Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-371/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (müqavilə, mənzilin təhvil verilməsi, mənzilin boşaldılması) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi X1 Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə ilə dəyərini tam olaraq ödədiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzilin cavabdeh "İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2, xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə ilə ona satılmış Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 33 ərazisində pilot lahiyyəni icra edən "xxxx" MMC-ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 072001 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzilin dəyərini, yəni ki, 37 440 manat nağd formada tam ödəyərək əmlakı almışdır. Qeyd edilən mənzilin qapısını bağlayıb işi ilə əlaqədar olaraq rayonda işləməyə gedib qayıtdıqda əmlakına Cavabdeh2 adlı başqa bir şəxs daxil olub təmir etdiyinin şahidi olmuşdur. Cavabdeh2lə danışdıqda nömrəsi fərqli olan mənzilin müqaviləsini göstərmiş və bildirmişdir ki, mərtəbə-nömrə fərqli olsada, MMC bu mərtəbədəki, bu mənzili ona təhvil vermişdir. Qeyd edilən mənzili müqavilə ilə ona satan "xxxx" MMC-də məlum olmuşdur ki, ondan sonra Cavabdeh2 də satılmışdır. Baxmayaraq ki, mənzilin nömrəsi və mərtəbəsi fərqlidir. Mənzilinə qoyduğu qapı götürülərək başqa qapı qoyulmuş və mənzil təmir etdirilmişdir. Məlumata əsasən bina 16 mərtəbə deyil, artırılaraq 18 mərtəbəli olmuş və kv metrinə uyğun başqa şəxsə satılmışdır. Blokda olan mənzillərin ardıcılığına, yerləşmə ardıcıllğına və kv.m baxdıqda ona satılan mənzilin və müqavilədəki mənzilinin identifik halları düz gəlir. Yəni 82 saylı mənzil deyil 72 saylı mənzil olmalıdır. Qeyd edilən mərtəbədəki mənzil ilk öncədən də 72 saylı olaraq ona satılmışdır. Hal-hazırda bununla əlaqədar olaraq satıcı olan MMC-də heç bir şəxslə danışıqlar apara bilmir. Müxtəlif bəhanələrlə görüşməkdən qaçırlar. Bildiriklərinə əsasən bir neçə yerdə pilot lahiyyələri icra edirlər. İddiaçı qız ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 072001 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzili dəyərini nağd formada xx.xx.2019-cu ildə ödəmişdir, almışdır və qeyd edilən müqavilə üzrə öhdəliyini tam yerinə yetirmişdir. Mənzili aldıqda İddiaçı qız vicdanlı şəkildə hərəkət edərək, qeyd edilən mənzili əldə etmiş və ona sahiblik etmiş, istifadə etmiş və evin qapısını qoymuşdur. Bütün bu addımlar iddiaçı tərəfindən edilən zaman və edildikdən sonra belə cavabdeh MMC heç bir irad və etirazını bildirməmişdir. xx.xx.2024-cü il tarixində cavabdehlərə “pretenziva” məktubu göndərilsədə nəticəsiz qalmışdır. Hazırki işdə isə İddiaçı mənzilin dəyərini tam şəkildə 37440 manat olmaqla ödəmiş və mənzili əldə etmişdir. Bununla da o, mənzil üzərində sahiblik və istifadə hüquqlarını real olaraq əldə etməklə mənzilə dair gözlənilən mülkiyyət hüququ yaranmışdır. Ona görə də hesab edir ki, onun mənzilə mövcud olan hüquq müəyyənedici sənədinin, yəni Mənzil Alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə gözlənilən mülkiyyət hüququna dair sənəddir və həmin sənədlə İddiaçı təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. Bundan əlavə hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452 və 459-cu maddəsinin tədbiqi zəruridir. (oşxar işlərə dair Ali Məhkəmənin (İş № 2(102)-271/2024 xx.xx.2024) saylı qərarı). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mübahisələndirdiyi əmlakı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzildir. Cavabdehlərdən biri olan MMC Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir və iddia cavabdehin yaşadığı yer üzrə verilməli olduğu da Yasamal Rayon Məhkəməsində qəradadla qət edilmişdir. Qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayəti versələr də şikayəti təmin edilməmiş və qərardad dəyişdirilməsən saxlanmışdır. İş materialları: İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 072001 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 72 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 37440 manat təşkil edir, 100% miqdarında tam ödənilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ilə MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 072001 saylı müqaviləsinin predmeti sayılan ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 72 nömrəli 1 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 82001 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzili Cavabdeh2 verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 40000 manat təşkil edir, 100% miqdarında tam ödənilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ilə MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 82001 saylı müqaviləsinin predmeti sayılan ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 ilə MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 82001 saylı müqaviləsinin predmeti sayılan ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzil, mənzillərin yenidən nömrələnməsi ilə əlaqədar olaraq yenidən nömrələnərək 72 nömrə ilə qeydə alınmışdır. 27.0.2024-cü il tarixli pretenziyanın və poçt göndərişinin surətindən görünür ki, iddiaçı mübahisənin məhkəmədən qabaq danışıqlar yolu ilə həll edilməsi məqsədilə pretenziya qaydasına əməl etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC -nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qeyri-yaşayış və yaşayış mərtəbələri bölünmədiyindən mərtəbələr şərti nömrələnmiş, sonradan mənzillərin yenidən nömrələnməsi zərurəti yaranmış, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzilin nömrəsi dəyişdirilərək 72 saylı mənzil kimi qeydiyyata alınmışdır. 1-ci blok 16-cı mərtəbəsə sahəsi 57.6 kv.m olan 1 ədəd mənzil mövcuddur. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, kifayət qədər araşdırma aparılmış, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş sorğuya cavab məktubu gəlmişdir. Əlavə olaraq, gedib ünvana yerində baxış da keçirilmişdir. Mənzilin real alıcısının hüquqlarını müdafiə edir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cəmiyyətin mövqeyi mənzilin Cavabdeh2 məxsus olması yönündədir. Əlavə olaraq, müqavilələr arasında 6 gün fərq var. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi özündə olan sənədlər əsasında araşdırma aparır. Mənzilin nömrələnməsi Cəmiyyətin daxilində olan məsələdir. Eyni zamanda, 2 mərtəbə əlavə tikildiyindən bütün mənzillərin nömrələrində fərqlər yaranmışdır. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 2019-cu ildə hələ binada 4 mərtəbə tikilən zaman pulunu tam ödəyərək mənzili almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin binada bir evi bir neçə şəxsə satmışlar. Hər blokda bir ədə 57 kvadratmetr ev var. Onların işi korrupsiya idarəsinə kimi gedib çıxmışdır. Orada demişlər ki, kim mənzili daha əvvəl almışdırsa, onun mülkiyyətidir. Sonradan müqavilə bağlayanlar gedib MMC-dən dəymiş ziyanı tələb edə bilərlər. 82 saylı mənzil 18-ci mərtəbəyə düşür, lakin onun müqaviləsi 16-cı mərtəbəyə düşmüşdür. 2021-ci ildə onu Korrupsiya idarəsindən çağırmışlar, həmin binada qalanların siyahısını tələb etmişlər, bundan sonra o, gedib həmin mənzilə qapı qoymuşdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-cü maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən olundu ki, icraçı "xxxx" MMC ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 82001 saylı müqavilə ilə, "xxxx" MMC ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzili Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 072001 saylı müqavilə ilə isə "xxxx" MMC ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 72 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda həmin mənzilə Cavabdeh2 sahiblik edir. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə ilə dəyərini tam olaraq ödədiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzilin cavabdeh "İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2, xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə ilə ona satılmış Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunda, 16-cı mərtəbədə ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 72 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərkən qeyd edir ki, ilk növbədə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müqaviləyə qimət verilməlidir. Hansı ki, həmin müqavilə əsasında mübahisə predmeti olan mənzil iddiaçıya satılmışdır. İş materiallarından göründüyü kimi, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 82 nömrəli 1 otaqlı izolə olunmuş mənzil xx.xx.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında satılmışdır. Sonradan 17 may 2019-cu il tarixdə həmin mənzil cavabdeh MMC tərəfindən iddiaçının adına da özgəninkiləşdirilmişdir. Yəni, eyni mənzil fərqli tarixlərdə ayrı-ayrı şəxslər adına özgəninkiləşdirilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, cavabdeh MMC xx.xx.2019-cu il tarixdə mübahisə predmeti olan mənzilin müqavilənin digər tərəfi olan Cavabdeh2 təhvil verilməsi barədə öhdəlik götürdüyü halda, həmin mənzili 6 gün sonra digər şəxsə özgəninkiləşdirə bilməzdi. Belə ki, həmin şəxslər sözügedən mənzilin birgə alıcısı olmamış, müqavilənin birgə tərəfi qismində çıxış etməmiş və mənzili birgə almaları barədə iradə ifadəsi göstərməmişlər. Məhkəmə cavabdeh MMC-nin məhkəmə iclasında qeyd etdiyi mənzillərin yenidən nömrələnməsi halına münasibətdə qeyd edir ki, məhkəmənin analoji işlər üzrə təcrübəsində də yeni inşa edilən binalarda qeyri-yaşayış sahəsi ilə yaşayış sahəsinin müəyyən edilməsi ilə əlaqədar olaraq mənzillərin yenidən nömrələnməsi hallarına rast gəlinmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh2 ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 72 nömrəli 1 otaqlı izolə olunmuş mənzilə sahiblik etmiş və bu hal iddiaçı və cavabdehlər tərəfindən təsdiq edilmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilənləri və qanunun tələbini nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddia tələbi müqavilə üzrə evi almış və sahiblik etmiş Cavabdeh2 mülkiyyət hüquqlarının pozulmasına yönəlsə də, İddiaçı da həmin mənzilə dair müqavilə bağlayaraq ödəniş etməsi faktı mövcuddur və bununla da müəyyən olunur ki, iddiaçı (sifarişçi) ilə cavabdeh MMC (icraçı) arasında bağlanmış müqavilə üzrə icraçı öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı sözügedən müqavilə üzrə etdiyi ödənişi, habelə ona dəymiş ziyanı tələb etmək hüququ istisna olunmur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və mənzilin boşaldılması” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-371/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-371/2025
05.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver