Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1462/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri 35 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında mərhum X4 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən göndərilmiş notarius işində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Ərizəçi ərizə ilə notariat ofisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş gəlinləri (qardaşının arvadı) X12 vəfat etmişdir. Ondan qalan miras əmlak ünvan 1 ünvanından ibarətdir. Mərhumun ondan başqa vərəsəsi yoxdur. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 341879 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən ki, X13 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1001 nömrə ilə qeyd edilmişdir.
4. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 329664 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 131 nömrə ilə qeyd edilmişdir.
5. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 341879 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən ki, X15 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 713 nömrə ilə qeyd edilmişdir.
6. 104 saylı MKİS tərəfindən 2023-cü ilin dekabr ayında verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixli notariusun təsdiq etdiyi qonşuların ərizəsinə əsasən qeydiyyatsız yaşayır.
7. Suraxanı rayon MKTB tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 247733 №-li qəbzdən görünür ki, Ərizəçi tərəfindən 29,70 manat ödəniş edilmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, ünvan 2ərkəzindən daxil olan 19 dekabr 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Bakı şəhəri Orconıkidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx xxxxx 1940-cı ildə doğulan X23 Əmi (sənəddə olduğu kimi) qızının təvəllüdü qeyd olunur. Atası: X25 (sənəddə olduğu kimi), Anası: (soyadı qeyd olunmayıb) Bibi xanım Sultan Məzahir qızı.
9. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 13 №-li məktubdan görünür ki, müddət bərpa edilmədən və hüquq müəyyənedici sənədlər təqdim edilmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, müddətin bərpası və hüquq müəyyən edici sənədlər təqdim etmək üçün məhkəməyə müraciət etmək tövsiyyyə olunmuşdur.
İşin faktiki halları
10. X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21 ünvanında yerləşən 73 saylı mənzilin mərhum X9 məxsus olması, ərizəçinin qardaşı uşaqları X5 xx.xx.2013-cü ildə, X10 isə xx.xx.2023-cü il tarixdə vəfat etməsi və miras əmlakın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21 ünvanından ibarət olması işin mübahisəsiz hallarıdır.
Ərizəçinin tələbi
11. Ərizəçi (Bakı şəhəri 35 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın oğlu X15 tərəfindən qəbul olunması faktının, X6 miras qalmış ünvan 1 ünvanında yerləşən həmin miras əmlakının onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
12. Maraqlı şəxs Bakı şəhəri 35 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, mübahisələndirilən ünvan 1 ünvanı ilkin olaraq ərizəçinin mərhum qardaşı X7 məxsus olub. İsgəndər vəfat etdikdən sonra uşaqların razılığı ilə həyat yoldaşı Şahsənəm Sultanova tərəfindən miras əmlak olaraq qəbul edilib. Onların birgə nikahlarından 2 oğulları dünyaya gəlib. İsgəndər Sultanov 1987-ci ildə, onun oğlu Səfa isə 2013-cü ildə vəfat ediblər. 2014-cü ildə Şahsənəm həmin evi mülkiyyətinə keçirib. 2023-cü ilin yanvar ayının 29-da Şahsənəm, həmin ilin aprel ayında isə digər oğulları Əli vəfat edib. Şahsənəm vəfat etdikdən sonra miras əmlakı Əli qəbul edib. Əli vəfat etdikdən sonra isə ona bibisi baxdığı üçün miras əmlakı bibisi qəbul edib. Ümumiyyətlə, Şahsənəm Sultanova vəfat etmədən əvvəl də xəstə olub və ona ərizəçi baxıb. Mənzili miras əmlak kimi Ərizəçi qəbul edib və daimi olaraq da istifadəsindədir. Buna dair Mənzil Kommunal İstismar İdarəsindən arayış, qonşuların ərizəsi, kommunal xidmətlərdən istifadəyə dair qəbzlər var. Təqdim etdiyi mədaxil qəbzində Şahsənəm xanımın adı yazılsa da, Solmaz xanım 2023-cü ilin dekabr ayında mənzilə dair ödəniş edib. Solmaz xanım həmin mənzildə qeydiyyatsız yaşayır. Şahsənəmin 3 bacısı olub və hər biri, hər birinin övladları vəfat edib, yalnız Mehriban xanım qalıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçi onun xalasının baldızıdır. Ərizəçinin onun xalasının baldızı olmasını anasının dediyi ilə bilir, ərizəçi bu məsələyə görə onu axtarıb tapana qədər yalnız qiyabi olaraq tanıyırdı. Anası 2000-ci ildə vəfat edib, xalası həmin vaxtdan onlarda olub, 2001-ci ildən sonra isə o, xalasını görməmiş, nə xalası onlara gəlib, nə də o, xalasıgildə olmuşdur. Ancaq 2023-cü ilin avqust ayında xalasının baldızı onların evi tapanda, həmin vaxt məlumatı oldu ki, əvvəlcə xalası, ondan 2 ay sonra isə oğlu vəfat edib. Məlumatları olmadığı üçün heç yas mərasimində də iştirak etməmişlər, lakin təqribən bilir ki, xalası oğlu ilə birlikdə yaşayırdı. Xalası vəfat edəndən sonra orada kimin yaşadığı barədə məlumatı yoxdur. Onun həmin evə dair heç bir iddiası yoxdur, öz evi var. Onun vərəsəsi də olmadığı üçün bu işin məhkəmə qaydasında həll olacağını bildiyi üçün bu işlərlə məşğul olmaq istəmirdi. Şahsənəmin ondan başqa heç bir vərəsəsi olmayıb. Onun 1 bacısı olub, o da xəstə olub. Özünün 2 oğlu olub. Tək bacısından o, və bacıları olub, bacıları və ana-atası da vəfat edib.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, ərizəçi onun anasıdır. Anası, onun dayıdostuna, yəni mərhum Şahsənəm xanıma baxırdı, o da onun hərdən yanına gedib-gəlmişdir. Şahsənəm xanım xəstə idi və vəfat edəndə onu özləri dəfn etmişlər. Əli vəfat edəndə də onlar dəfn etmişlər, anası həmin evdə qaldığı üçün ona da anası baxırdı, Əlininin bütün yas mərasimlərini, cümə axşamlarını onlar vermişlər. Əli vəfat edəndən sonra evdə anası qalıb, yaşlı olduğu üçün də ara-sıra yanına gedib gəlirdilər.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, ərizəçi onun nənəsidir. Nənəsi Şahsənəm nənə ilə Əli əmiyə baxmışdır. Nənəsi baxdığı üçün o, köməklik edib yemək aparıb-gətirəndə Şahsənəm nənəni görürdü. Əli əmini də görürdü, adını bilirdi, qohum münasibətləri olduğunu bilirdi. Şahsənəm nənənin xəstəliyi olduğu üçün nənəsi orada qalıb ona baxırdı. Şahsənəm nənə vəfat edəndən sonra nənəsi oraya gedib gəlirdi, Əli əmi vəfat edəndən sonra isə orada yaşamağa başladı. Həm Şahsənəm nənənin, həm də Əlinin dəfn mərasimində iştirak etmişdir. Hazırda həmin mənzildə nənəsi yaşayır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1252. İrsi transmissiya Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li Qərarı
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.
2. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.
21. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
22. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi
24. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
25. Belə ki, məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21 ünvanında yerləşən 73 saylı mənzil mərhum X9 məxsus olmuş, mərhumun uşaqları X13 xx.xx.2013-cü ildə, X15 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi baldızından (qardaşının arvadından) miras qalmış həmin mənzilnin onun tərəfindən faktiki qəbul olunması üçün notariat orqanına ərizə vermiş, lakin müddət bərpa edilmədən və hüquq müəyyənedici sənədlər təqdim edilmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.
26. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. Belə ki, hazırki iş üzrə vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi ərizəçi baldızından (qardaşının arvadından) miras qalmış əmlakın qəbulu ilə bağlı notariat orqanına ərizə versə də, qanunla müəyyən edilmiş müddət ötürüldüyü və vərəsə sayılmadığı üçün notariat orqanı tərəfindən ərizəsinə müsbət cavab verilməmiş və haqlı olaraq məhkəməyə müraciət etmişdir.
27. Mülki qanunvericiliyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Qeyd olunan normadan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkret hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir və təsdiqləyir.
29. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li Qərarında da qeyd edilmişdir ki, mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Belə ki, vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutlara vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından, tərəflərin izahatından görünür ki, X12 vəfat etdikdən sonra onun yeganə vərəsəsi X15 olmuş, o isə anasının vəfatından 2 ay 17 gün sonra, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 tərəfindən qəbul edilməyəcəyi təqdirdə digər vərəsə sayılmalı olan, mərhum X4 bacısı uşağı X8 da məhkəmə iclasında miras əmlaka dair heç bir tələbi olmadığını və öz evi olduğunu bildirmişdir. Göründüyü kimi X15 miras açıldıqdan (xx.xx.2023-cü il) sonra, lakin miras qəbul edilənədək öldüyü üçün (xx.xx.2023-cü il) mirasdan pay almaq hüququ onun vərəsəsinə, yəni bibisi Ərizəçi keçir (irsi transmissiya).
31. Tərəflərin izahatlarından, şahidlərin ifadələrindən və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi həmin evdə yaşamış, həm baldızına, baldızı öldükdən sonra isə onun oğluna baxmışdır. 104 saylı MKİS tərəfindən 2023-cü ilin dekabr ayında verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixli notariusun təsdiq etdiyi qonşuların ərizəsinə əsasən qeydiyyatsız yaşayır. Həmçinin, Suraxanı rayon MKTB tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 247733 №-li qəbzdən görünür ki, Ərizəçi tərəfindən 29,70 manat ödəniş edilmişdir. Düzdür, həmin qəbzdən ödənişin ərizəçi tərəfindən ödənilməsi görünməsə də, qəbzin yeni tarixə aid olması (xx.xx.2023-cü il) və ərizəçi tərəfindən təqdim edilməsi həmin pulu ərizəçinin ödədiyi qənaətinə gəlməyə imkan verir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və miras əmlakın X15 tərəfindən, sonra isə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.
Məhkəmə xərcləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 yanvar 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhumun oğlu X15 tərəfindən və X6 miras qalmış ünvan 1 ünvanında yerləşən həmin miras əmlakın onun bibisi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 29 yanvar 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhumun oğlu X15 tərəfindən və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanında yerləşən həmin miras əmlakın onun bibisi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.