Məhkəmə qərarları › İş №2(010)-1416/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1416/2023

10.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1416/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qarşı "əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qarşı "əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Mirheydər Zeynalovun xx.xx.2022-ci il tarixli 112 saylı əmrinin ləğv olunaraq, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə bərpa olunacağı vaxtadək hər ay aylıq 620 manat əmək haqqı hesablanmaqla ödənilməmiş əmək haqqınan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qarşı işə bərpa olunma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1275/2023 saylı qərardadı ilə (hakim T.Məmmədov) həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək işin məhkəmə hazıırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:20-yə təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan, hazırki iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qarşı "əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar