Məhkəmə qərarları › İş №2(010)-137/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-137/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-137/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 20.036,77 ABŞ dolları əsas, 29.351,51 ABŞ dolları faiz, 51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 49.439.28 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı məzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilin hərracdan saışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 1 otaqlı, 16.59 kv.myaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, C’fərova Şəfiqə İmanqulu qızının və X1 həmni mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsini xahiş etmişdir. İddiaçı ASC xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddia tələbinin birinci hissəsində tələbin həcmini artıraraq, X3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 20.036,77 ABŞ dolları əsas, 29.351,51 ABŞ dolları faiz, 51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 49.439,28 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir. İddia tələbi digər hissələrdə olduğu kimi saxlanılmışdır. İddiaçı ASC xx/xx/2022-ci il tarixdə iddia ərizəsinə əlavə başlıqlı ərizə (faktiki iddia tələbinin həcminin azaldılması) ilə müraciət edərək, X3 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 21.839.7 ABŞ dolları əsas, 22029.87 ABŞ dolları faiz, 0.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 43870.25 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı məzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilin hərracdan saışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və X1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 25.400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzili 2014-cü il 15 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-cü il 15 dekabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021 -ci il mayın 31-dək Cavabdeh1 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 20.036,77 ABŞ dolları əsas, 29.351,51 ABŞ dolları faiz, 51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 49.439,28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tərəf iddia ərizəsinə əlavə başlıqlı ərizə ilə, faktiki olaraq isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin birinci hissəsində X3 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 19 536.77 ABŞ dolları əsas, 22 029.87 ABŞ dolları faiz, 0.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 41 567.32 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir. Tələb digər hissələrdə olduğu kimi saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verib borc məbləğinin Cavabdeh1 tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin açıq həracda satılmaqla borc məbləğinin ödənilməsini, eləcə də, cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarının itirilməsini və mənzildən çıxarılmalarını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə müvafiq ödənişlər etdiyini qeyd edərək, iddia tələbində qeyd olunmuş borc tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olmayaraq öz izahatında bildirdi ki, hazırki iddia tələbində qeyd olunan faiz borcu silinməlidir. Məhkəmə iclasında cavabdeh X4 digər cavabdehlərlə eyni məzmunlu izahat verib iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 25.400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 borclu Cavabdeh1 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur. İş materiallarında olan AR DƏDRX-nin xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi ********* olan çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 16.59 kv.m olan 28 saylı evin 124 saylı mənzili tam mülkiyyət hüququ uzrə Cavabdeh1 məxsusdur. İş materiallarında olan 15 dekabr 2014-cü il tarixli, 2-GZ-1-0-1001-14 saylı ipoteka müqaviləsindən və AR DƏDRX-nin xx.xx.2014-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışının surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 1 otaqlı, 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21839.7 ABŞ dolları əsas borc, 22029.87 ABŞ dolları faiz borcu, 0.68 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, PL/G-102/2022 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 28 saylı evin 124 saylı mənzilinin hazırki bazar dəyəri 50.000 manat (əlli min manat), likvid dəyəri isə 45.000 (qırx beş min manat) təşkil edir. Məhkəmə qiymətləndirmə rəyini mötəbər sübut kimi nəzərə alır və qeyd edir ki, rəyə tənqidi yanaşılmasına əsas verəcək hallar yoxdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 9/4228 saylı rəyindən görünür ki, Cavabdeh1 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcu 21839.7 ABŞ dolları əsas borc, 22029.87 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh1 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 536.77 ABŞ dolları əsas borc, 22 029.87 ABŞ dolları faiz borcu, 0.68 ABŞ dolları cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Yelo Bank ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu kreditin təminatı şəklində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, eyni zamanda, digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda, iddiaçının iddiasının pul tələbi hissəsi Cavabdeh1 qarşıdır. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmır. Cavabdeh tərəf ona əsaslanır ki, onlar hazırkı məzənnə ilə borc məbləğini qaytara bilməzlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcuna münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh tərəfin kredit məbləğini hazırkı məzənnə ilə qaytarmalı olmamalarına dair etirazlarına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bu hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehlərin etirazları əsaslı deyildir. Tutulacaq pulun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, işdən göründüyü kimi məhkəmə icraatı dövründə cavabdeh tərəf müəyyən ödənişlər etmişdir və bu ödənişlər iddiaçı tərəfin sonuncu maliyyə arayışında öz əksini tapmışdır. İcraat dövründə edilən ödənişlərin məbləği ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 qıaından əsas borc üzrə 19 536.77 ABŞ dolları, faiz borcu üzrə 22 029.87 ABŞ dolları, cərimə borcu üzrə 0.68 ABŞ dollarının qətnamə icra olunan gün Azərbaycan manatına nisbətində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi hissəsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Məhkəmə ipoteka predmetinin likvid dəyərinin 45.000 (qırx beş min) manat qiymətləndirilməsi barədə hesabata əsaslanaraq hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 28 saylı evin 124 saylı mənzilinin likvid dəyəri 45.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan daşınmaz əmlak müəyyən edilmiş likvid dəyərlə açıq hərracda satışa çıxarılmalı, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 28 saylı evin 124 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və X1 həmni mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində əsaslı deyildir. X8 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.2- ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdə belə cavabdehlər tərəfindən belə öhdəliyin götürülməsi barədə sübutlar yoxdur. İddiaçı tərəf bu sənədlərin mövcud oldğunu bildirsə də bu sübutlar iş materiallarına əlavə edilməmişdir. Ona görə də, məhkəmə tələbi bu hissədə əsaslı saymır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19536.77 ABŞ dolları əsas, 22029.87 ABŞ dolları faiz və 0.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 41567.32 (qırx bir min beş yüz altmış yeddi dollar, otuz iki sent) ABŞ dolları məbləğində kredit borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən, 1 otaqlı 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən, 1 otaqlı 16.59 kv.m yaşayış sahədən ibarət 28 saylı evin 124 saylı mənzilinin likvid dəyəri 45000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunan vəsait ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh1 aparılmış qiymətləndirilməyə görə 300 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar