Məhkəmə qərarları › İş №2(102)-472/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-472/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-472/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünlərin mənzildən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-119/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli sərəncama əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə) küçəsi, ev 11, mənzil 69 (bundan sonra – mübahisəli mənzil) 2-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş X2 və ailə üzvlərinə verilmiş, bununla bağlı order tərtib olunmuşdur.

2. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncama əsasən, mübahisəli mənzilin kirayəçisi X4 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı (bundan sonra – iddiaçı) adına keçirilmişdir.

3. İddiaçı və ailə üzvləri mübahisəli mənzildə daimi qeydiyyatdadırlar.

4. Şuşa rayonundan olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) 1992-ci ildən mübahisəli mənzildə müvəqqəti məskunlaşıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

6. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mülkiyyətindədir. Cavabdehlər mənzili zəbt edərək, mülkiyyət hüquqlarını pozurlar. Bununla bağlı rəsmi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Polis idarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.

7. Cavabdeh2 məhkəmə ic lasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözü gedən mənzil həqiqətən iddiaçıya məxsusdur. Lakin onlar Şuşa şəhərindən məcburi köçkün düşdükləri üçün mübahisəli mənzilə köçmüşlər. Hazırda getməyə və qalmağa yerləri yoxdur, özünün və ailəsinin mənzil ilə təmin olunmasına dair dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onları heç kim evlə təmin etməmişdir. Onlara ev veriləcəyi təqdirdə mənzili boşaldacaqlar. Cavabdeh qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. İşə baxılarkən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəmənin təşəbbüsü ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-6263/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmişdir.

10. Məhkəmə işin faktiki hallarına və istinad etdiyi hüquq normalarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus olan mübahisəli mənzildə cavabdehlərin yaşamaq məqsədilə məskunlaşması onun birbaşa olaraq qanunla qorunan mülkiyyət hüquqlarını pozur və bu cavabdehlərin sözügedən mənzildən çıxarılmaları, mənzilin isə qanuni mülkiyyətçisinə təhvil verilməsi üçün əsasdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.2-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxsləri n sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə, “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 218.3, 217.4, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mübahisəli mənzildə qanuni əsaslarla məskunlaşaraq, mənzildən istifadə hüququ əldə ediblər və həmin vaxt iddiaçının mənzilə dair mülkiyyət hüquqları olmamışdır. Mübahisəli mənzil iddiaçıya vərəsəlik əsasında 2009-cu il tarixdə verilmiş, buna dair order yazılmışdı r. Order kirayə müqaviləsi olmaqla, mənzildən istifadə hüququ verən sənəddir. Həmin mənzilə cavabdehlərin istifadə hüquqları olduğu halda digər şəxslə boş olmayan, artıq istifadədə olan mənzilə orderin verilməsi qanunsuz olmuş, məhkəmə isə bunu araşdırmamışdır. Əslində order kirayəçiyə mənzildən istifadə hüququ vermiş və həmin hüquq şəxsi xarakter daşımaqla, yalnız miras qoyan X2 mənsub olmuş, vərəsəlik qaydasında digər şəxsə ötürülməsi qanunvericiliklə qadağan edilmişdir. Buna baxmayaraq qanunvericiliyin tələblərinə zidd olaraq Bakı şəhəri, Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncamla mənzilin kirayə müqaviləsi iddiaçının adına keçirilmişdir. Lakin məhkəmə bunu da nəzərə almadan qanunsuz yolla vərəsəlik hüququ əsasında həm in mənzilin iddiaçının adına keçməsinə göz yumaraq qanunsuz qərar çıxarmışdır.

14. Cavabdehlər mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşarkən digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə xələl gətirməmişlər, onlar məskunlaşdığı vaxtdan, yəni xx.xx.1992-ci il tarixdən 17 il sonra iddiaçının həmin mənzilə qanunsuz əsaslarla “istifadə hüququ” yaranmışdır. Mübahisə predmeti olan mənzilə cavabdehlərin məcburi köçkün kimi istifadə hüququ yaranarkən mənzilin məcburi zəbt edilməsi halı olmamışdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə ədalət mühakiməsini tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirməmiş, həqiqəti müəyyən etməmiş, çəkişmə prinsipini pozmuş, üçüncü şəxsin və Cavabdeh1 iştiraklarını təmin etməmişdir.

15. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə cavabdehlərin tələbinə dair iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə cavabdehlərin Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə (3cü şəxs İddiaçı) qarşı xx.xx.1999-cu il tarixli, 453 saylı sərəncamın və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və xx.xx.2009-cu il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixl i, 2- 1(103)1180/2023 saylı qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisələndirilən mənzilin qanuni əsaslarla mülkiyyətçisi olmalqa, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehlər inzibati məhkəmə icraatı qaydasında mübahisəli mənzillə bağlı sərəncamları və orderi mübahisələndirələr də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən iddiaçının mübahisəli mənzil üzərində hüquqları və maraqları da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

20. Cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas olmadan məskunlaşması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozduğundan, iddiaçının öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum etdiyindən məhkəmə iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.

21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, mülki işin materiallarında cavabdehlərin məhkəmə iclasının vaxt ı və yeri barədə xəbərdar olunmaları ilə bağlı qəbz mövcuddur.

22. Həmçinin Bakı İnzibati Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 453 saylı sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və xx.xx.2009-cu il tarixli sərəncamın qanuna uyğun olaraq verilməsi barədə məsələyə artıq hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası həmin inzibati aktların ləğvi ilə bağlı yenidən qaldırılmış iddia əsasında iş üzrə icraatın dayandırılmasına səbəb görməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 60-cı, Mülki Məcəllənin 158.1, 158.1.2, 158.4-cü MPM-in 14.2, 77.1-ci maddələ rinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının atası X1 mənzilə ehtiyacı olmamış, mübahisəli mənzilin əldə edilməsi kommersiya xarakteri daşımışdır. xx.xx.1999-cu il tarixli sərəncamı qəbul etmiş icra hakimiyyəti başçısı iddiaçının yaxın qohumu olmuş, mübahisəli mənzili öz qohumlarının adına rəsmiləşdirməklə, onlara hədiyyə etmişdir. Bununla da, mənzilə möhtac olan, Kərimovlar ailəsinin hüquqları keçmiş icra başçısı tərəfindən kobud şəkild ə pozulmuş, məhkəmələr isə ədaləti bərqərar etməmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilərdi.

26. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderinin və sərəncamının ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4813/2023 saylı inzibati mübahisəyə dair iddia tələbi mahiyyəti üzrə həll olunanadək hazırkı apellyasiya baxışı üzrə icraatın dayandırılmasına dair vəsatəti əsassız olaraq rədd edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar də mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul oluna bilər. Həmin iş üzrə order əsasında mənzilə sahiblik edən ərizəçinin mülkiyyət hüququna münasibətdə Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət q ədər əsaslar vardır.

41. Məhkəmə kollegiyası nəzərə alır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir.

42. Eyni zamanda 2020-2023-cü ill ərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Şuşa şəhəri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən, habelə inzibati məhkəmələrin qanuni qüvvəyə minmiş və iş materiallarına əlavə olunmuş aktları ilə hüquqi qiymət verilm işdir.

44. Həmçinin Bakı İnzibati Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 453 saylı sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və xx.xx.2009-cu il tarixli sərəncamın qanuniliyi barədə məsələyə artıq hüquqi qiymət verildiyindən apellyasiya instansiyası məhkəməsi həmin inzibati aktların ləğvi ilə bağlı eyni əsaslarla qaldırılmış iddiaya baxılanadək iş üzrə icraatın yenidən dayandırılması barədə vəsatəti təmin etməməkdə haqlı olmuşdur.

45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma ap arılmır, onlara qiymət verilmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-119/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar