Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1451/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X27 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3 Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının bərpa olunması, zəbt olunmuş evin boşaldılaraq geri qaytarılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, qeyd edilən evin boşaldılaraq iddiaçıya geri qaytarılması, həmin evdən cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28 oğlu və Cavabdeh2 çıxarılması barədə qətnamə və suiistifadə edərək qanunsuz olaraq evi zəbt etdiyi üçün cavabdehlərin barələrində hazırkı iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Hüseynov X13 rayonundan məcburi köçkündür. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişdir. Anası və ailə üzvləri, yəni arvadı və uşaqları ilıə birlikdə orada yaşamışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, həmin ünvana dair iddiaçının adına layihələndirmə sənədi mövcuddur. Həmin ünvana aid layihələndirmə sənədində hüquq subyekti kimi, yəni evin sahibi olaraq İddiaçı göstərilmişdir. Həmin evdə iddiaçı və onun ailə üzvləri uzun müddətdir ki, yaşayır və oradan istifadə etmişlər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən verilən 2112 saylı, 25 dekabr 2023-cü il tarixli arayışından da görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Eyni zamanda Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 91 saylı arayışından göründüyü kimi, Hüseynov X14 rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 36 saylı fərdi yaşayış evində 4 nəfər ailə üzvü ilə xx.xx.2010-cu ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlşmış və yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28 və Cavabdeh2 iddiaçının qohumları olmaqla, bacısı, onun əri və övladlarıdır. Bacısı və onun ailə üzvləri mərhum anası rəhmətə gedəndən sonra, anasından qalan miras əmlak kimi oranı zəbt etmişdir. Evin qapısının açarlarını dəyişdirərək, iddiaçı və ailə üzvlərini evə buraxmırlar. Məhkəmənin nəzərinə çatdırım ki, cavabdehlərin özlərinin ünvan 3 ünvanında xüsusi mülkiyyətdə evləri var və bacısı ailəsinə məxsus evdə anası rəhmətə gedənə kimi yaşamışlar. Cavabdehlər mübahisələndirilən evin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında cavabdehlərin heç birinin bilavasitə və ya dolayısıyla iştirakı olmamışdır. İddiaçının anası rəhmətə gedəndən sonra iddiaçının müraciəti əsasında 6 saylı Bakı "Asan Xidmət" Mərkəzi Notariat Ofisində vərəsəlik işi açılmış və iddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Hətta, iddiaçının bacısı Cavabdeh1, notarial qaydada ərizə verərək, xx.xx.2022-ci ildə ölmüş X2 irs qalmış (ev, mənzil və otaq),qeyri yaşayış və torpaq sahələrindən, habelə əmlak hüququndan ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İddiaçı həmin evdə 15 ilə yaxındır ki, yaşayır. ünvan 1 ünvanında məişət tullantılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər və torpaq sahəsinə dair bələdiyyə vergisi İddiaçı tərəfindən həyata keçirilmişdir. Zığ Bələdiyyəsi tərəfindən 27 noyabr 2024-cü il tarixli, 236 saylı məktubu ilə müəyyən edildiyi kimi, İddiaçı Zığ bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı istifadə və sahibliyində olmuş, iş materiallarında olan ödəniş qəbzlərindən (kommunal xidmətlərə və bələdiyyəvergisinə dair) görünür ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı istifadə və sahibliyindədir. İddiaçı hesab edir ki, cavabdehlərin onun sahiblik və istifadə hüquqlarına törədilən maneə aradan qaldırılaraq cavabdehlər ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən məhkəmə qaydasında çıxarılmalıdır. Cavabdehlərdən evdən çıxarılması dəfələrlə tələb edilsə də, onlar həmin evi boşaltmamışlar. Müvafiq dövlət orqanlarına rəsmi və şifahi müraciətlərinə baxmayaraq, evinə sahiblənə bilməmişdir. Uzun illərdir ki, iddiaçı tikdiyi evindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum əqrabanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda onun yaşamağa başqa mənzili yoxdur. Hazırda bacısı və ailə üzvləri zəbt etmiş olduğu mənzili könüllü olaraq ona qaytarmır, ona görə də hazırda mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatına əlavə olaraq bildirdi ki, qeyd olunan ev əvvəl anasının adında olub, sonradan onun adına keçmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə etdi və izahatına əlavə olaraq bildirdi ki, cavabdehin özünün başqa yerdə mülkiyyətində olan mənzili vardır. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 oğlu iddia tələbini qəbul etmədiyini bildirdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, artıq 3 ildir ki, qeyd olunan evdə yaşayır.
7. Cavabdeh2 və İİİ şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə görə, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə işə cavabdehin və İİİ şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şahid İfadələri
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2015-ci ildən etibarən, 15 ildir ki Göyüşov küçəsində yaşayır. Həmin evə köçəndə iddiaçı evi inşa edirdi. Yaxın qonşu kimi iddiaçıya təmənnasız köməklik etmişdir. Hazırda həmin evdə kimin yaşadığını bilmir. Cavabdeh1 6-7 ildir ki, həmin evdə görmüşdür.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, 2003cü ilin yazında həmin evdə usta kimi fəaliyyət göstərmişdir. Həmin evdə işlədikdə evdə yaşayış yox idi. İddiaçı gəlib anasının adından pulu verirdi.
İş materialları.
10. xx.xx.2022-ci il tarixli, Qanun üzrə X17 Şəhadətnamənin surətindən görünür ki, 6 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X4 vərəsələri: Cəbrayıl. Ə.Hüseynov, EV 106 ünvanında qeydiyyatda olan oğlu - İddiaçı (AZE08308492, xx.xx.2011 - Saatli, FİN:xxxxxxx, d/t:xx.xx.1973) ünvan 6 ünvanında qeydiyyatda olan oğlu - X16 (AZE 08308469, xx.xx.2011 Saatli, FİN:3BZB73H, d/t:xx.xx.1972) və onların hər biri miras amlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli, 31-1957/2022 saylı məktubuna əsasən X4 adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialında bank hesabında olan 122.30 manat pul vəsaitindən ibarətdir.
11. Cavabdeh1 Notariat Ofisinə ünvanlanan **********427 nömrəli ərizəsindən görünür ki, xx.xx.2022-ci ildə ölmüş X2 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyritorpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir
12. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli, 91 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ qəsəbə nümayəndəliyinə göndərdiyi sorğuya cavab olaraq bildirmişlər ki, vətəndaş İddiaçı, Suraxanı rayonu Zığ qəsəbəsi R.Göyüşov küçəsi 36 saylı fərdi yaşayış evində 4 nəfər ailə üzvü ilə xx.xx.2010-cu ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış və yaşayır.
13. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 Saylı vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli, 236 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı R.Göyüşov küçəsində yerləşən fərdi yaşayış evində hansı tarixdən yaşaması barədə məlumatları yoxdur. İddiaçı Zığ bələdiyyəsi üzrə Bələdiyyələrin avtomatlaşdırılmış Məlumat Sistemində YVÖK (19061H68GH89) vergi ödəyicisi kimi qeydiyyatdadır.
14. xx.xx.2022-ci il tarixli, AKX-04753xx/xx-2022 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsindən görünür ki, Müqavilə üzrə bundan sonra paylayıcı Azəriqaz İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq İddiaçı (kodu: **********00360) Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, Ə.Hüseynov küçəsi, ev 106 şəxsində qeyd olunan müqaviləni bağladılar.
15. xx.xx.2022-ci il tarixli Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, "Azəriqaz" İstehsalat Birliyinin Bakı X34 Departamentinin Müştəri Xidməti Şöbəsi mühəndis X19 şəxsində Abonent kodu **********00360 istehlakçı adından İddiaçı tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini bu cür müəyyən edirlər: qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı.
16. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2112 nömrəli arayışından görünür ki, verilir Cəbrayıl rayonundan məcburi köçkün X11 ondan ötrü ki, o, həqiqətən ünvan 10 ünvanda müvəqqəti məskunlaşmışdır.
17. AZ İİ 236180 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür.
18. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 1656 nömrəli arayışından görünür ki, verilir Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı ondan ötrü ki, o həqiqətən qeyd olunan ailə tərkibi ilə ünvan 11 ünvanda müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşagıdakılardan ibarətdir: X12, X20, X21, X22.
19. Bakı Torpaq Layihə Smeta Bürosu tərəfindən verilən, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi barədə olan 2023-cü il tarixində tərtib edilmiş sənədlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən tikilinin hüquq subyekti İddiaçıdur.
İşin faktiki halları.
20. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı həmin evin onun tərəfindən tikildiyinə əasaslanaraq, əmlaka dair onun məhdud əşya hüquqlarının tanınmasını, cavabdehlərin həmin evdən çıxarılmalarını xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir. Cavabdeh etirazında ona əsaslanır ki, həmin ev onun anası tərəfindən tikilmişdir. İşin hallarından müəyyən edilir ki, mübahisə obyekti olan fərdi yaşayış evi özbaşına tikilidir, tərəflər məcburi köçkündürlər və cavabdehlər hazırda həmin evdə məskunlaşmışdır. Digər Cavabdeh3 isə özünə məxsus digər evdə yaşayır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
23. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
26. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Hazırkı işin hallarından görünür ki, mübahisə obyekti olan tikili dövlət qeydiyyatına alınmamışdır. Tərəflər keçmiş məcburi köçkünlərdirlər, həmin tikili onların analarının sağlığında tikilmiş, ev tikiləndən sonra iddiaçı tərəf həmin evdə məskunlaşmışdır. Anaları 2022-ci ildə vəfat edəndən sonra isə cavabdeh tərəf həmin evdə yaşamağa başlamışdır. İddiaçı öz tələbində bir neçə əsasa söykənir. İddiaçı bildirir ki, həmin ev onun tərərəfindən inşa edilib, hüquq subyekti kimi də sənədlərdə onun adı qeyd edilib, bundan başqa, inzibati orqanların sənədlərinə əsasən onun məskunlaşdığı yer mübahisəli fərdi yaşayış evi göstərilmiş, eyni zamanda o, rəhmətə gedən anasının qanun üzrə vərəsəsi kimi tanınmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli evin iddiaçı tərəfindən, yəni iddiaçının vəsaiti hesabına tikilməsi halı işin halları ilə sübut edilmir. İddiaçı bununla bağlı təqzibedilməz sübutlar təqdim etməmişdir. Bu məsələ ilə bağlı iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibətdə məhkəmə bildirir ki, şahid ifadələri iddiaçının dəlilinin əsaslılığını sübut etmir. Ona görə ki, iş üzrə şahid kimi dindirilən X5 ifadəsini birmənalı, dəqiq və ziddiyyətsiz hesab etmək olmaz. Belə ki, o ifadəsində evi iddiaçının inşa etdiyini, hətta bir qonşu kimi evin inşasında iddiaçıya yardım etdiyini, tikinti zamanı daş daşıdığını bildirsə də, fotoşəkillərə baxış zamanı mübahisə obyekti olan evin hansı olduğunu düzgün göstərə bilməmiş, sonrakı ifadələri isə açıqaydın olmamışdır. Məhkəmə hesab edir ki, şahid X5 şahid ifadəsi onun iddiaçı ilə şəxsi tanışlığına əsaslanır. Digər şahid isə mübahisəli evin tikintisində usta kimi iştirak edən X18 bildirmişdir ki, evin dam örtüyünü o inşa etmiş, tikinti materiallarının alınmasını iddiaçı həyata keçirsə də, materialların pulunu onun anası ödəyirdi. Şahid, eyni zamanda mübahisə obyekti olan evi fotoşəkildə də dəqiq göstərmişdir. Məhkəmə bu şahid ifadəsini birmənalı və qərəzsiz hesab edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Beləliklə, həmin evin iddiaçının vəsaiti hesabına tikilməsi halı sübut edilməmişdir. Müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin analarının vəsaiti hesabına tikilmişdir. İnzibati orqanlar tərəfindən iddiaçının məskunlaşdığı yerin mübahisəli fərdi yaşayış evi göstərilməsi də iddia tələbinin əsaslı olması anlamına gəlmir. Belə ki, iddianın tələbi həmin evə köçürülmə yox, onun istifadə və sahiblik hüquqlarının tanınması və cavabdehlərin evdən çıxarılması tələbidir, hansı ki, məcburi köçkün kimi məskunlaşma halı daşınmaz əmlaka məhdud əşya (istifadə və sahiblik) hüququ yaratmır. İddiaçının cavabdehləri həmin evdən çıxarılma tələbi o zaman əsaslı ola bilərdi ki, iddiaçının evə olan hüquqları cavabdehə münasibətdə daha üstün olsun. Bunun davamı olaraq, iddiaçının vərəsəlik hüquq münasibətlərinə əsaslanması da qanuni və əsaslı ola bilməz. Belə ki, maddi hüquq normalarının tələbinə görə yalnız hüquqmüəyyənedici sənədi olan əmlak miras əmlak ola bilər. Hazırkı işdə isə qeyd edildiyi kimi mübahisə obyekti özbaşına tikilidir. İddiaçının vəfat edən anasının vərəsəsi olması onun mübahisəli əmlaka münasibətdə hər hansı hüququnu yaratmır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tləbi əsassızdır və təmin edilə bilməz.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İddiaçı dövlət rüsumu haqqında AR qanununun 9.1.20-ci madəsinə əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir.
Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28, Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının bərpa olunması, evin boşaldılaraq geri qaytarılması və evdən çıxarılma tələbinə dair iddia təmin edilməməmlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X28, Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının bərpa olunması, evin boşaldılaraq geri qaytarılması və evdən çıxarılma tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov