Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-119/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2un iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(004)-6263/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli sərəncamına əsasən X5 2-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş və Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzil ona və ailə üzvlərinə verilmiş, buna dair order yazılmışdır. 2.Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzilin kirayəçisi X5 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı adına keçirilmişdir. 3.32 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli, 54 saylı arayışından görünür ki, İddiaçı, X11, X9 və X7 Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, 69 saylı mənzildə daimi qeydiyyatdadırlar. 4.Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 02/1449 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Şuşa rayonundan olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında müvəqqəti olmaqla məskunlaşıblar. 5.İddiaçı mənzilin onun mülkiyyətində olmasını və cavabdehlərin məcburi köçkün olmaqla onun mülkiyyətində olan mənzili zəbt edərək mülkiyyət hüquqlarını pozduğunu iddia edir və buna görə də hazirki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun ünvan 2 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən mülkiyyət hüquqularının həyata keçirilməsinə son qoymaları vəzifəsinin cavabdehlərə həvalə edilməsi və onların həmin mənzildən çıxarılmalarına dair iddia ilə məhkəməyə müraciət etmişdir 7.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Qasımzadə küçəsi, ev 11 ünvanında yerləşən yaşayış sahəsi 29,33 kv.m olan 69 saylı mənzil onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 Səhm oğlu və Cavabdeh2 onun mülkiyyətində olan mənzili zəbt edərək mülkiyyət hüquqlarını pozur. Cavabdehlər məcburi köçkündürlər. Bununla bağlı rəsmi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir nəticə ala bilməmişdir. Məsələ ilə bağlı Yasamal Rayon Polis idarəsinə müraciət etsə də, onların fikrincə məsələ mülki xarakter daşıdığından məhkəmədə baxılmalıdır. 8.İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlərin ünvan 2 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraz edərək bildirmişdir ki, düzdür, sözü gedən mənzil iş üzrə iddiaçıya məxsudur. Lakin onlar Şuşa şəhərindən məcburi köçkün düşdükləri üçün hazırki mübahisə predmeti olan mənzilə köçmüşlər. Hazırda getməyə və qalmağa yerləri yoxdur, özünün və ailəsinin mənzil ilə təmin olunmasına dair dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onları heç kim evlə təmin etməmişdir. Onlara ev veriləcəyi təqdirdə mənzili boşaldacaqlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim-Toğrul Axundov) 11 noyabr 2021-ci il tarixli, 2(004)-6263/2021 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzildən çıxarılması və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. 11.Məhkəmə işin faktiki hallarına və istinad etdiyi hüquq normalarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus olan ünvan 2 A.Abbasov küçəsi), ev 11, 69 saylı mənzilində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşamaq məqsədilə məskunlaşması onun birbaşa olaraq qanunla qorunan mülkiyyət hüquqlarını pozur və bu cavabdehlərin sözügedən mənzildən çıxarılmaları, mənzilin isə qanuni mülkiyyətçisinə təhvil verilməsi üçün əsasdır. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 və 43-cü maddələrinə; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə: “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarının 1 saylı protokolun 1ci maddəsinə; Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İatridis Yunanıstana qarşı iş üzrə qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 218.3, 217.4, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişlər. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının məhkəmə hakimiyyətinin həyata keçirilməsindən bəhs edən 125-ci maddəsinin Vİİ bəndinə istinad etməmiş, həin maddəyə uyğun vəzifəsini icra edərək həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Həqiqət isə ondan ibarətdir ki, cavabdehlər mübahisə predmeti olan mənzilə qanuni əsaslarla məskunlaşaraq həmin mənzildən qanuni əsaslarla istifadə hüquq əldə ediblər və həmin vaxt iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqları olmamışdır. İddiaçının mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzil ona vərəsilik hüquq əsasında 2009-cu il tarixdə verilmiş, buna dair order yazılmışdır. Order kirayə müqaviləsi olmaqla mənzildən istifadə hüquq verən sənəddir. Həmin mənzilə cavabdehlərin istifadə hüquqları olduğu halda digər şəxslə boş olmayan, artıq istifadədə olan mənzilə istifadə hüququ verən sənədin verilməsi qanunsuz olmuş, məhkəmə isə bunu araşdırmadan həqiqəti müəyyən etməmişdir. Mülki iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli sərəncamına əsasən X8 2-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş və Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, mənzil 69 ona və ailə üzvlərinə verilmiş, buna dair order yazılmışdır. Həmin order kirayə müqaviləsi olmaqla kirayəçiyə həmin mənzildən istifadə hüququ vermiş və həmin hüquq şəxsi xarakter daşıyan və yalnız miras qoyan X3 mənsub olmuş, vərəsəlik qaydasında digər şəxsə ötürülməsi qanunvericiliklə qadağan edilməsinə baxmayaraq qanunvericiliyin tələblərinə zidd olaraq Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzilin kirayəçisi X5 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı adına keçirilmişdir. Təəssüflər olsun ki, məhkəmə bunu da nəzərə almadan qanunsuz yolla vərəsəlik hüququ əsasında həmin mənzilin iddiaçının adına keçməsinə göz yumaraq qanunsuz qərar çıxarmaqla qanunun qeyd edilən normasını tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatından bəhs edən 5-ci maddəsinə istinad etsə də, həmin maddənin mahiyyətini tam nəzərə almadan, tətbiq etmişdir. Belə ki, həmin maddi hüquq normasında göstərilmişdir ki, “məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Qanunvericiliyin tələblərindən də göründüyü kimi məcburi köçkünlərin müstəqil olaraq məskunlaşdığı vaxt digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin faktiki halları ondan ibarətdir ki, həmin mənzilə cavabdehlər məcburi köçkün kimi məskunlaşarkən digər şəxslərin hüquqlarını və qanuni mənafelərinə xələl gətirməmişlər, onlar məskunlaşdığı vaxtdan yəni xx.xx.1992-ci il tarixdən 17 il sonra iddiaçının həmin mənzilə qanunsuz əsaslarla “istifadə hüququ” yaranmışdır. Mübahisə predmeti olan mənzilə cavabdehlərin məcburi köçkün kimi istifadə hüququ yaranarkən mənzilin məcburi zəbt edilməsi halı olmamış, qanunsuz zəbt etmədən söhbət gedə bilməz. Lakin bütün bunları nəzərə almayan məhkəmə mübahisə predmeti olan mənzilə artıq istifadə hüquq olan cavabdehlərin hüquqlarını tətbiq etdiyi maddə üzrə nəzərə almadan, sonradan qanunsuz əsaslarla mənzilə istifadə hüququ tanınan iddiaçıların hüquqularını daha üstün tutaraq həqiqəti müəyyən etmədən qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi mülki məhkəmə icraatı həyata keçirərkən qanunçuluğu təmin etməmişdir. Birinci instansiya məhkəməsi mülki iş üzrə ədalət mühakiməsi tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirmədən, özünü iddiaçı tərəf kimi apararaq, iddiaçının qanunsuz əsaslarla əldə etdiyi “hüqlarını” nəzərə alaraq həqiqəti müəyyən etmədən icraat aparmışıdr. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etmədən, tərəflərin bərabərliyi prinsipini proses iştirakçılarının iştiraklarını təmin etmədən pozmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Xidmətinin nümayəndəsi, eləcədə Cavabdeh1 iştirakları təmin edilməmiş, buna görə də, işin faktiki halları tam araşdırılmamış, cavabdehə hüquq və vəzifələri izah edilməmiş, cavabdeh məhkəməyə öz sübutlarını təqdim edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Museyib oğlu apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 17.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 18.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 19.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 20.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.Maddə 158.1.Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -158.1.2. əmlakdan istifadə hüququ. 23.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 nömrəli sərəncamına əsasən X5 2-ci qrup əlil kimi güzəştli mənzil uçotuna götürülmüş və Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzil ona və ailə üzvlərinə verilmiş, buna dair order yazılmışdır. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzilin kirayəçisi X5 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı adına keçirilmişdir. 32 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli, 54 saylı arayışından görünür ki, İddiaçı, X11, X9 və X7 Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, 69 saylı mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 02/1449 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Şuşa rayonundan olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında müvəqqəti olmaqla məskunlaşıblar. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Qasımzadə küçəsi, ev 11 ünvanında yerləşən yaşayış sahəsi 29.33 kv.m olan 69 saylı mənzilin onun mülkiyyətində olmasını və cavabdehlərin məcburi köçkün olmaqla onun mülkiyyətində olan mənzili zəbt edərək mülkiyyət hüquqlarını pozduğunu iddia edir və buna görə də hazirki tələblə məhkəməyə müraciət etmişdir. 30.Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısının 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 31.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısının 030903 nömrəli, xx.xx.1999-cu il tarixli orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 32.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(004)-1945/2022 saylı məktubuna əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1945/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadla işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Qəbul edilmiş qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 33.Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs İddiaçı) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 34.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh1, X2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə (3-cü şəxs qismində İddiaçı cəlb edilməklə) qarşı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 saylı Sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. 35.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2- 1(103)-1180/2023 saylı qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan qərarlar qanuni qüvvəyə minmişdir. 36.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 37.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 38.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM 158.1.2) 40.Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 41.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 42.Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. 43.İş materiallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 426 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov (keçmiş Ə.Qasımzadə küçəsi), ev 11, 69 saylı mənzilin kirayəçisi X5 vəfat etdiyindən kirayə müqaviləsi onun oğlu İddiaçı adına keçirildiyindən, iddiaçı mübahisələndirilən mənzilin qanuni əsaslarla mülkiyyətçisi olmalqa hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 44.Cavabdehlər inzibati məhkəmə icraatı qaydasında mübahisəli mənzillə bağlı sərəncamları və orderi mübahisələndirələr də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh1, X2 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə (3-cü şəxs qismində İddiaçı cəlb edilməklə) qarşı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 saylı Sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. 45.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 46.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 47.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilədə heç bir qanuni əsas olmadan məskunlaşmağı iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozduğundan, iddiaçının öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum etdiyindən məhkəmə iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 48.Kollegiya apellyatorların məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmamaları ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, mülki işin i/v 47-48-də onların məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaları ilə bağlı qəbz mövcuddur. 49.Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7458/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 453 saylı Sərəncamının və həmin sərəncam əsasında verilmiş 030903 saylı, xx.xx.1999-cu il tarixli orderin və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli sərəncamın qanuna uyğun olaraq verilməsinə artıq qiymət verilmişdir. 50.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 55.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)- 272/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(004)-6263/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-119/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-119/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver