal-hazırda ərinin şəxsi mülkiyyətidir. X3 02.07.2000 il tarixdə ölmüşdür. Məlumat üçün bildirir ki, ərinin ölümündən sonra miras əmlak kimi qalmış ünvan 2 ünvanda qalmış fərdi yaşayış evinə aid vərəsəlik şəhadətnaməsinin alınması üçün 4 saylı "Asan Xidmət" mərkəzində Notariat ofisinə müraciət etmiş,qeyd olunan DNK-da vərəsəlik işi açılmasına baxmayaraq 14.08.2019 il tarixli 1530 saylı cavab məktubu ilə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, müraciəti əsasında 02.07.2000-ci ildə vəfat etmiş X4 adına vərəsəlik işi açılmışdır. Orada bildirilmişdir ki, mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədikləri üçün mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməlidir. Bununla bağlı Bakı şəhəri Suraxanı rayon məhkəməsinə miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə iddia ilə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08.11.2019 il tarixli 2(010)-5226/2019 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunaraq ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun tərəfindən miras əmlak olaraq qəbul edilmiş sayılması qət olunmuş və ünvan 4 ünvanda qalmış fərdi yaşayış evinə dair İddiaçı, yəni onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi «Asan-4» xidmət mərkəzində yerləşən notariat kontoruna, hüquq müəyyənedici və texniki sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ərinin ölümündən sonra o və üç qızı varisləridir. Vərəsələrdən miras əmlakla bağlı aralarında heç bir narazılıq yoxdur. Bundan başqa o, notariat orqanında bildirmişdir ki, ərinin ölümündən sonra miras əmlak kimi qalmış onun şəxsi əmlaklarını və mübahisəsi olunan fərdi yaşayış evi tərəfindən faktiki qəbul olunmuş və idarə edilmişdir. Onlar ərinin ölümündən sonra miras əmlak kimi qalmış göstərilən fərdi yaşayış evinə yiyələnmiş, ondan istifadə etmişdirlər. Ərinin ölümündən sonra onun miras mərasimi tərəfindən götürülmüş, üzr məclisi ərinin və onun tərəfindən qazanılmış pulla götürülmüşdür. Məlumat üçün bildirir ki, ərinin ölümündən sonra miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə iki ev olmuşdur. Əri hələ sağlığında evlərdən birini qardaşına müvəqqəti yaşamaq üçün vermişdir. Ərinin ölümündən sonra o, miras evi kirayəyə vermək istəmiş və bu barədə fikrini bildirmişdir. Bu fikrini bilən cavabdeh ona bildirdi ki, ona kirayə haqqı verə bilər. İddiaçı onunla razılaşdı və iddiaçıya 2017-ci ilə qədər kirayə haqqı verməklə orada yaşamışdır. Ərinin ölümündən sonra ona məxsus mağazası da qalmışdı. Həmin mağaza da mənim tərəfindən qaynına kirayəyə verilmişdir. 2017-ci ildə o, qaynına xəbər göndərdi ki, iddiaçıya ödənilən kirayə haqqı az olduğundan kirayə haqqını artırır. Onun bu xəbərindən sonra o iddiaçı ilə mübahisə etmiş və sonda o, onları ərindən qalan evinə və mağazaya buraxmadı. Yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08.11.2019 il tarixli 2(010)- 5226/2019 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmasından ötrü, yəni vərəsəlik şəhadətnaməsi verilməsindən ötrü notariat kontoruna göndərilmişdir. ASAN-4 Xidmət mərkəzində yerləşən Notariat kontoru 2 dəfə ərinin adına olan qeydiyyat vəsiqəsinin verilməsi üçün DƏDRX-nə sorğu vermişdir. Hər dəfə sorğuya cavab olaraq DƏDRX-ti tərəfindən verilən cavab məktubunda göstərilmişdir ki, şərait yaradılmadığı üçün mübahisəli evin hüquqmüəyyənedici və texniki sənədlərinin verilməsi mümkün olmamışdır. Qeyd olunan şəraitin yaradılmasını isə o, zorla təmin edə bilmir. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, onun və qızlarının mərhum əri X4 ölümündən sonra qalmış miras əmlakın, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh 21.07.2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi verərək, 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı Şəhəri Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və X5 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı notariat ofisinə, sonra isə məhkəməyə müraciət edərək bildirmişdir ki, X3nun ölümündən sonra miras əmlak kimi qalmış onun şəxsi əmlaklarını və mübahisə olunan Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvanında fərdi yaşayış evini faktiki qəbul etmiş və idarə etmiş -miras əmlak kimi qalmış fərdi yaşayış evinə yiyələnmiş, ondan istifadə etmiş -əri Atifin ölümündən sonra güya miras əmlak kimi qalmış fərdi yaşayış evi onun və qız övladları tərəfindən faktiki qəbul edilmiş-ona yiyələnmiş, ondan istifadə etmiş, əri Atif Babayevin ölümündən sonra onun nəşi tərəfindən götürülmüş, miras mərasimi, üzr məclisi özünün və ərinin qazandığı pulla götürülməsi barədə, həmçinin ərinin ölümündən sonra sonuncuya məxsus olan bütün şəxsi əmlaklarıqızıl saatı, qızıl üzüyü pul vəsaiti və sair onların sərəncamında olduğu barədə dəlillərə istinad etmiş və onu da əsas gətirmişdir ki, əri hələ sağlığında evlərdən birini qardaşına (yəni ona) müvəqqəti yaşamaq üçün vermiş, əri öləndən sonra isə özü miras evi və ərindən miras qalmış mağazanı mənə kirayəyə vermiş, o da ona 2017-ci ilə qədər 50 manat kirayə haqqı verməklə orada yaşamışdır, kirayə haqqını artırmamışdır, mübahisə edərək onları ərindən qalmış evə və mağazaya buraxmamışdır.Yuxarıda qeyd olunan məlumatları notariat ofisinə bildirmiş, lakin nirasm faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyindən notariat ofisi 14.08.2019-cu il tarixli, 1530 saylı cavab məktubu ilə ona vərəsəlik şəhadətnaməsi verilməsinə imtina etmiş və bildirilmişdir ki,mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməlidir. Ərizəçi mirası faktiki qəbul etmədiyi halda ərinin ölümündən 19 il sonra (2019-cu ildə) mirasın qəbulu üçün notariat kontoruna müraciət etmişdir. Hesab edir ki, qanunvericiliyin müddəalarından da göründüyü kimi İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı isə miras əmlakı həqiqətən qəbul etdiklərini sübut edə bilməmişdir. Mübahisəli ünvanda qardaşım Atifdən miras qalmış hesab olunan hər hansı bir əmlak varsa o da faktiki alaraq atası və onun tərəfindən qəbul edilmişdir. Cavabdeh 4 Saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi mirasın faktiki qəbulu ilə bağlı sübut təqdim edə bilmədiyi ilə əlaqədar ərizəçi İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina etməkdə haqlı olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226\2019 saylı, 08.11.2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı mirasın faktiki qəbulu ilə bağlı ərizəsi təmin edilərək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilmiş sayılması qət olunmuş və Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6,8 ünvanında qalmış fərdi yaşayış evinə dair İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi “Asan-4” Xidmət Mərkəzində yerləşən notariat kontoruna hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qətnamədə istinad edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 21.06.2019-cu il tarixli məktubuna əsasən Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evi 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.X1 adına Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. X5 adına Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat idarənin arxivində aşkar edilməsə də həmin evi satan şəxsin adına fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat idarənin arxivində olmamışdır.Bu sənəd olmasaydı sözü gedən ev nə dövlət reyestrində qeydə alınmazdı, nə də notariat kontorunda alqı-satqının predmeti olmazdı. Belə ki, miras qalmış yaşayış evində faktiki yaşama, müvəqqəti və ya daimi yaşama, qeydiyyatda olma halı müvafiq içra hakimiyyəti orqanı ( DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, MKİS, X10 Ərazi Dairəsi Üzrə nümayəndəsi) tərəfindən verilmiş arayışsənəd əsasında təsdiq oluna bilərdi. Mirasın tərkibinə yaşayış evi daxildirsə onun yeri, ümumi sahəsi- yaşayış və yardımçı sahələri, yaşayış otaqlarının sayı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş müvafiq hüquqverən sənədlərlə-fərdi yaşayış evinə dair texniki pasportla təsdiq oluna bilərdi. O cümlədən mirasın qəbulu üçün müəyyən olunmuş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınması mötəbər sübutla -müqavilə və digər rəsmi sənədlə təsdiq oluna bilər .Belə mötəbər, ‘ sübutlar, eyni zamanda Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu maddəsində nəzərdə tutulmuş sənədlər iş materiallarında olmadan ,təqdim edilmədən və ya tələb edilmədən, yerində müayinə belə keçirilmədən işə baxan məhkəmə qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını nədənsə ərizəçinin, onun qızlarının , öyrədilmiş şahidlərin yanlış məlumatları ilə təsdiq edərək qətnamə çıxarmışdır. Mübahisəli ünvana giriş taxta darvazadan sağ tərəfdə yanmış evin təxminən 30 metr aralıda həyətyanı boş torpaq sahəsində 1987-ci ildən başlayaraq atamın köməkliyi ilə imkanımız olduqca özümə tikintisinə icazə almadan 6 otaqlı ev və mətbəx tikməyə başladı.Əslində mübahisəli ünvanda 9 otaq tikmişdir. 1993-cü ildə 4 otaqlı evin iki otağın iç təmir işlərini başa çatdıraraq X11 ilə evlənərək onu 4 otaqlı evinə gəlin gətirmişdir.Bu evində Nigarla birgə yaşadığı dövrdə də qalan və əlavə otaqların tikinti-təmir işlərini aparmışdır. Sonradan da yenə öz vəsaiti hesabına Nigarın gəlin köçdüyü 4 otağı oğlu Nəcməddin üçün ayırmışdır,dam örtüyünü düzəltmişdir. Evinin qarşı tərəfinə bitişik əlavə otaqlar da tikmişdir, giriş hissə və mətbəxt əlavə etmişdir, orada Nigar ilə o və digər oğlu ilə birlikdə yaşayırlar. Bu yaşadığı fərdi yaşayış evinin həyətinə yol tərəfdən yeni giriş dəmir darvaza qoymuşdur. Öz vəsaiti ilə tikdiyi fərdi evində həyat yoldaşı Nigarla uzun müddətdir ki, birgə təsərrüfat aparmaqla yaşayırlar ,uşaqları Nəcməddin və Səbrəddin bu evdə doğulubböyüyüblər. Başqa yaşayış sahəmiz yoxdur. Həyat yoldaşı Nigar mübahisəli ünvanda 1994-cü ildən daimi pasport qeydiyyatında olmaqla hazırkı vaxta qədər də onunla birlikdə 4 otaqlı fərdi evində uşaqları ilə birlikdə yaşayır.Uşaqları da mübahisəli ünvanda daimi pasport qeydiyyatındadırlar. Belə ki, o, həmçinin ailə üzvləri mübahisəli ünvanda İddiaçı məhkəməyə verdiyi məlumatda olduğu kimi kirayəşin və ya müvəqqəti yaşayan yox, daimi yaşayan şəxslərdirlər. Mübahisəli ünvanda ailə üzvləri ilə qeydiyyatda olduğu Bülbülə qəsəbəsi İƏD Üzrə Nümayəndəliyinin 15.05.2020-ci il tarixli Arayışı ilə təsdiq olunur. Evi özbaşına tikili olduğu üçün ona DƏDRX-dən çıxarış əldə etməmişdir Beləliklə, mübahisəli ünvanda miras açılan vaxt- 02 iyul 2000-ci ildə iki ev olub. Hesab edir ki, həmin yanmış evə onun əvvəlki mülkiyyətçisi Əli Abbas kişinin mülkiyyət hüququnun qeydiyyatı ləğv edilməmiş saxlanılmış və belə bir vəziyyətdə həmin evə dair qardaşı Atiflə 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsi baglanmışdır.Məhz bu səbəbdən də Atifın adına mübahisəli evə dair texniki pasport tərtib edilməyə bilərdi. Atifın adına mübahisəli evə dair texniki pasport haqqında məlumat reyestr xidmətinin arxivində aşkar edilməsə də Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 ünvandakı fərdi yaşayış evini Atif Babayevə satmış mülkiyyətçi Əli Abbas adlı şəxsin adına onun satdığı evin texniki pasportunda həmin evin yeri, ölçüləri, texniki göstəriciləri nəzərdə tutulmuşdur.Hər bir halda həmin sənədlə miras əmlakın tərkibi müəyyən edilə bilər.Yanmış evin və ya qırmızı kərpiçli evin( bu qırmızı kərpicli ev son bir neçə ildir ki, şəraitsiz,uçuq,məhf olmuş vəziyyətdə yerindədir), yoxsa 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib-təmir edərək 1993-cü ildən ailə üzvləri ilə birlikdə faktiki daimi yaşadığı evin miras ev olubolmadıgı məlum olacaq. Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı ünvanda 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmetinin hansı fərdi yaşayış evi olduğunun müəyyən edilməsi zəruriliyi işin mahiyyətindən irəli gəlir. Çünki, mübahisəli ünvanda yaşayış üçün yeganə şəraitli ev yalnız 1987-ci ildən atası ilə tikintisinə başlamaqla tikib -təmir edərək ailə üzvləri ilə yaşadığı evdir. Hazırda İddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5226\2019 saylı, 08.11.2019-cu il tarixli qətnaməsini əsas gətirməklə mübahisəli ünvanda ailə üzvləri ilə yaşadığı, ümumiyyətlə 1974-cü il alqı-satqı dövründə mövcud olmamış, sonradan atasının və onun pul vəsaiti ilə tikilmiş müasir təmirli-şəraitli fərdi yaşayış evimi ələ keşirmək niyyəti ilə məhkəməyə yanlış məlumatlarla müraciət etmişdir.10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı Şəhəri Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və X5 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsi ilə ilkin iddia baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Qanunun 18.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, istər “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Azərbaycan Respublikası Qanununun müddəaları, istərsə də Mülki Məcəllənin 150-ci maddəsi daşınmaz əmlakın məhv olmasının dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməsini zəruri dispozitiv şərt kimi tələb edir; hazırkı işin hallarına görə isə, həmin müvafiq icra hakimiyyəti orqanı qarşılıqlı iddia üzrə iddiaçının məhv edilməsi ilə bağlı qeydiyyatının ləğv edilməsi tələb olunan əmlakın məhv olmasını nəinki təsdiqləməmişdir, həmin müvafiq icra hakimiyyəti orqanı həmin əmlakın məhv edilməsi halın təsdiqlənməsi ilə əlaqədar müraciət edilməmişdir. Bununla da qarşılıqlı əksinə iddiaçının belə bir iddianın qaldırmasının yolverilməz olduğunu bildirməklə iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əəsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qarşılıqlı iddianı araşdırıb, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 izahatını dinləyib hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair tələb məhkəmədə baxılmalı olmadığından, hazırki mulki iş üzrə icraata xitam verilməlidir. Qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh izah edilməlidir ki, qeyd olunan tələblə əlaqədar müvafiq icra hakimiyyəti orqanına, o cümələdən Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair tələb məhkəmədə baxılmalı olmadığından, hazırki mulki iş üzrə icraata xitam verilsin. Qarşılqlı iddia üzrə iddiaçı X6 izah edilsin ki, qeyd olunan tələblə əlaqədar müvafiq icra hakimiyyəti orqanına - Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar