Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-140/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi tələbinə dair iddia qaldırıb, Cavabdeh 11500 (on bir min beş yüz) ABŞ dolları məbləğində əsas borc, 6597,30 (altı min beş yüz doxsan yeddi dollar otuz sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 18097,30 (on səkkiz min doxsan yeddi dollar 30 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “KİA CERATO” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2010, ban – KNAFU411BA5228304, rəngi – qara) minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalsa, qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olarq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il “xxxx” ASC problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tebliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC–dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1151 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSCyə verilmişdir. “xxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 203 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə 36 ay müddətinə 12600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “KİA CERATO” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2010, ban – KNAFU411BA5228304, rəngi – qara) minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 093490 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vəsiqəsinin alınması üçün borcalana 12600 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsini götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borcalana verilən vəsaitdən istifadə müddəti 36 aydır və xx.xx.2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 11500 ABŞ dolları məbləğində əsas borc, 6597,30 ABŞ dolları faiz borcu, ümumilikdə 18097,30 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib, ipoteka predmetinin müqavilə bağlanarkən 18000 manat dəyərində qiymətləndirildiyini, lakin hazırda avtomobil bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyünü bildirib, ipoteka predmeti olan avtomobilin müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən, onun ipoteka predmetinin qiymətləndirilməsinə münasibətini öyrənmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobil yenidən qiymətləndirilməsi, qiymətləndirilmənin aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş üzrə qiymətləndirilmənin aparılmasının mümkün olmaması barədə məlumat daxil olduğundan onun icraatı təzələnmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 avtomobilin tapılması mümkün olmadıqda onun hazırkı real bazar dəyərinə uyğun qiymətinin müəyyən edilməsini, bunun avtomobilin buraxılış ili, modeli və istifadə müddəti nəzərə alınmaqla qiymətləndirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobil yenidən qiymətləndirilməsi, avtomobili tapmaq mümkün olmadıqdan həmin minik avtomobili ilə eyni xüsusiyyətlərə malik avtomobilin real bazar qiymətinin nəqədr olmasının müəyyən edilməsi, qiymətləndirilmənin aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01/123 nömrəli rəyə əsasən ipoteka predmetini təşkil edən avtomobillə oxşar xüsusiyyətlərə malik olan avtomobillərin bazar dəyərinin 14000 manat təşkil etdiyi bildirilmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 verilmiş rəyə etiraz edərək göstərdi ki, hazırda ipoteka predmeti olan avtomobilə təyin edilmiş qiymət ədalətli deyildir və cari bazar qiymətlərinə uyğun gəlmir. Belə ki, təyin edilən ilkin satış qiyməti onu deməyə əsas verir ki, avtomobilin cari vəziyyəti, istismara nə dərəcədə yararlı olması, sərf edilən resursu rəy verilərkən nəzərə alınmamışdır. Ona görə də, qeyd edilənlərin nəzərə alınmaqla yenidən qiymətləndirmə aparılmasını, aparılmanın başqa təşkilata həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobil yenidən qiymətləndirilməsi, avtomobili tapmaq mümkün olmadıqda həmin minik avtomobili ilə eyni xüsusiyyətlərə malik avtomobilin real bazar qiymətinin nə qədər olmasının müəyyən edilməsi, qiymətləndirilmənin aparılması “Əmlakın Qiymətləndirilməsi və Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “Əmlakın Qiymətləndirilməsi və Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 07 nömrəli hesabata əsasən ipoteka predmetini təşkil edən avtomobillə oxşar xüsusiyyətlərə malik olan avtomobillərin bazar dəyərinin 14000 manat təşkil etdiyi bildirilmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 verilmiş rəyə etiraz edərək göstərdi ki, hazırda ipoteka predmeti olan avtomobilə təyin edilmiş qiymət ədalətli deyildir və cari bazar qiymətlərinə uyğun gəlmir. Belə ki, təyin edilən ilkin satış qiyməti onu deməyə əsas verir ki, avtomobilin cari vəziyyəti, istismara nə dərəcədə yararlı olması, sərf edilən resursu rəy verilərkən nəzərə alınmamışdır. Ona görə də, qeyd edilənlərin nəzərə alınmaqla yenidən qiymətləndirmə aparılmasını, aparılmanın başqa təşkilata həvalə edilməsini xahiş edərək, əlavə olaraq göstərdi ki, ipoteka predmeti olan avtomobilin üzərinə həbs qoyulmuş, lakin tapılması mümkün olmamışdır və bu verilmiş rəyin doğruluğunu şübhə altına alır. Hazırda təşkilat olaraq avtomobilin tapılması istiqamətində tədbirlər görülür və hesab edir ki, qiymətləndirmə keçirilənədək avtomobili tapacaqlar. Ona görə də, təkrar qiymətləndirmə keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ciil tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobil yenidən qiymətləndirilməsi, avtomobili tapmaq mümkün olmadıqda həmin minik avtomobili ilə eyni xüsusiyyətlərə malik avtomobilin real bazar qiymətinin nə qədər olmasının müəyyən edilməsi, qiymətləndirilmənin aparılması “Patron L” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “Patron L” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il PL/G- 56 nömrəli hesabata əsasən ipoteka predmetini təşkil edən avtomobillə analoji xüsusiyyətlərə malik olan avtomobillərin bazar dəyərinin 13500 manat, likvid dəyərinin 11475 manat təşkil etdiyi bildirilmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının nümayəndəsi X5, verilmiş rəyə etiraz etməyərək, iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı arasında xx xxxx 2013-cü il tarixli, 027 № li kredit müqaviləsinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 36 ay müddətinə, illik 19 % şərtilə 12600 ABŞ dolları verməyi öhtəsinə götürmüşdür. - Cavabdeh ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı arasında xx xxxx 2013-cü il tarixli, 027 № li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx xxxx 2013cü il tarixli, 027 № li kredit müqaviləsinə əsasən 1260 ABŞ dolları məbləğində 36 ay müddətinə, illik 19 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “KİA CERATO” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2010, ban – KNAFU411BA5228304, rəngi – qara) minik avtomobil ipoteka ilə yüklü edilmişdir. - xx xxxxxx 2015-ci il tarixli, “xxxx” QSC ilə “xxxx” ASC arasında bağlanmış müqavilədən görünür ki, “xxxx” ASC problemli krditlərlə bağlı öz tələbetmə hüququnu “xxxx” QSC-nə güzəşt etmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən buraxılış ili Cavabdeh məxsus **-SD-*** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobilinin xx.xx.2020-ci il tarixinə olan bazar dəyəri 14000 manat təşkil edir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən buraxılış ili 2010-cu il olan “KİA Cerato” minik markalı **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 14000 manat təşkil edir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh məxsus **-SD- *** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobilinin xx.xx.2020-ci ci tarixinə analoji bazar dəyəri 13500 manat, likvid dəyəri isə 11475 manat təşkil edir. - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AC-059705 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən 2010-cu il buraxılışlı, qara rəngli, **-SD-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobil Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, “xxxx” ASC ilə Cavabdeh arasında avtomobillərin alınması üçün kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində kreditə alınmış avtomobil ipoteka ilə yüklü edilmişdir.Bank müqavilə ilə üzərinə düşən öhtəliyi yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhtəliyi yerinə yetirməmişdir. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh qarşı yaranan tələb hüququ iddiaçı “xxxx” QSC-yə ötürülmüşdür. Məhkəmə hesab edir ki iddiaçı “xxxx” QSC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh 11500 ABŞ dolları məbləğində əsas borc, 6597,30 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 18097,30 ABŞ dollarının Azərbaycan manatına nisbəti şəklində tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir.Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin 11475 manat qiymətləndirilməsi barədə heabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan Cavabdeh məxsus **-SD-*** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobilinin likvid dəyəri 11475 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan avtomobil müəyyən edilmiş likvid dəyərlə açıq hərracda satışa çıxarılmalı, satışda əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. İddia tələbinin avtomobilin satışından əldə olunan vəsaitin cavabdehdən tutulması hissəsində idia tələbini məhkəmə qanuni hesab etmir və qeyd edir ki, iddia tələbinin həmin hissəsi icra qaydasında həll olunmalıdır və avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə icra məmuru tərəfindən qalıq borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına, 200 manat məbləğində qiymətləndirmə xərci isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatından tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla əsas borc üzrə 11500 ABŞ dolları, faiz borcu üzrə 6597,30 ABŞ dolları olmaqla, cəmi 18097,30 (on səkkiz min doxsan yeddi dollar otuz sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının hesabına ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan **-SD-*** dövlət qeydiyyat nişanlı "Kİa Cerato" markalı minik avtomobilinə (buraxılış ili 2010, ban- KNAFU411BA5228304, rəngi - qara) yönəldilərək, açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İpoteka predmetinin likvid dəyəri 11475 (on bir min dörd yüz yetmiş beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərci olan 300 (üç yüz) manat Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatından tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-140/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-140/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver