Məhkəmə qərarları › İş №2(010)-1474/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1474/2021

02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1474/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçinin vəkili X7 iştiraklı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Azərbaycan SSR Bakı şəhəri X6 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-uçot müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab nömrə 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında babası Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Novaya 16 ünvanında yerləşən evmülkün tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçinin vəkili tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında babası Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, tualetin) tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə Çıxarış verilmişdir və həmin Çıxarışa əsasən Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülk mülkiyyət hüququ əsasında ½ hissədə Dursun Məmməd qızının, ½ hissədə Cəfər Əsəd oğlunun adlarına qeydiyyatdan keçmişdir. 1965-ci ilin mart ayında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə Cəfər Əsəd oğlunun oğlu (vərəsələrindən biri) Tağı Cəfər oğlunun adına «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasportu tərtib edilərək təsdiq edilmişdir. Həmin Pasportdan görünür ki, (səh: 1) ev sahibi (Tağı Cəfər oğlu) «Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151 xx xxxx 1948-ci il tarixdə Çıxarış» üzrə sahənin və ev mülkünün həqiqi istifadəçisi sayılır. Həmçinin, həmin Pasportdan görünür ki, «Cəmi meydançanın sahəsi 236 kv/m»dir. Cəfər Əsəd oğlu onun babası, Tağı Cəfər oğlu isə əmisidir. Babası xx.xx.1958-ci il tarixdə vəfat etmişdir. Babası ilə bərabər həmin ünvanda atası – Müseyib Cəfər oğlu öz ailəsi ilə, həmçinin X20 oğlu öz ailəsi ilə yaşamışdır. Sonradan X20 oğlu öz ailəsi ilə birlikdə başqa ünvana köçmüş, babadan miras qalmış mülkdə atas – Müseyib Cəfər oğlu öz ailəsi ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. X14 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra həmin ünvanda anası X10 ilə o, qeydiyyatda olmaqla yaşamışdır. xx.xx.1996-cı il tarixdə anası vəfat etmişdir. Babadan miras qalmış qeyd edilən fərdi yaşayış evi son illərdə yaşayış üçün tamamilə yararsız hala düşdüyündən o, 2015-ci ildə həmin fərdi yaşayış evini söküb yerində yeni yaşayış evi tikdirmək qərarına gəlmişdir. Beləliklə, həyətyanı sahənin ətrafına çəkilmiş daş hasar, metal darvaza və hin (saray) istisna olmaqla, bütün evi sökdürmüşdür. Lakin sonradan səhhətində yaranmış ciddi problemlərlə bağlı uzun sürən müalicə aldığına görə istədiyi evi tikdirə bilməmiş, hazırda da həmin ünvanda hər hansı yeni tikili inşa etdirmək imkanı yoxdur. xx xxxxx 2017-ci il tarixdə onun müraciəti əsasında 43 saylı Notariat Kontoru tərəfindən ona Az. SSR Bakı şəhəri ZDSİK-nin xx.xx.1948-ci il tarixdə Cəfər Əsəd oğluna verilmiş kitab 209 nömrəli, səhiifə 12150 olan çıxarışa əsasən babası Cəfər Əsəd oğlundan qalmış Bakı şəhəri, Novaya küçəsi 16 ünvanda yerləşən daşınmaz əmlakdan ibarət miras əmlaka dair «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə verilmişdir. xx.xx.2017-ci il tarixdə o, Bakı şəhəri, Novaya küçəsi 16 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar həmin ünvanda yerləşən tək torpaq sahəsinə dair çıxarış verilməsinə etiraz etmədiyinə dair yazılı ərizə ilə AR ƏMDK yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin ünvan 3 ünvanda yerləşən tək torpaq sahəsinə (0,0236 ha) daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında Seriya RX № ******* saylı Çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixdə o, babasından miras qalmış və AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ona verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə mülkiyyətində olan Bakı şəhəri, Novaya küçəsi 16 ünvanda yerləşən 0.0236 ha torpaq sahəsini X1. xx.xx.2017-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli ««xxxx» MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında» 367 saylı sərəncamı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 4 ünvanda və ona bitişik torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. İddiaçı «xxxx» MMC cavabdehlər – Bakı şəhər 43 saylı DNK-na, Ərizəçi, X5, AR ƏMDK yanında DƏDRX-nə qarşı (İİİ şəxs Yasamal rayon İcra Hakimiyyətinin iştirakı ilə) «qanun üzrə vərəsəlik şəhadətnaməsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, torpağın dövlət mülkiyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx xxxxx 2017-ci il tarixli 1v-22 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, AN-1 № 0628980, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, etibarsızlığın nəticəsi olaraq torpaq sahəsinin ilkin vəziyyətə, dövlət mülkiyyətinə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Ərizəçi Müseyb qızının adına olan xx.xx.2017-ci il tarixli 2V-47 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmiş, onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Ərizəçi Müseyb qızı ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-1112 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, onun əsasında verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4399/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 306/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi «xxxx» MMC-yə, Ərizəçi Müseyb qızına və X5 münasibətdə dəyişdirilmədən saxlanılmış, Ərizəçi ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 67 000 (altmış yeddi min) manatın Ərizəçi alınaraq İlham Ələsgərova qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6392/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4399/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət edərək Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında babası Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş və tərəfindən miras əmlak olaraq qəbul edilmiş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkdən qalmış 236 kv.m həyətyanı torpaq sahəsinə, torpaq sahəsinin ətrafına çəkilmiş daş hasara, metal darvazaya və hinə (saraya) dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 1706 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda cavab verilərək mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildi: «Sizin xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.1958-ci il tarixində vəfat etmiş mərhum babanız Cəfər Əsədə məxsus Bakı şəhəri, Yasamal rayonu, Novaya 16 ünvanla əlaqədar (onun vərəsəsi oğlu: xx.xx.1970-ci il tarixində vəfat etmiş Müseyib Cəfər) xx xxxx 2017-ci il tarixli Sizin tərəfinizdən daxil olmuş ərizəniz əssında 1v- 2 saylı reyestrlə açılış aparılmış və Sizə yuxarıda göstərilən əmlakla bağlı ½ hissədən tam olaraq pay alınması ilə əlaqədar xx xxxxx 2017-ci il tarixli 2V-47 saylı reyestrlə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Qeyd edilənləri nəzərə alaraq sizə təkrar «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilməsindən imtina edirik”. Yuxarıda qeyd edilən mülki iş üzrə ona verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» ona görə etibarsız hesab edilmişdir ki, Bakı şəhəri 43 saylı Notariat Kontoru ona mövcud olmayan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin mülki iş üzrə məhkəmələr 64 saylı MKİS-nin notariat işində olan ünvanın sökülmüş olmasına dair verilmiş arayışına istinad edərək bu qənaətə gələrək hesab etmişlər ki, notariat kontoru mövcud olmayan əmlaka dair şəhadətnamə verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Doğrudur, babasından miras qalmış ev-mülk tərəfindən sökülmüşdür, lakin tam sökülməmişdir. Belə ki, hazırda həmin evin qalan hissəsi (daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər olan hin, saray, hamam, tualet), habelə həmin ev-mülkün üzərində yerləşdiyi və ayrılmaz tərkib hisəssi olan həyətyanı sahəsi (torpaq sahəsi) Bakı şəhəri, Yasamal rayonu, Novaya 16 ünvanında mövcuddur və onun faktiki idarəetməsində və istifadəsindədir. Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər- Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş kitab № 209, səhifə 12151 xx xxxx 1948-ci il tarixli Çıxarışdan da göründüyü kimi həmin çıxarış Bakı şəhəri Novaya 16 ünvanda yerləşən evə-mülkə dair verilmişdir. Qoşmada təqdim etdiyi Dursun Məmməd qızının adına tərtib edilmiş 1965-ci il tarixli Texniki pasportun surətindən görünür ki, yuxarıda qeyd edilən Çıxarış əsasında ½ hissədə Dursun Məmməd qızının, ½ hissədə Cəfər Əsəd oğlunun adlarına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin Dursun Məmməd qızının mülkiyyətində olan ½ hissəsinə sonradan Bakı şəhəri, Yasamal rayonu, 18 ünvanı verilmiş, bununla da həmin ½ hissə Cəfər Əsəd oğlunun adına olan ½ hissədən ayrılmışdır. X15 adına tərtib olunmuş yuxarıda istinad edilən 1965-ci il mart tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasportun surətindən görünür ki, Cəfər Əsəd oğlundan miras qalmış ev-mülkün cəmi meydançasının (həyətyanı) sahəsinin ölçüsü 236 kv.m-dir. Göründüyü kimi əvvəla, babasından atasına və əmisinə, onlardan da ona miras qalmış və tərəfindən faktiki olaraq qəbul edilərək hazırda da faktiki istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Novaya 16 ünvanında yerləşməklə babası Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, tualetin), habelə həmin ev-mülkün altındakı torpaq sahəsinin (həyətyanı sahəsinin) tərəfindən miras əmlak olaraq qəbul edilmiş olması faktı mübahisəsizdir. Hesab edir ki, əvvəla tərəfindən sözügedən miras əmlak bütünlüklə qəbul edilmiş olduğundan, digər tərəfdən həmin yaşayış evinin əksər hissəsi sökülmüş olsa da həmin yaşayış evinin tərkib hissələri olmuş daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, tualetin, habelə 236 kv.m ölçüsündə həyətyanı sahəsinin hələ də faktiki istifadəsində və idarəetməsində olduğu nəzərə alınaraq babası Cəfər Əsəd oğlundan ona miras qalmış Bakı şəhəri Novaya 16 ünvanındakı ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, tualetin) tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəkili X9 ərizəni müdafiə edərək bildirdi ki, ərizənin predmetini təşkil edən əmlak (daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər olan hin, saray, hamam, sanitar qovşaq) ərizəçiyə babasından miras qalmış, o isə bu əmlakı yaxşılaşdırmış, təmir etdirmişdir. Həmin vaxtdan bu əmlak ərizəçinin istifadəsindədir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 43 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin vəkilinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151 xx xxxx 1948-ci il tarixdə Çıxarışın surətindən görünür ki, həmin Çıxarışa əsasən Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülk mülkiyyət hüququ əsasında ½ hissədə Dursun Məmməd qızının, ½ hissədə Cəfər Əsəd oğlunun adlarına qeydiyyatdan keçmişdir. 64 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli № 64 saylı arayışdan görünür ki, Cəfər Əsəd oğlu xx.xx.1958-ci il tarixdə ölüb (11-İE 061783 saylı xx.xx.1958-ci il tarixli ölüm haqqında şəhadətnamə), ölən günə kimi Bakı şəhəri Novaya 16 ünvanda ailə üzvü – oğlu Müseyib Cəfər oğlu ilə birlikdə qeydiyyatda olub. Müseyib Cəfər oğlu xx.xx.1970-ci il tarixdə ölmüşdür (AZ-YN=658017 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamə). 64 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli № 64 saylı arayışdan görünür ki, Müseyib Cəfər oğlu xx.xx.1970-ci il tarixdə ölmüşdür (AZ-YN=658017 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamə), ölən günə kimi Bakı şəhəri Novaya 16 ünvanda ailə üzvləri – 1) həyat yoldaşı X11 (xx.xx.1996-cı il tarixdə ölüb (N-JQ №470450 saylı xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamə), 2) qızı Ərizəçi ilə birlikdə qeydiyyatda olub. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 1706 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, həmin məktubla ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən aşağdakı məzmunda cavab verilərək imtina edilmişdir: «Sizin xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.1958-ci il tarixində vəfat etmiş mərhum babanız Cəfər Əsədə məxsus Bakı şəhəri, Yasamal rayonu, Novaya 16 ünvanla əlaqədar (onun vərəsəsi oğlu: xx.xx.1970-ci il tarixində vəfat etmiş Müseyib Cəfər) xx xxxx 2017-ci il tarixli Sizin tərəfinizdən daxil olmuş ərizəniz əsasında 1v-2 saylı reyestrlə açılış aparılmış və Sizə yuxarıda göstərilən əmlakla bağlı ½ hissədən tam olaraq pay alınması ilə əlaqədar xx xxxxx 2017-ci il tarixli 2V-47 saylı reyestrlə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Qeyd edilənləri nəzərə alaraq sizə təkrar «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilməsindən imtina edirik». Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayon, Novaya küçəsində yerləşən, ümumi sahəsi 69.9 m2, yaşayış sahəsi 70.1 m2, köməkçi sahəsi 26.8 m2 olan 8 otaqlı 16/18 saylı fərdi yaşayış evi ilkin olaraq (tarixsiz) Pirverdi Əskər oğlunun adına qeydə alınmış, Pirverdi Əskər oğlu həmin evin 1/2 hissəsini Cəfər Əsəd oğluna, xx.xx.1947-ci ildə evin qalan hissəsini Dursun Məmməd qızına satmış, Bakı şəhəri, Yasamal rayonu, Novaya 16 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1/2 pay Cəfər Əsəd oğlunun, 1/2 pay Dursun Məmməd qızının adına xx.xx.1948-ci il tarixdə 209 h/e nömrəli reyestr kitabının 12150 nömrəli vərəqəsində qeydiyyata alınmış, Cəfər Əsəd oğlu xx.xx.1958-ci il tarixdə vəfat etmiş, sözügedən evin ondan qlana 1/2 pay hissəsinin vərəsəsinin Ərizəçi olması barədə xx.xx.2017-ci il tarixdə qanunsuz üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, Ərizəçi xx.xx.2017-ci il tarixli ərizəsi əsasında fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar həmin ünvanda yerləşən tək torpaq sahəsinə (0.0236 ha) dair onun adına xx.xx.2017-ci il tarixdə çıxarış verilmiş, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən 0.0236 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Sonradan, Ərizəçi verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, bu şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Ona görə ki, miras kimi göstərilmiş əmlak söküldüyündən miras kütləsinə daxil ola bilməzdi. Hazırda isə ərizəçi sökünütüdən qalan və babasından miras qalmış tərəfindən yaxşılaşdırılmış daş hasar, dəmir darvaza və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) miras kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmşdir ki, Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ½ hissədə evmülkün (daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər olan hin, saray, hamam, tualetdən ibarət olan qalan hissəsi, həyətyanı torpaq sahəsi ilə birlikdə hazırda Cəfər Əsəd oğlunun vərəsəsi Ərizəçi faktiki istifadəsində və idarəetməsindədir. Azərbaycan Respublikasının 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə əldə edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerininin müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx xxxx 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) Cəfər Əsəd oğlunun vərəsəsi Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, xx.xx.1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) Cəfər Əsəd oğlunun vərəsəsi Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar