Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1356/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı nümaynədəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmalarını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. Mənzilin ona məxsus olması Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 032398 saylı Qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Ona məxsus mənzildən qeydiyyatdan çıxaması üçün cavabdehlərlə dəfələrlə mübahisələri olmuşdur. Hər dəfə iradını bildirəndə cavabdehlər məsələyə məsuliyyətsiz və biganəlik göstərmişlər. Cavabdehlərin məsuliyyətsizliyi səbəbindən mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsaslandırması kimi mülkiyyət hüququnu müdafiə edən normaların tələblərinə əsaslanmışdır. İşə məhkəmə iclasında baxılarkən iddiaçının nümayənədəsi Vəkil iddia tələbini müdafiə edərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmalarını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən iddiaçı tərəfin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdikləri sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki,iş materiallarında olan: - Seriya ÖM №032398 olan Qeydiyyat vəsiqəsinin kserosurıtinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60, 4 saylı evin 123 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdeh2 tərəfindən imzalanmış notarial ərizənin kserosurətinə əsasən o, ünvan 2 ünvannıda yerləşən 123 nömrəli mənzilin satılmasına etiraz etmir. X1 tərəfindən imzalanmış notarial ərizənin kserosurətinə əsasən o, ünvan 2 ünvannıda yerləşən 123 nömrəli mənzilin satılmasına etiraz etmir. Beləliklə, iddiaçı ona əsaslanır ki, mübahisəli mənzil 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır, Cavabdeh3 isə onun gəlinidir. Cavabdehlər onun mənzilində qeydiyyatda qalmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. İddianı əsassız hesab edən məhkəmə hüquqi mövqeyini onunla izah edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırkı iddianın mahiyyətini cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları təşkil edir. Maddi hüquq normasının tələbindən göründüyü kimi, yaşayış sahəsinə istifadə hüququ olan şəxsin istifadə hüququna xitam verilməsi bazar qiymətləri nəzərə alınmaqla kompensasiya verilməsi yolu ilə həyata keçirilir. Hazırkı işdə belə bir tələb irəli sürülməmişdir. Tələbin bu hissəsi əsaslı olmadığına görə mənzildən çıxarılma hissəsi də əsaslı sayıla bilməz. Bundan başqa, iddiaçı tələbini prosessual hüquq normalarının tələbləri baxımından da əsaslandıra bilməmişdir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik yazılı sübutların mötəbərliyi üçün onların ya əslinin, ya da lazımi qaydada təsdiq edilmiş surətinin olmasını zəruri hesab etmişdir. Sənədlərin surətlərinin əsli ilə eyniliyi həmin sənədi verən müvafiq dövlət orqanının və ya hüquqi şəxsin səlahiyyətlisi tərəfindən də təsdiq edilə bilər. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1356/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1356/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver