Məhkəmə qərarları › İş №2(010)-1363/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1363/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1363/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Feyzullayeva Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Feyzullayeva Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Feyzullayeva Cavabdeh Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixl Çıxarışla qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evində digər şəxslərlə yanaşı oğlunun keçmiş həyat yoldaşı Feyzullayeva Cavabdeh da qeydiyyatdadır. Feyzullayeva Cavabdeh ilə oğlu X2 arasında nikah münasibətlərinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-633 nömrəli qətnaməsi ilə xitam verilmişdir. Beləliklə, Feyzullayeva Cavabdeh sözügedən fərdi yaşayış evinə qeydiyyata alınmasının səbəbi artıq mövcud deyil. Feyzullayeva Cavabdeh hazırda Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evində yaşamır. Çoxdandır onunla əlaqə saxlamırlar. Hazırda onun mülkiyyətçisi olduğu fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır. Belə ki, onunla hər hansı əlaqələri olmadığına və aralarında qohumluq münasibətinə xitam verildiyinə görə o öz xüsusi mülkiyyətində olan fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirə bilmir. O, fərdi yaşayış evini övladlarına bağışlamaq istəyir. Feyzullayeva Cavabdeh həmin evdə qeydiyyatda olması onun ən fundamental konstitusional hüququ olan mülkiyyət hüququnu həyata keçirməsinə mane olur və o, evi üzərində sərəncam verə bilmir. Sözügedən məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. Lakin, hazırkı tarixədək Suraxanı rayon Polis İdarəsi tərəfindən müraciətinə münasibət bildirilməmişdir. Odur ki, hazırda Feyzullayeva Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının və vəkili X6 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının oğlu və cavabdeh 2012-ci ildə nikaha daxil olmuş, 2019-cu ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus evdən çıxıb getmiş və başqa ünvanda yaşamağa başlamışdır. Bundan sonra onun bu ev üzərində heç bir istifadə hüququ qalmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Feyzullayeva Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh Feyzullayeva Cavabdeh məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci mаddəsinə əsаsən cаvаbdehin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-633/2019 saylı qətnaməsinin surətindən görünür ki, X2 ilə Feyzullayeva Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1407 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Feyzullayeva Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının oğlu X2 ilə cavabdeh Feyzullayeva Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Cavabdeh Feyzullayeva Cavabdeh iddiaçının oğlu ilə nikahları dövründə bu evdə yaşamış, 2019-cu ildə nikah pozulduqdan sonra evi tərk etmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri – evdən istifadə hüququ - 2012-ci ildən yaranmışdır. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, cavabdeh Feyzullayeva Cavabdeh İddiaçı məxsus evdə iddiaçının oğlu ilə nikahda olduğu dövrdə yaşamış, nikah pozulduqdan sonra evi tərk etmişdir. Cavabdeh Feyzullayeva Cavabdeh evdən istifadə hüququnun yarandığı vaxt hazırda qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduğundan bu Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdeh həmin evdən istifadə hüququnu iddiaçının oğlu ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan itirmişdir. Odur ki, hazırkı iddia tələbi əsaslıdır. Belə ki, İddiaçı İlham qızı mübahisəli evin mülkiyyətçisidir və mənzildən istifadə hüququnu itirmiş şəxsin onun mənzilində qeydiyyatda qalmaqda davam etməsi onun mənzil üzərində mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Digər tərəfdən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015ci il tarixli Qərardadı) Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərardadında ortaya qoyulan hüquqi mövqeyə uyğun olaraq cavabdeh Feyzullayeva Cavabdeh artıq istifadə hüququnu itirdiyi evdən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinin həlli üçün cavabdehin məhkəmə iclasında iştirakı zəruri olduğundan və hazırkı iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmədiyindən həmin məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Feyzullayeva Cavabdeh ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Odur ki, bu qətnamə cavabdeh Feyzullayeva Cavabdeh ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216- 220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Feyzullayeva Cavabdeh ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilsin. Qətnamə cavabdeh Feyzullayeva Cavabdeh ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar