Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-147/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh2, Qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (cavabdeh qismində cəlb edilmiş Cavabdeh1) qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun və ikinci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 birlikdə yaşadıqları ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qardaşıdır. Anaları rəhmətə getdikdən sonra qardaşı onu və ikinci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 ünvan 1 ünvanından qovub küçəyə atmışdır. Onun anasının evində onun və övladının yaşamaq hüququ var. Belə ki, o, cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışdır. Hansı ki, qeyd edilən yaşayış evi onun və övladının daimi yaşayış yeri olmuş, həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onları artıq bir neçə vaxtdır ki, evdən qovmuş, mənzilə daxil olmağa icazə verməmişdir. O, çox çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu və 2-ci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 yaşadığı evə buraxmır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Anasının evində istifadə hüquqlarının olması nəzərə alınaraq, onun da həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququnu əldə etməsi tanınmalıdır. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququna ona 4500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş hakimin icraatındadır. Hesab edir ki, ilk iddia təmin edilməməli və İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Belə ki, işin hallarından görünür ki, sözügedən mənzil dədəbaba yurdları oİmuş, onlar bu mənzildə böyüyüb boya-başa şatmışdır. Mənzil mərhum anası X4 xüsusi mülkiyyətində olmuşdur. O, 2011-ci ildə vəfat etdikdən sonra notariat orqanında vərəsəlik işi açılmış və mərhumun vərəsələri olan övladları - Zülfiyyə, Elnarə, Ramin və Etibar öz vərəsəlik paylarından onun xeyrinə imtina etmişlər. O da vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüququnu qeydə aldırmış və reyestrdən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Daha sonra isə mənzilin bir otağını bağışlama müqaviləsi əsasında qardaşı Raminə bağışlamışdır. Ramin də həmin naturada ayrı olan mülkiyyət payını üçüncü bir şəxsə satmışdır. İddiaçı iddia tələbində ünvan 2 ünvanına köçürülmə tələbini qoysa da əslində onun iddiası onun paylı mülkiyyətimdə iç-içə olan 2 yaşayış otağı və bir yardımçı sahə ilə bağlıdır. O, həmin yaşadığı və mülkiyyətində olan hissəni yenidən təmir etmiş, yararlı vəziyyətə salmış və ailəsilə birgə yaşayır. Özü 2-ci qrup gözdən əlildir, əlillər cəmiyyətinin də üzvüdür. İddiaçı illərdir bu mənzildə yaşamadığı halda iddia ərizəsində yalana yol verərək guya illərdir onu və övladını mənzilə buraxmadığımı söyləyir. Halbuki, ona heç kim təzyiq göstərməmiş, heç kim maneçilik törətməmişdir. O, illər bundan öncə ailə həyatı qurub bu mənzildə könüllü şəkildə köçmüş, daha sonra 2-ci dəfə Türkiyə Respublikasına köçərək orada ailə həyatı qurmuş və daimi yaşamış və mənzilə dair istifadə hüquqlarını itirmişdir. Düşünsək ki, onun istifadə hüququ var, yenə də ona qanuna müvafiq aydada kompensasiya verilməklə istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış r.üquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İndiki halda X5 mübahisəli mənzildə yaşamağa başlamasının 2000-ci ildən əvvəl olduğu düşünülsə də köhnə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən mülkiyyətçi anası - X6 münasibətdə övlad sayılır və ailə üzvləri sırasına daxildir. Həmçinin, qanunvercilik Azərbaycan Respublikası 228-ci maddəsində nəzərdə tutulmuş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı normaların 2000-ci ildən əvvəl yaranmış münasibətlərə tətbiqini istisna etmir, mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə sadalanan qanunvericilik normalarına əsalanaraq hesab edir ki, cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil deyildir. Cavabdehlə iddiaçı arasında iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzildən istifadə etmələrinə dair notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma olmamışdır. Ona görə də cavabdehin sözügedən mənzildən istifadə hüququ yoxdur. Həm yuxarıda sadalanan hüquq normalarına, həm də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək hesab edir ki, 4500 manat məbləğində kompensasiya verilməklə X1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi ağlabatan və ədalətli hesab edilə bilər. Sözügedən qərarda göstərilir ki, “kompensasiya institutu istifadə hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Əvvəla o, qeyd edilməlidir ki, Konstitusiya məhkəməsinin bu qərarında müəyyən müddət daxilində dedikdə burada naməlum bir müddət nəzərdə tutularaq bu müddətin müəyyən edilməsi işin hallarından asılı olaraq məhkəmənin səlahiyyətinə buraxılmışdır. Bundan başqa X1 övladı xx.xx.2002-ci il tarixli Cavabdeh1 mənzilə köçürülməsi ümumiyyətlə mümkün deyildir. Çünki, onun 18 yaşı tamam olmuşdur və valideynin yetkinlik yaşına çatmış övladının adından məhkəmədə iddia qaldırmaq və onun prosessual hüquqlarından istifadə etmək hüququ yoxdur və qanunvercilik yalnız valideynə 18 yaşınadək uşaqlar üzərində onlarının hüquqlarının məhkəmədə həyata keçirilməsi imkanını tanımışdır. Bundan başqa, Cavabdeh1 nə mərhum anasına, nə hazırki mülkiyyətçi kimi ona münasibətdə ailə üzvü deyildir və ailə üzvü kimi də qəbul edilməmişdir. O, 2002-ci ildə doğulduğundan, onun həmin vaxtda mənzildə yaşamış olduğu düşünülsə belə, qanunvericilik onun mənzildən istifadə etmək hüququnu müəyyən etməmişdir. Cavabdeh1 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mülkiyyətçiyə münasibətdə ailə üzvü sayılmadığından, mülkiyyətçi ilə onun arasında mənzildən istifadə hüququna dair notarial təsdiqli müqavilə bağlanmadığından, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından o mənzil üzərində istifadə hüququ olmayan şəxs sayılır. Ona görə də 4500 manat məbləğində kompensasiya verilməklə X2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh1 isə mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməli və mülkiyyət hüquqlarının qorunması təmin edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək bildirdi ki, o, həmişə mübahisəli mənzilin cavabdehə məxsus iki otağında yaşamışdır. Sonradan ailə qurub Türkiyəyə getmiş, lakin sonradan qayıtmışdır. Cavabdeh onu və qızını döyüb evdən qovmuşdur. Onun başqa evi yoxdur və həmin evdən istifadə hüququ var. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, müvafiq mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı illərdir ki, bu mənzildə yaşamır. O, illər əvvəl ailə qurmuş və könüllü şəkildə mənzildən çıxıb getmişdir. Onun bu evdə istifadə hüququ qalsa belə bu hüquqa ona kompensasiya ödənilməsi ilə xitam verilə bilər. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, o, 2002-ci ildə Bakı şəhərində doğulmuşdur və hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayır. 2013-cü ilə qədər o, anası ilə birlikdə Türkiyədə yaşamışdır. Türkiyədən qayıtdıqdan sonra bir müddət, fasilələrlə dayısının evində qalmışlar. 2017-ci ildə dayısı evləndikdən sonra isə evdən birdəfəlik çıxmış, bir daha evə qayıtmamışlar. Onlar həmin vaxtdan indiyə kimi kirayə yaşamışdır. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, həmçinin, məhkəmədən tərəfindən ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 2-də qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2 otağı (y/s-28.0 m2, k/s- 13.3 m2) 14.08.2012-ci il tarixdən Cavabdeh2, 1 otağı (y/s – 18.3 m2) 26.07.2017-ci il tarixdən X8 mülkiyyətindədir. Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.07.2012-ci il tarixdə tərtib edilmiş, 11/35111 inventar nömrəli texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquq subyektləri Cavabdeh2 və X7r. “xxxx” MMC tərəfindən verilmiş 05.11.2020-ci il tarixli, 01/588 nömrəli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətində olan iki otağının 05.11.2020-ci il tarixə olan orta aylıq icarə dəyəri 120 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər bacı-qardaşdır. İlk İddiaçı hazırda köçürülmək istədiyi mənzil onların analarının mülkiyyətində olmuş, ana vəfat etdikdən sonra mənzil Cavabdeh2 mülkiyyətinə keçmiş, onun mənzil üzərində mülkiyyət hüququ 2012-ci ildə qeydiyyata alınmışdır. İlk iddia üzrə İddiaçı ilk dəfə ailə qurana qədər bu mənzildə yaşamışdır. Daha sonra o, bir neçə dəfə ailə qurub geri qayıtmışdır. Sonuncu dəfə o, ailə qurararaq ölkəni tərk edib qızı ilə birlikdə Türkiyəyə köçmüş, orada yaşamışdır. Türkiyədən qayıtdıqdan sonra isə bir müddət, fasilələrlə, yəni daimi olmadan qarşılıqlı iddiaçının mənzilində qalmış, 2017-ci ildə X9 ailə qurmuş, bacısı İddiaçı isə övladı ilə birlikdə həmin mənzildən çıxmışdır. Hazırda ilk iddia üzrə İddiaçı həmin mənzildən istifadə hüququnun olduğunu bildirərək qızı ilə birlikdə bu mənzilə köçürülməyini xahiş etmiş, X12 isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini, Cavabdeh1 isə bu mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etmişdir. İlk növbədə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın qismən təmin edilməsi ilk iddianın təmin edilməsini tam istisna etdiyindən əvvəlcə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, ilk iddia üzrə İddiaçı mənzilə köçürülmə barədə tələbinə münasibət bildirə bilmək üçün ilk olaraq onun bu mənzilə istifadə hüququnun olub-olmaması, varsa hansı əsasla yaranmış olması məsələsi araşdırılmalıdır ki, bu da qarşılıqlı iddia tələbinin əsasını təşkil edir. Belə ki, qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh2 bacısı İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh2 öz mülkiyyətində olan mənzildə bacısının istifadə hüququnu faktiki olaraq tanımış, lakin buna xitam verilməsini istəmişdir. Məhkəmə isə qeyd edir ki, ilk iddia üzrə İddiaçı mübahisəli mənzildə istifadə hüququ həqiqətən mövcuddur. Belə ki, həmin mənzil qarşılıqlı iddiaçıdan əvvəl tərəflərin hər ikisinin anası olan X4 mülkiyyətində olmuş, hər iki tərəf hələ 2000-ci ildən xeyli əvvəl bacıqardaş kimi bu evdə böyümüş, birlikdə yaşamışdır. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirməmişdir. Beləliklə, tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlər 2000-ci ildən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olan yəni, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən mənzildən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, o, mənzilin əvvəlki mülkiyyətçisi olan anasının ailə üzvü – qızı kimi mənzildən istifadə hüququ əldə etmişdir. Bu hüquq anasının ölümü ilə mənzilin mülkiyyətçisinin dəyişməsi halında da itirilməmişdir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Eyni zamanda, Mülki Məcəllənin 255.7-ci maddəsinə əsasən, servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Odur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzil üzərində istifadə hüququ anasının ölümündən sonra mənzil üzərində mülkiyyət hüququnun qardaşı – ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 keçməsi halında da saxlanılmışdır. Bu hissədə qeyd edilməlidir ki, mübahisəli mənzil ümumi paylı mülkiyyətdə olsa da mübahisə yalnız Cavabdeh2 məxsus payla bağlı olduğundan, yəni İddiaçı mənzilin yalnız qardaşına məxsus payına köçmək istədiyindən və Cavabdeh2 yalnız öz payına görə kompensasiya ödəməklə bacısının istifadə hüququna xitam verilməsini tələb etdiyindən digər payla bağlı məsələyə məhkəmə tərəfindən münasibət bildirilmir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki: “Həmçinin qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər”. (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarı) Göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı köhnə Mənzil Məcəlləsində birbaşa norma nəzərdə tutulmasa da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mənzil mülkiyyətçilərinin bu hüququnu tanımışdır. Yəni, ilk iddia üzrə Cavabdeh2 öz mülkiyyətində olan mənzildən istifadə hüququ olan şəxsin istifadə hüququna xitam verilməsini tələb etmək hüququ mövcuddur və məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının bu hüquqa əsaslanan qarşılıqlı iddia tələbi məhz bu hissədə əsaslıdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyətində olan mənzildən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbini təmin etməklə məhkəmə mahiyyət etibarilə qarşılıqlı iddiaçının mülkiyyətində olan mənzilə onun razılığı olmadan ilk iddiaçının köçməsinin və beləliklə, qarşılıqlı iddiaçının mülkiyyətinə müdaxilənin qarşısını alır. Üstəlik, bu zaman qarşılıqlı iddiaçı tərəfindən kompensasiya ödənilməsini təmin etməklə mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bununla tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin etmiş olur. Kompensasiya məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarıda olan mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətində olan iki otağının orta aylıq icarə dəyəri 120 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, kompensasiya məbləğinin müəyyənləşdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsi nəzərə alınaraq mənzildən istifadə hüququna xitam verilməsinə görə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənəcək kompensasiyanın 4320 manat məbləğində müəyyən edilməsi ağlabatandır. Lakin qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçı 4500 manat məbləğində kompensasiya ödənilməsini təklif etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinin azaldılması iddia tələbindən kənara çıxma hesab olunduğundan və məhkəmə buna haqlı olmadığından qarşılıqlı iddia üzrə cavabdehə ödəniləcək kompensasiya məbləği qarşılıqlı iddia tələbinə uyğun olaraq 4500 manat həddində müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin digər – Cavabdeh1 ilə bağlı olan hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 dayısının mülkiyyətində olan mübahisəli mənzildə yalnız anası ilə yaşadıqları Tükiyədən qayıtdıqdan sonra bir müddət, fasilələrlə qalmış, yəni daimi yaşamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, onun bu mənzildə qeydiyyatda olması onun mənzildə daimi yaşaması ilə əlaqədar deyil və formal xarakter daşıyır, beləliklə mənzildən istifadə hüququ ilə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Odur ki, qarşılıqlı iddia tələbinə baxılması bu hissədə məhkəmənin səlahiyyətində olmadığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(010)- 147/2021 saylı qərardadı ilə qarşılıqlı iddia tələbi üzrə icraata bu hissədə xitam verilmiş, qarşılıqlı iddiaçıya bu cür şəxsin qeydiyyatına xitam verilməsi üçün əvvəlcə müvafiq inzibati orqana müraciəti etməsi, bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələrin bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilməsi barədə izah edilmişdir. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, artıq yuxarıda qeyd edilənlərə əsasən qarşılıqlı iddianın qismən təmin edilməsi ilk iddianın rədd edilməsini labüd etdiyindən ilk iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququna ona 4500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Son olaraq məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilmədiyindən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun yarısı (15 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, digər yarısı isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan pul ekspertiza keçirilən zaman qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən ödənildiyindən və qarşılıqlı iddiaçı ödənilmiş məbləği geri tələb etdiyindən, qarşılıqlı iddianın kompensasiya ilə bağlı hissədə təmin edilməsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (cavabdeh qismində cəlb edilmiş Cavabdeh1) qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququna ona 4500 (dörd min beş yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlər rüsumunun 15 manatı qarşılıqlı iddiaçıya aid edilsin, qalan 15 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-147/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-147/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver