Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-137/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçilər Ərizəçi* və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi* və Ərizəçi2 (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin ölmüş elan olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi 03.02.*985-ci ildə Bakı şəhərində anadan olmuş X7 20*7-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi. Ərizəçinin tələbinin dəlliləri Ərizəçi* 03.02.*985-ci il təvəllüdlü X*6, digər Ərizəçi2 qızı 24.*0.*992-ci il təvəllüdlü X*7 ilə 20**-ci ilin sentyabr ayının 8-də el adəti ilə toy edərək ailə qurmuşlar. Nikahları rəsmiləşdirilməmişdir. Bu nikahdan 09.06.20*2-ci il təvəllüdlü X20 anadan olmuşdur. 20*4cü ildə X*7 ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Sonradan məlum olmuşdur ki, onlar Türkiyə adı ilə Suriyaya gediblər və orada dini qruplara qatılıblar. Suriyada bir övladları 2*.*2.20*4-cü il təvəllüdlü X2* və daha sonra İraqda bir övladları 25.*0.20*6-cı il təvəllüdlü X5 anadan olmuşdur. 20*7-ci ildə X*6 döyüş əməliyyatlarında ölmüş, arvadı Sahibə isə əsir düşərək, İraq Respublikasında həbsxanaya salınmışdır. 04 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi və Azərbaycanın İraqdakı Səfirliyinin ölkəyə qayıtma şəhadətnaməsi əsasında ərizəçilərin nəvələri 09.06.20*2-ci il təvəllüdlü X20, 2*.*2.20*4-cü il təvəllüdlü X2* və 25.*0.20*6-cı il təvəllüdlü X5 Azərbaycan Respublikasına gətirilmişlər və Ərizəçi2 qəyyumluğuna verilmişlər. Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 37 saylı Sərəncamı ilə Ərizəçi2 nəvələri -09.06.20*2- ci il təvəllüdlü X20, 2*.*2.20*4-cü il təvəllüdlü X2* və 25.*0.20*6-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. Səbail rayon Məhkəməsinin *5.*0.2020-ci ili tarixli 2(009)-20*2/2020 saylı qətnaməsi ilə X*0 09.06.20*2ci il tarixdə Bakı şəhərində, X*4 2*.*2.20*4-cü il tarixdə Suriya Respulikasında və X2 25.*0.20*6-cı il tarixdə İraq Respublikasında X6 doğulmaları faktı müəyyən edilmişdir. Hər iki uşağın doğum haqqında akt qeydində ata qrafasında X*8 qeyd edilmişdir. X* ərizəçilərin nəvələri Ayşə, Nur və Abdulrazzaqın atası olması müəyən edilməmişdir. Bunun üçün isə onun ölümü haqqında şəhadətnamə olmalıdır. Nəvələri Ayşə, Nur və Abdulrazzaq hal-hazırda nənələri kimi Ərizəçi2 qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını nənələri qarşılayır. Lakin onun özünün aldığı sosial müavinət uşaqların maddi ehtiyaclarının qarşılanmasına yetmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, *8 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvələri Ayşə, Nur və Abdulrazzaqın atası X7 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmir və nəvələri ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, X7 20*7-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi* ərizəsini müdafiə edərək, ərizəsinə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi2 ərizəsini müdafiə edərək, ərizəsinə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Nərimanov rayon VVADQ şöbəsi tərəfindən *2.02.*985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*6 03.02.*985-ci ildə Bakı şəhərində anadan olmuş, valideynləri X** və Ərizəçi*dır. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 2*.**.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 25.*0.20*6-cı il tarixdə doğulmuş və valideynləri X*8 və X*2r. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 2*.**.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X20 09.06.20*2-ci il tarixdə doğulmuş və valideynləri X*8 və X*2r. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 2*.**.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2* 2*.*2.20*4-cü il tarixdə doğulmuş və valideynləri X*8 və X*2r. Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37 saylı sərəncamından görünür ki, 20*2-ci il təvəllüdlü X8, 20*4-cü il təvəllüdlü X*4 və 20*6-cı il təvəllüdlü Adulrazzaq Şirxan oğlunun saxlanılmaları, tərbiyə olunmaları, habelə hüquq və vəzifələrinin qorunması məqsədilə üzərlərində qəyyum təyin edilmişdir. Səbail Rayon Məhkəməsinin *5.*0.2020-ci il tarixli 2(009)-20*2/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi2 hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, X*0 09.06.20*2-ci il tarixdə Bakı şəhərində, X*4 2*.*2.20*4-cü il tarixdə Suriya Respulikasında və X2 25.*0.20*6-cı il tarixdə İraq Respublikasında doğulmaları faktı müəyyən edilmiş, X*0 doğum haqqında akt qeydləri kitabında soyadı - Səlimova, adı - Ayşə, atasının adı - Şirxan, doğum tarixi - 09 iyun 20*2ci il, doğulduğu yer - Bakı şəhəri, ata qrafasında - X*6, ana qrafasında - X3 məlumatlar göstərilməsi, X*4 doğum haqqında akt qeydləri kitabında soyadı - Səlimova, adı - Nur, atasının adı - Şirxan, doğum tarixi - 2* dekabr 20*4-cü il, doğulduğu yer - Suriya Respublikası, ata qrafasında - X*6, ana qrafasında - X3 məlumatlar göstərilməsi, X2 doğum haqqında akt qeydləri kitabında soyadı - Səlimov, adı - Abdulrazzaq, atasının adı - Şirxan, doğum tarixi - 25 oktyabr 20*6-cı il, doğulduğu yer - İraq Respublikası, ata qrafasında - X*6, ana qrafasında - X3 məlumatlar göstərilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun **.*2.2023-cü il tarixli 2-2/*- 03904*/2023 saylı məktubundan görünür ki, 03.02.*985-ci il təvəllüdlü X*6 0*.08.20*3-cü il tarixdə Gürcüstandan “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən keçərək Azərbaycan Respublikasına gələrkən DİN-nin “Giriş-Çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Saxla” statusu ilə daxil edildiyi üçün saxlanılaraq Azərbaycan Respublikası DTX-nin Qazax rayon şöbəsinə təhvil verilmişdir. X*9 barəsində Azərbaycan Respublikası DİN-də hər hansı araşdırma materialı və ya axtarış işi olmamışdır. Azərbaycan Respublikası DİN-yi Bakı şəhər Baş Polis İdarəsinin 04.*2.2023-cüil tarixli 3-*3-44-3/2-298*/2023 saylı məktubundan görünür ki, Ərizəçi* və Ərizəçi2 müraciəti əsasında Ərizəçi* oğlu X9 İraq İslam Respublikasında ölməsi səbəbindən “şəxsin ölmüş elan olunması” tələbinə dair etdiyi müraciət obyektiv araşdırılaraq şəxsin ölməsi və ya itkin düşməsi barədə məlumatın əldə edilməsi məqsədi ilə ünvanladığı müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsində baxılmışdır. Qeyd olunan müraciətlə bağlı Ərizəçi* və Ərizəçi2 Baş Polis İdarəsinə dəvət olunaraq izahatları alınmışdır. İzahatda qeyd edilir ki, Şirxan Musayev 20*4-cü ildə işləmək adı ilə Türkiyəyə getmiş, daha sonra işlərinin yaxşı olması ilə əlaqədar ailəsinin də gəlməsini istəmişdir. Lakin sonradan məlum olmuşdur ki, Şirxan Musayev həyat yoldaşı Sahibə Səlimova və uşaqları ilə birlikdə qaçaq yolla İraq Respublikasına keçmişdir. 20*7-ci ildə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məlumatda isə İraq Respublikasında gedən döyüşlərdə Şirxan Musayevin həlak olması və həyat yoldaşı Sahibə Səlimovanın isə həbs olunması bildirilmişdir. 20*8-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəsilə Şirxan Musayevin uşaqları Səlimova Ayişə, Səlimova Nur və Səlimov Abdulrazzaq Azərbaycan Respublikasına gətirilmiş hal-hazırda nənəsi Ərizəçi2 qəyyumluğundadır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 28.*2.2023-cü il tarixli məktubundan görünür ki, əməliyyat məlumatlarına əsasən, Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq üçün 03.02.*985-ci il təvəllüdlü, AR vətəndaşı X29 (Mövlam deyil) oğlu 20*4-cü ilin avqust ayında ölkə ərazisini qeyri-qanuni yollarla tərk etmiş və indiyədək geri qayıtmamışdır. Onun münaqişə bölgələrində gedən döyüşlərdə öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, bu barədə hər-hansı rəsmi sənəd ünvana daxil olmamışdır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Ərizəçi* 03.02.*985-ci il təvəllüdlü X*6 digər Ərizəçi2 qızı 24.*0.*992-ci il təvəllüdlü X*7 ilə 20**-ci ildə faktiki nikaha daxil olmuşlar. Onların faktiki nikahından Bakı şəhərində 09.06.20*2-ci il təvəllüdlü X20 anadan olmuşdur. Ərizəçi* oğlu Musayev Şirxan 20*4-cü ildə faktiki nikahda olduğu Səlimova Sahibə və övladları Ayşə ilə əvvəlcə Suriya Respublikasına, sonra isə İraq Respublikasına getmişlər. Suriya Respublikasında onların 2*.*2.20*4-cü il təvəllüdlü Nur adlı qız övladı, İraq Respublikasında isə 25.*0.20*6-cı il təvəllüdlü Abdulrazzaq adlı oğlan övladı anadan olmuşdur. Ərizəçilərə 20*7-ci ildə İraq Respublikasında gedən döyüşlərdə Şirxan Musayevin həlak olması və həyat yoldaşı Sahibə Səlimovanın isə həbs olunması bildirilmişdir. 20*8-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəsilə Şirxan Musayevin uşaqları Səlimova Ayişə, Səlimova Nur və Səlimov Abdulrazzaq Azərbaycan Respublikasına gətirilmiş, hal-hazırda nənəsi Ərizəçi2 qəyyumluğundadırlar. Ərizəçilər Ərizəçi* və Ərizəçi2 məhkəməyə müraciət edərək Ərizəçi* oğlu X7 ölməsi faktının müəyyən edilməsini istəyirlər. Belə ki, bu fakt müəyyən edilmədən nəvələri üçün ailə başçısını itirməyə görə müavinətin alınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi ərizəçilər tərəfindən ölmüş elan edilməsi xahiş edilən ərizəçilərdən Ərizəçi* oğlu, digər ərizəçinin isə nəvələrinin atası X7 İraq Respublikasında öldüyü barədə məlumat alınmasından 6 ildən çox vaxt keçmişdir. Bu hal həm iş materialları ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 03.02.*985-ci il təvəllüdlü X*6 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 3*2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 3*3-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 3*5.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, 03.02.*985-ci il təvəllüdlü X7 İraq Respublikasında öldüyü barədə məlumat alınmasından 6 ildən çox vaxt keçdiyindən ərizə təmin edilməli, 03.02.*985-ci il təvəllüdlü X4 Respublikasında ölmüş elan edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*5.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 3*2-3*6, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.02.*985-ci ildə Bakı şəhərində anadan olmuş X4 Respublikasında ölmüş elan edilsin. 03.02.*985-ci ildə Bakı şəhərində anadan olmuş X7 ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 03.02.*985-ci ildə Bakı şəhərində anadan olmuş X*3 ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-137/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-137/2024
11.01.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver