Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1405/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) «faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna «faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək, Ərizəçi *5.06.*978-ci il tarixdən *0.*2.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan «SU-*6» tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, Ərizəçi ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.* və *53.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad çıxarır. Eləcə də işə məhkəmə qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı orqana müraciət etməli olması göstərilir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında vurğulanır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3*.2-*-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il * yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3*.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının **.*2.20*7-ci il tarixli *7 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın *-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçi ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etməli, həmin qurum tərəfindən iş stajı, əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən təqdim edilə bilinməməsi və həmin sənədlərin başqa qaydada bərpa edilməsinin mümkün olmaması müəyyən edildikdə, məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *53, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) «faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1405/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1405/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver