Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-138/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X6, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka premetinin yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia qaldırıb, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3.080,71 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97,46 manat faiz, 227,46 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 456,23 borc, ümumilikdə 3.861,86 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğində tutmanın Cavabdeh məxsus olan “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2.580,71 manat əsas, 324,92 manat cərimə. müqavilənin bitdiyi tarixdən 25.6.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2847,50 manat borc, ümumilikdə 5753,13 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş gəlir hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 20/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən avtomobil satın alınması məqsədiilə istifadə etmək üçün illik 19 faizlə 36 müddətinə Bank tərəfindən borc alana 35700 manat kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan “xxxxxxxxxxxxxx” ASC-nin Xəzər filialı ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2013cü il tarixli 20/2013 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Lexus LX 570 minik” markalı **-EL-*** ndövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yüklü edilməsinə dair çıxarış verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də borc alan Cavabdeh xx.xx.2019-cu il tarixinədək Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməmiş 3.080,71 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97,46 manat faiz, 227,46 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 456,23 manat borc, ümumilikdə 3.861,86 manat kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X6 iddia tələbinə uyğun izahat verib, tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X6 məhkəməyə vəsatət təqdim edərək, iş üzrə keçirilmiş qiymətləndirmə rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək göstərdi ki, O, kredit borcunu ekspert rəyində göstərilən məbləğdə qəbul edir.Eyni zamanda avtomobilin ilkin satış qiyməti ilə bağlı isə onun mütəxəssis rəyində qeyd edilən kimi 48000 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20/2013 nömrəli ipoteka müqaviləsinə əsasən borc verən avtomobilin alınması məqsədi ilə borc alana 36 ay müddətinə, illik 19 % şərtilə 35700 manat verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20/2013 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20/2013 saylı kredit müqaviləsinə əsasən 35700 manat məbləğində 36 ay müddətinə, illik 19 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. - İş üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Tərəfindən tərəfindən verilmiş rəyə əsasən Cavabdeh ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20/2013 nömrəli kredit müqaviləsinə əsasən ödənilməli olan kredit borcu xx.xx.2019-ci il tarixinə əsas borc üzrə 1848,47 manat, müqavilənin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək banka olan borcu 2847,50 manat təşkil etmişdir. - AC seriyalı 004146 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsi X2 məxsus olmuşdur. - Həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh mülkiyyətinə alğı-satqı əsasında keçmişdir. - “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/336 nömrəli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsinin bazar dəyəri 48000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, “xxxxxxxxxxxxxx” ASC ilə mərhum Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində cavabdehə məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. Hazırda Cavabdeh qalıq borc məbləğini ödəməmiş, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 2580,71 manat tələb etməsi qanuni deyildir. Belə ki, alınmış ekspert rəyi ilə cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan əsas borcu 1848,47 manat təşkil etmişdir və iddia tələbi əsas borcla bağlı qeyd edilən hissədə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1848,47 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 324,92 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 10 manata endirilməlidir. Məhkəmə müqavilənin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə illik beş faizlə hesablanmış 2847,50 manat məbləğində borcun tutulmasına aid hissədə də, məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə illik beş faizlə hesablanmış borcun məbləği ilə bağlı qeyd edir ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə qeyd edilən borc məbləği öz təsdiqini tapmış və həmin rəy iş üzrə sübut qismində nəzərə alınmışdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı hesab edir ki, ipoteka predmeti olan “Lexus LX 570” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2008, ban – JTJHYOOW694021194, rəngi – qara) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 48000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza görə 120 manat məbləğində ekspertiza xərci və əmlakın qiymətləndirilməsinə görə 300 manat qiymətləndirmə xərci iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və “xxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1848,47 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.20019-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2847,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 4705,97 (dörd min yeddi yüz beş manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Tutma Cavabdeh məxsus olan "Lexus LX 570 minik" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2008, ban - JTJHYOOW694021194? rəngi - qara) nəqliyyat vasitəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 48000 (qırx səkkiz) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Keçirilmiş ekspertizaya görə müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat məbləğində xərcin 60 (altmış) manatı iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən, 60 (altmış) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsinə görə müəyyən olunmuş 300 (üç yüz) manat məbləğində xərcin 150 (bir yüz əlli) manatı iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən, 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq "xxxxxxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-138/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-138/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver