Məhkəmə qərarları › İş №e-2(012)-2268/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2268/2025

28.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2268/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X12 cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X12 cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 315 nömrəli “Mənzil Tikintisi Haqqında” müqaviləyə əsasən atası X17 tərəfindən satın alınmış Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X17 ilə "xxxx" MTK arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 315 nömrəli “Mənzil Tikintisi Haqqında” müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 nömrəli sərəncamı ilə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil atası X17 tərəfindən 36400 manat dəyərində ödəniş edilərək satın alınmışdır. Mərhum atası mənzilin təhvil verilməsi ilə bağlı dəfələrlə "xxxx" MTK-ya müraciət etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək mənzilin təhvil verilməsi uzadılmışdır. Sonuncu dəfə mənzil ilə əlaqədar olaraq binada olduğu zaman, X3 əsəb və gərginlik nəticəsində ürəktutmasından 2022-ci ilin dekabr ayında həmin binanın həyətində vəfat etmişdir. Atasının vəfatından sonra onun hüquqi varisi iddiaçı olmuş və bu barədə ona 7 saylı Bakı "ASAN xidmət" mərkəzindən 2 V-211 nömrəli, xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" MTK-nın qanunsuz əməlləri səbəbindən, digər vətəndaşlar kimi, iddiaçı da X13 vərəsəsi olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etmiş, nəticədə MTK-nın qanunsuz əməlləri ilə bağlı cinayət işi açılmışdır. Daha sonra, X8 AR CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə, X10 AR CM-nin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2024-cü il tarixli ittiham aktında aydın olmuşdur ki, təqsirkarlar yaşayış binasının 1-ci blok, 1 otaqlı 37 nömrəli mənzilin xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı ilə özləri tərəfindən X1 bildikləri halda, həmin mənzili MTK-ya müraciət etmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı və PS00-0002381 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 27500 manat məbləğində vəsait almışlar. Bundan əlavə, zərərçəkmiş şəxs Cavabdeh2 ifadəsində göstərmişdir ki, ona binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzili 27500 manata təklif edilmiş, o da razılaşaraq xx.xx.2022-ci il tarixdə, Xırdalan şəhəri, M .Ə.Rəsulzadə küçəsi, ev 1 A ünvanda inşa edilən Cavabdeh1 MTK-nın ofisində həmin vaxt mühasib işləyən X14 27500 manat pul vermişdir. Günel Qulamova pulu sayaraq götürdükdən sonra binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzilin adına rəsmiləşdirilməsinə dair müqavilə, maliyyə arayışı və kassa mədaxil orderini hazırlayıb Emil Səməndərova təqdim etmişdir. Emil Səməndərov sənədləri alıb imzalamış və möhürlə təsdiq etmişdir. Mənzil adına rəsmiləşdirildikdən sonra isə o qanunsuz olaraq həmin mənzilə girmiş və hazırda da o ailə üzvləri ilə birlikdə orada yaşayır. Göründüyü kimi, yaşayış binasının 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 kv.m olan, bir otaqdan ibarət 37 nömrəli mənzil ilk olaraq 12 iyun 2019-cu il tarixdə atam X2 və daha sonra onun məlumatı olmadan Cavabdeh2 satılmışdır. İfadəsində cavabdeh özü də həmin evi 16 may 2022-ci il tarixində yəni, atam X4 aldığını və hazırda da həmin mənzildə yaşadığını etiraf edir. Bununla da, mərhum atam X13 vərəsəsi olaraq mənim hüquqlarım pozulur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzili 2019-cu ildə atası almışdır. 2022-ci ildə döşəmə döşənmiş, divar hörülmüş, lakin qapı pəncərə qoyulmamışdı. İddiaçının atası mənzilin başqa şəxslərə də satıldığını biləndə elə mənzildə ürəyi tutub vəfat etmişdir. Başları yas mərasiminə qarışmış, qayıdanda başqa şəxslərin evi zəbt edərək və təmir etdirərək yaşadıqlarına şahid olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ilk öncə sözügedən mənzilə dair iddiaçının mərhum atası ilə "xxxx" MTK arasında 2018-ci il tarixdə müqavilə bağlanmış, daha sonra əvvəlki müqavilə onlardan götürülmüş və hüquqi varisi olaraq Cavabdeh1 MTK ilə aralarında 2019-cu il tarixdə yeni müqavilə bağlanaraq yenilənmişdir. Hər dəfə Cavabdeh1 MTK-ya gedəndə mənzilin təhvil veriləcəyi bildirilmiş, daha sonra iddiaçının atası həmin mənzildə ürəktutmasından vəfat etmişdir. Mərhum rəhmətə gedənə qədər o mənzilə gediş-gəliş olmuşdur. Bunlara baxmayaraq, indiyə kimi mənzil iddiaçıya təhvil verilməmiş, əksinə Cavabdeh2 tərəfindən qanunsuz şəkildə zəbt olunmuşdur. Bu baxımdan təhvil vermə tələbi hər iki cavabdehə qarşı yönəlmişdir. Sonuncu müqavilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırmalar zamanı onlardan alınmışdır. İddiaçının ilk dəfə mənzili alması iş materiallarına əlavə edilmiş ittiham aktında öz əksini tapmışdır. Cavabdeh2 zəbt etdiyi mənzilə dair müqaviləsi belə yoxdur. Göstərilən müqavilə isə 2022-ci ilin may ayında bağlanmışdır. Hər bir halda iddiaçının atasına məxsus olmuş və hazırda vərəsəsi kimi iddiaçının qəbul etdiyi mənzilə dair müqavilə isə daha əvvəl tarixə aiddir. İddiaçı zərərçəkən şəxs qismində tanınmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, vicdanlı alıcıdır. Mübahisəli mənzili 2022-ci ilin may ayında 2 saylı notariusda alqısatqı edərək, qanunauyğun şəkildə ödəniş edərək əldə etmişdir. 2023-cü ilin may ayından, yəni 2 ildir ki, həmin mənzildə yaşayır. Aralarında təhvil-təslim olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, hazırda "xxxx" MTK-nın qanunsuz əməllərinə görə cinayət işi gedir, lakin o, məhkəmə proseslərində iştirak etmir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı tərəf mənzilin mülkiyyətində olduğunu qeyd etsə də, onun mülkiyyət, mənzilə dair sahiblik, sərəncam vermək hüququnu təsdiqləyən heç bir sənədi yoxdur. Həmçinin Cavabdeh2 iddiaçı tərəfindən pretenziya məktubu göndərilmədiyindən iddia ərizəsi mümkünsüz hesab olunaraq geri qaytarılmalı idi. Bundan əlavə Cavabdeh2 cavabdeh qismində qeyd olunması düzgün deyildir. Çünki Cavabdeh2 mübahisəli mənzili Cavabdeh1 MTK-dan deyil, notariusda alqı-satqı müqaviləsi ilə X7 əldə etmişdir. Hazırda Cavabdeh2 həmin mənzildə yaşamaqdadır. İddiaçı tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu illərdə tərtib olunmuş müqavilələr ayrı-ayrı mənzillərə aiddir. Belə ki, "xxxx" MTK ilə bağlanmış müqavilədə söhbət 10-cu mərtəbədəki mənzil gedir. Əlavə olaraq mənzilə dair ödənişini təsdiq edəcək sübutu – heç bir bank məlumatı yoxdur. Ödəniş "xxxx" MTK-ya edilsə də, "xxxx" MTK Cavabdeh1 MTK-nın hüquqi varisi deyil. Cavabdehin isə müqaviləsi notarial qaydada bağlanmış, ödənişi isə bank vasitəsilə olmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırmalar zamanı həm iddiaçı, həm də Cavabdeh2 zərərçəkmiş şəxslər kimi tanınmışdır. Cavabdeh1 MTK məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcraçı "xxxx" MTK ilə payçı X17 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 315 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 618516 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X17 tərəfindən pay haqqı – 36400 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə xx.xx.2017-ci il tarixli “Birgə təsərrüfat Fəaliyyəti haqqında” müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi, yeni qiymətlərlə satışı, maliyyə arayışının verilməsi, tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhvil-təslimi razılaşdırılmışdır. Bu binanın 1-ci giriş, 10-cu mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin pay dəyəri - 36400 manat payçı X17 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -İcraçı Cavabdeh1 MTK ilə payçı X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri - 36400 manat payçı X17 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -İcraçı Cavabdeh1 MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə əvvəllər bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqavilənin əsasında MTK-nın Nizamnaməsinə, AR mövcud qanunvericiliyinə əsasən mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra icraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzili təhvil verir, payçı isə həmin mənzili qəbul edir və mənzil təhvil verilmiş sayılır. -Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 girişli, çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, AZ-İİ 321864 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanda ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş, bu barədə xx.xx.2023-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 124 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2023-cü il tarixli, 2V-211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X16 verilmiş **********58-05101-093047 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 33.8 kv/m olan mənzildən ibarətdir. real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********OP30703 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. -xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, İddiaçı istintaqa təqdim etdiyi Cavabdeh1 MTK-nın adından verilmiş xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı götürülmüşdür. -İcraçı Cavabdeh1 MTK ilə payçı X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri payçı X12 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -X5 və alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixə kimi Cavabdeh1 MTK-nin yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2022-ci il tarixli mənzil tikintisi müqaviləsinə əsasən satıcının sahibliyində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən binanın 1-ci blok, 11ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzilin DƏDRX-ın çıxarış aldıqdan və girovda olub-olmaması barədə arayış aldıqdan sonra alıcıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmiş, satıcı satılacaq mənzili 27500 manata qiymətləndirmiş və gələcəkdə həmin qiymətə satmağı, alıcı isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürmüşdür. Alıcı 27500 manat satış məbləğini notariusun bankda açdığı hesab vasitəsilə satıcıya ödəmiş, satıcı isə həmin məbləği tam şəkildə almışdır. -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 2-2-023/2-153119/2025 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində inşa edilən yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 49.3 m2 ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil MTK-nın vəzifəli şəxsləri tərəfindən xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi ilə X13 adına, daha sonra MTK-nın direktoru olmuş X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə ikili satış əsasında Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatla bağlı X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. -Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-2/2-482/2025 saylı cavab məktubundan görünür ki, Cavabdeh2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin, həmin şəxslə əlaqəli heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. ünvan 4 ünvanında inşa edilmiş, 15 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 11, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət, 37 saylı mənzilin Cavabdeh2 başqa digər şəxslərə satılmasına dair məlumata cinayət işinin ittiham aktında rast gəlinmir. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı 37 nömrəli mənzilə baxış keçirilərkən sözügedən mənzilin 1 qonaq otağı, 1 yataq otağı və mətbəxlə birlikdə olan giriş hissədən ibarət olduğu Cavabdeh2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadığı müəyyən edilmişdir. -X8 AR Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə, X10 AR Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktında “MTK-nın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 m2 ölçüdə olan, 1 otaqlı, 37 nömrəli mənzil ilə əlaqədar bildirmişdir ki, Tahir Qədirov ona 18000 manat ödəmişdir. Rahib Zamanovun isə mənzilinin pulunu tam ödəməklə almışdır. Sonuncunun imtina ərizəsi də vardır və həmin ərizə istintaqa təqdim olunmuşdur. Cavabdeh2 tanımır” ifadəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icraçı "xxxx" MTK ilə payçı X17 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 315 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili payçıya verməyi öhdəsinə götürmüş, payçı mənzilin pay dəyərini - 36400 manat məbləği ödəmiş, bununla bağlı ona xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. Daha sonra Cavabdeh1 MTK ilə payçı X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqaviləyə əsasən, həmin mənzilə dair xx.xx.2018-ci il tarixli, 315 saylı müqavilə yeni şərtlərlə yenilənərək bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, AZ-İİ 321864 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X17 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanda ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş, xx.xx.2023-cü il tarixli, 2V-211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum X13 vərəsəsi hesab edilmişdir. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmışdır. Həmçinin Cavabdeh1 MTK ilə müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzili sonuncuya verməyi öhdəsinə götürmüş, sonuncu mənzilin dəyərini ödəmiş, bununla bağlı ona xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Daha sonra müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən binanın 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzili Ələkbərov İlham 27500 manata satmağı, Cavabdeh2 isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə Cavabdeh1 MTK ilə müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə əsasında əldə edilmiş, daha sonra X12 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə satın alınmış mübahisəli mənzilə dair bağlanmış müqavilədən əvvəl, həmin mənzilə dair "xxxx" MTK ilə iddiaçının mərhum atası X17 arasında xx.xx.2018-ci il tarixli, 315 saylı müqavilənin mövcud olduğunu (daha sonra icraçı Cavabdeh1 MTK ilə payçı X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqavilə) X13 xx.xx.2022-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2023-cü il tarixli, 2V-211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi hesab edilmiş İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmasını, həmçinin Cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 mənzildən çıxarılmalı və mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 MTK arasında hər hansı müqavilənin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzildən çıxarılmalı, İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzildən çıxarılsın, mənzil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar