Məhkəmə qərarları › İş №2(010)-1356/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1356/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1356/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən üç il müddətinə istifadə hüququna möhlət verilməklə çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «evdən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* №-li, xx.xx.2011-cı il tarixli Çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 132 saylı fərdi həyət evində və bu evin yerləşdiyi 0.059138 ha torpaq sahəsində cavabdeh X2 3 il istifadə etmək hüququna möhlət verilməklə bu müddət bitdikdən sonra həmin ünvandakı evdən və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 132 saylı fərdi həyət evi və bu evin yerləşdiyi 0.059138 ha torpaq sahəsi Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2011-cı il tarixli Çıxarışına əsasən şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 303 ünvanında qeydiyyatda olsa da heç bir əsas olmadan mübahisələndirilən ünvanda yaşayır. Cavabdeh Həmidova Tamilla Valeryevna ilə aralarında xx.xx.1998-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində nikahları bağlanmışdır və birgə nikahdan iki övladları xx.xx.2000-ci il tarixdə X4 və xx.xx.2004-cü il tarixdə X6 anadan olmuşdur. O, özü hərbçi olduğu üçün tez-tez iş yerləri öz istəyindən asılı olmayaraq dəyişdiyindən cavabdeh bununla razılaşmamış və ona qarşı aliment tələbinə dair iddia ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(010)-2606/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X3 ondan xx xxxx 2011-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Sonrakı dövrdə cavabdehlə aralarında nikah pozulmuş və Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən bu barədə xx xxx 2012-ci il tarixdə Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2010-cu ilin fevral ayından 2012-ci ilin may ayınadək nikahları pozulanadək cavabdehlə bir yerdə yaşamamışlar və ümumi təsərrüfatı birgə idarə etməmişlər. 2011-ci ildə o, evə çıxarış almağına baxmayaraq, həmin evdə heç kəs yaşamırdı və ev yaşayış üçün hazır deyildi. Həmin müddətdə cavabdeh anası gildə pasport qeydiyyatında olduğu ünvanda yaşamışdır. Onlar tam ayrıldıqdan sonra cavabdeh uşaqları da götürüb 2012-ci ildə mübahisələndirilən yaşamaq üçün hazır olmayan evə köçmüşdür. O, uşaqlara görə məcbur olub evi öz pulu ilə təmir etməyə başlamış və bu işi tam başa çatdırmışdır. Cavabdeh mübahisəli evin təmirinə heç bir vəsait xərcləməmişdir. Təmir müddətində cavabdeh yenidən köçüb anası gildə yaşadı. Bütün bu işlər görülüb qurtardıqdan sonra 2012-ci ildə uşaqları və cavabdeh mübahisələndirilən evə köçüb yaşamağa başladılar. Mübahisələndirilən evin yerləşdiryi torpaq sahəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 897 saylı xx xxxxx 1999-cu il tarixli Sərəncamı ilə 600 kv.m olmaqla fərdi evin tikintisi üçün əvəzsiz olaraq, ona ayrılmışdır. Buradakı tikinti və qurğular, eləcə də ev özünün şəxsi vəsaiti hesabına tikilmişdir, xx.xx.2011-ci il tarixdə isə adına bu evə və torpaq sahəsinə Çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahdan iki övladları xx.xx.2000-ci il tarixdə X4 və xx.xx.2004-cü il tarixdə X6 anadan olmuşdur. Sonradan müəyyən səbəblərdən aralarında olan nikah Bakı şəhəri Suraxanı rayon Məhkəmənin 2(010)-937/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçıya torpaq sahəsi ayrılanda o hamilə olmuşdur. Bundan əlavə torpaq sahəsinin və evin özəlləşdirilməsi zamanı o etiraz etməmişdir. O boşandıqdan sonra uşaqları ilə birgə mübahisəli evdə yaşamağa başlamışdır. Hal-hazırda onun yaşamağa başqa yaşayış sahəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən evin və torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Bşçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli sərəncamından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki Yarımstansiyaya çatmamış sahədə fərdi yaşayış evi tikmək üçün İddiaçı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-937/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin olunaraq onunla Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Suraxanı rayon VVADQ şöbəsində bağlanmış 421 saylı nikahın pozulması və nikah pozulduqdan sonra xx.xx.2000-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 303 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqa malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ həmin məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-nin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitutsiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-nin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.1998-ci il tarixdə İddiaçı ilə nikaha daxil olaraq birgə təsərrüfat aparmışlar və fərdi yaşayış evi birgə nikah dövründə tikilmişdir. Tərəflərin nikahları pozulsa da, cavabdeh 2012-ci ildən azyaşlı övladları ilə birlikdə faktiki olaraq mübahisəli mənzildə yaşamış və iddiaçı tərəfindən buna etiraz olunmamışdır. Mübahisəli mənzil İddiaçı mülkiyyətində olsa da, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Mülki işin materiallarından və iddiaçının izahatından mübahisəsiz qaydada görünür ki, ünvan 2 ünvanında yerləşən ev və torpaq sahəsi xx.xx.2011-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisi olduğundan, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları yarandığından və cavabdehin özunu başqa yaşayış yeri ilə təmin etmək imkanı olmadığından və himayəsində iki azyaşlı övladı olduğundan İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən üç il müddətinə istifadə hüququna möhlət verilməklə çıxarılma” tələbinə dair iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən üç il müddətinə istifadə hüququna möhlət verilməklə çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar