Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1460/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan və ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəyişdirərək, Cavabdeh, iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 5a saylı evin, 12 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsusdur. Cavabdeh isə ona məxsus olan mənzildə qeydiyyatda olmasına baxmayaraq heç vaxt həmin evdə yaşamamışdır. Onun hansı ünvanda yaşaması barədə onda heç bir məlumat yoxdur. Cavabdehin qeydiyyatının onun mənzilinə olması həm də formal xarakter daşıyır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilidə qeydiyyatda olması formal xarakter daşımağla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Belə ki, cavabdn onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehdən razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, onun mənzilində qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ünvan 1 mənzil 12-də qeydiyyatda olan Cavabdehxəbərdar edilsə də, məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəyişdirilməsinə” dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixliRX seriyalı ******* saylı qeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 12 xx.xx.2014-cü ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 2 tərəfindən verilmiş xx.xx.2019-cuil tarixli yaşayşı yeri haqqında arayışından görünür ki, ünvan 1 mənzil 12 –də İddiaçı, X1, Cavabdeh və Əliyeva Təbəssüm qızı pasport qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 5asaylı evin 12 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmçinin müəyyən olundu ki, Cavabdeh mülkiyyətçinin ailə üzvü deyildir və onların evin mülkiyyətçisi ilə mübahisəli mənzilə istifadə hüquqlarını müəyyən edən müqavilə mövcud deyildir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 5a saylı evin 12 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması və ya onun iddiaçı ilə mənzildən istifadə hüququnun yaranması barədə müqavilə bağlaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə cavabdehlərin mübahisəli ünvana istifadə hüququ yaranmamışdır. Göstərilən halların məcmusunu və yuxarıda sadalanan qanunvericilik normasını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə dair istifadə hüquqlarıəmələ gəlməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehə münasibətdə iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, həmin cavabdehin ünvan 1 mənzil 12 -yə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Həmçinin iddia üzrə cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 5a saylı evin 12 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 5a saylı evin 12 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1460/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1460/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver