Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1350/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 05 sentyabr 2019-cu il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində 112 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh Cəfərova (Məmmədova) Bahar Məhərrəm qızı ilə 05 sentyabr 2019-cu il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olsa da, ailə münasibətlərində olmamışdır. Məqsədi toydan əvvəl nikaha daxil olmaq olsa da, ailə münasibətlərində olmamışdırlar. Məqsədləri toydan əvvəl nikaha daxil olmaq olmuşdur. Lakin sonradan məlum oldu ki, Baharın əsas məqsədi onunla ailə qurmaq deyil, onunla Almaniyada yaşamaq olmuşdur. Bahar isə bildirir ki, güya o, onun yaşadığı ölkəyə gələcəyi təqdirdə birdə Azərbaycan qayıda bilməyəcəkdir. Bununla əlaqədar İddiaçı Cavabdeh ilə onun arasında 05 sentyabr 2019-cu il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində 112 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, həm yazılı, həm də şifahi izahatında bildirmişdir ki, tərəflər rəsmi nikaha daxil olsalar da, ailə münasibətlərinə daxil olmamışlar. Onların toyları olmamışdır, tanışlıqları təsadüfi xarakter daşımışdır. İddiaçı Almaniyada yaşadığı üçün cavabdehi tanımamışdır və bu səbəbdən nikahları formal xarakter daşımışdır. Son olaraq, iddia tələbin təmin olunmasını və buna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh həm yazılı, həm də şifahi izahatına əsasən həmin şəxsi cəmi 7 dəfə gördüyünü, aralarında ailə münasibəti olmadığını, nikah bağlansa da, toyu olmadığını bildirmişdir. Tanışlıqları təsadüfi alınmışdır. Nikahdan əvvəl iddiaçı Almaniyada yaşadığı üçün və nikahdan sonra iddiaçı Almaniyaya getdiyi üçün aralarında heç bir ailə münasibəti olmamışdır. Son olaraq, iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli, AZ-İİ seriyalı 335013 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 rəsmi nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2029-cu ilin sentyabr ayının 05-ci günündə 112 saylı qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov və arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.01.2021-ci il tarixli arayışından görünür ki, Cəfərov X3 rayonu, Horovlu Ərazi Dairəsi, Horovlu kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Qeyd edilən Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olsalar da, onların ailə qurmaq niyyətləri olmamışdır, həmin nikah formal xarakter daşımış, tərəflər nikah bağladıqdan sonra birgə yaşamamış, onlar arasında heç bir ər-arvad münasibətləri olmamış və onlar birgə təsərrüfat aparmamışlar. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını və tərəflərin nikah bağlayarkən ailə qurmaq niyyətlərinin olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin etirafı təsdiq olunmalı və tərəflər arasında bağlanılmış nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 112 nömrəli Sabunçu rayon Qeydiyyat şöbəsində 05 sentyabr 2019-cu il tarixdə bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1350/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1350/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver