Məhkəmə qərarları › İş №2(010)-1486/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1486/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1486/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2016-cı il tarixli AZ-İ №822233 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölüm haqqında akt qeydləri kitabında 866 № ilə qeyd edilmiş 17.05.1936-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş X6 ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum X4 ilə xala qızı (xalasının qızı) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuşdur. Ailəsi ilə birgə ünvan 1 ünvanında yaşayır. Uşaqlıq vaxtında (2-3 yaşlarında olarkən) X4 vəfat etmişdir. Hələ o zamanlar Ermənistan Respublikası Noemberyan rayonunda yaşayırdılar. Anası vəfat etdikdən sonra X14 27.01,1967-ci ildə mərhum anasının xalası qızı olan X13 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından uşaqları olmamışdır. Buna baxmayaraq X13 onu öz doğma övladı kimi saxlamış, böyütmüş və hər zaman doğma ana kimi qayğımı çəkmişdir. Həmçinin onda 2-3 yaşında olarkən öz doğma anamı itirdiyi üçün ağlı kəsən vaxtlarından Tamaşa Yusubovanı görmüşdür və öz doğma anası hesab eləmişdir. Mərhum X14 və onun həyat yoldaşı (arvadı) X13 hər ikisi ölən günədək onunla birgə ünvan 1 ünvanında yaşamışlar. X3 mərhum X4nın doğma xalası qızı olmasına baxmayaraq, onunla aralarında olan münasibətlər hər zaman gözəl, nümunəvi və ən əsası isə ana bala münasibətləri olmuşdur. Onuda qeyd edir ki, X3 29.06.2016-cı il tarixdə vəfat etmişdir. Vəfatı ilə əlaqədar dəfn və digər yas mərasimlərinin xərcləri də tərəfindən qarşılanmışdır. 1988-ci ildə Ermənistan və Azərbaycan Respblikası arasında baş verən məlum hadisələrdən sonra, o, ailə üzvlərim, o cümlədən X14 və X13 Azərbaycana köçmüşdürlər və həmin vaxtdan bu günə kimi Bakı şəhərində qaçqın kimi məskunlaşmışlar. Həmin ərəfələrdə X4na və anasının xalası qızı olan X10 məxsus sənədlər naməlum şəraitdə itmişdir, hər iki ölkə arasında baş verən müharibədən sonra isə arxiv sənədlərini əldə edib bərpa etmək mümkün olmamışdır. Hətta X4 ilə X8 doğma xala qızı olmasını, yəni qohumluq əlaqələrini müəyyən etmək üçün onlara və onların valideynlıərinə (analarına) məxsus doğum haqqında şəhadətnamələrin surətinin verilməsi, eləcə də bu bərədə arxiv məlumatlarının əldə edilməsi ilə əlaqədar olaraq Bakı səhəri Suaxanı rayonu Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin sözügedən qurum tərəfindən verilən 29.01,2021-ci il tarixli. 8405/75 nömrəli məktubla bildirilmişdir ki, vətəndaş (ərizəçi) Ərizəçi mərhum anası Ermənistan Respublikasında anadan olmuş X5, habelə Ermənistan Respublikasında anadan olmuş X8 doğumları barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir. Həmin məktub ərizəyə əlavə edilmişdir. X4 ilə X6 xala qızları kimi qohumluq münasibətində olma faktının tanınması qohumların bir-birinə münasibətdə qanun üzrə vərəsəliyin müəyyən edilməsi üçün lazımdır. X6 onun doğma X4nın xalası qızı olması faktını bizə yaxın olan qohumlar, qonşular da şahidlik edib təsdiq ecə bilərlər. Odur ki, Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2016-cı il tarixli AZ-İ №822233 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölüm haqqında akt qeydləri kitabında 866 № ilə qeyd edilmiş 17.05.1936-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş X6 ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum X4 ilə xala qızı (xalasının qızı) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən AZ-İ seriyalı 822233 saylı, 04 iyul 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 04 iyul 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 iyul 2016-cı il tarixdə 866 sayla qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən AZ-İ seriyalı 123272 saylı, 04 noyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X29 21 oktyabr 2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 noyabr 2004-cü il tarixdə 915 sayla qeyd edilmişdir. İş materiallarında olan Surxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Vəkil verilmiş 29.01.2021-ci il tarixli №8405/75 saylı cavab məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydyat informasiya sistemi nəzərdən keçirilmiş və vətəndaş Ərizəçi mərhum anası Ermənistan Respublikasında anadan olmuş Yusubova badsafa Cahangir qızının habelə, Ermənistan Respublikasında anadan olmuş X6 doğumları barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan AZE seriyalı 03744732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17.05.1936-cı ildə Ermənistan, Noemberyan rayonunda anadan olmuş X1, ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən 13.10.2020-ci il tarixli 956 saylı arayışa əsasən, mərhum X2 qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B, mənzil 76 ünvanıında 29.06.2016-cı ilədək yaşamışdır. Ailə tərkibi olaraq, Ərizəçi, X15, X27 və X19 ilə birlikə yaşamışdır. İş materiallarında olan 35 saylı Notariat Ofisi tərəfindən Ərizəçi verilmiş 15 mart 2021-ci il tarixli №130 saylı məktuba əsasən, 29 iyun 2016-cı il tarixdə vəfat etmiş mərhumə X6 vərəsəlik işi ilə əlaqədar 17 sentyabr 2016-cı il tarixdə verdiyi ərizəyə əsasən, Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Notariat elektron bazaya əsasən mərhumun digər vərəsələri barədə məlumat bazasında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli №4/494 saylı məktuba əsasən, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində yoxdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X24 həm yazılı, həm də şifahi ifadəsinə əsasən, o, 08.04.1953-cü ildə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olmuşdur. Ərizəçi ilə doğma əmi uşaqlarıdır. Ərizəçinin doğma anası, yəni əmisi olan ərizəçinin atası Oruc kişinin arvadı Badsafa xanım idi. Uşaq vaxtı təxminən 1966-cı ildə, o zamanlar onun 13 -14 yaşı olardı, həmin vaxt ərizəçinin anası xəstəlikdən rəhmətə gedir. Ərizəçinin anası Badsafa bibisi rəhmətə gedəndən sonra əmisi Tamaşa adında xanımla evlənir. Onu qeyd edir ki, X13 ərizəçinin doğma anası olan Badsafanın doğmaca xalası qızı idi. Əmisi Oruc kişi rəhmətlik Badsafanın xalası qızı Tamaşanı ona görə almışdır ki, Tamaşa uşaqların qayğısına yaxşı qalsın, uşaqlara yaxşı baxsın. Çünki Tamaşa həm qohum idi, həm də onun uşağı yox idi. Bütün meylini uşaqlara salmışdır. Uşaqlar da onu öz anası kimi bilirdilər. Tamaşa bibi ölən günə kimi ərizəçi Yusiflə birgə yaşayıb. O öləndə də onun bütün yas xərclərinin hamısını ərizəçi çəkib. 05.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X17 verdiyi izahatında, o 1957-ci ildə Ermənistan SSR Noyemberyan rayonunda anadan olmuşam. X14, anası X12 onun 9 yaşı olanda təxminən 1966-cı ildə anam rəhmətə getmişdir. Anası rəhmətə gedən zaman 4 uşaq qalmışdılar. Bir il sonra atası 1967-ci ildə, X13 ilə nikaha daxil olmuşdur. X13 onun doğma anası Yusubova Bastafa ilə doğma xala qızı idi. Yusubova Tamaşanın uşağı heç vaxt olmamışdır. Atasının anası – Bastafanın xalası qızı Tamaşa ilə ailə qurması, uşaqlara (həmin vaxt) qohumluq əlaqəsi olan bir şəxsin daha yaxşı baxması, qayğı göstərməsi məqsədi ilə olmuşdur. Qeyd edir ki, o, Ərizəçi bacısıdır. 05.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X20 verdiyi izahatında, o, 15.04.1961-ci ildə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olmuşam. Atası – X29, X4 idi. O, körpə uşaq olan vaxtlarda - təxminən 1966-cı ildə anam rəhmətə gedir, bundan 1 il sonra 1967-ci ildə atası X13 ilə evlənir. Qeyd edir ki, X13 onun doğma anası Badsafanın xalası qızı idi. Atası Oruc kişinin anası rəhmətə gedəndən sonra anasının xalası qızı ilə evlənməsi həmin şəxsin qohum olmasına görə uşaqlara yaxşı baxması, qayğı və diqqət göstərməsi üçün idi. Bildirir ki, doğma anası Badsafanın xalası qızı olan Tamaşa Daşdəmir qızı ölən günə kimi ona və qardaşbacılarına öz doğma uşağı kimi baxmış və münasibət bəsləmişdir. O və qardaş bacıları öz doğma anası Badsafanı uşaq ikən itirdiyi vaxtdan X6 onlara sanki öz doğma balası kimi baxdığı üçün onlar da onu ana kimi qəbul edib, öz anası kimi sevmişdirlər. Bildirir ki, X13 29.06.2016-cı ildə rəhmətə getmişdir. Rəhmətə gedən günə kimi qardaşı, yəni iş üzrə Ərizəçila ünvan 4 ünvanında yaşamışdır. X6 heç vaxt uşaqları olmamışdır. X6 dəfni ilə yas mərasimləri ilə bağlı bütün xərcləri qardaşı - Ərizəçi qarşılamışdır. 05.05.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X21 verdiyi izahatında, bildirmişdir ki, o, iş üzrə Ərizəçi doğma əmisi oğludur. Belə ki, atası X18 ilə ərizəçinin atası X30 doğma qardaşdırlar. Şahid kimi onu təsdiq edə bilər ki, ərizəçi və ərizəçinin qardaş və bacılarının doğma X4dır. Badsafa ilə ərizəçinin atası X30 ər-arvad olmuşdurlar. Təxminən 1966-cı ildə Badsafa rəhmətə getdikdən 1 il sonra əmisi - yəni ərizəçinin atası oruc kişi Badsafanın xalası qızı olan X13 ilə ailə qurmuşdur. Oruc kişi ilə Tamaşanın birgə nikahlarından uşaqları olmamışdır. Qeyd edir ki, Badsafa ilə Tamaşa doğma xalaqızıdır. Ərizəçi və ərizəçinin qardaş və bacıları Tamaşanı öz anaları kimi qəbul etmişdirlər. Yusubova Tamaşa 2016-cı il tarixdə rəhmətə gedənədək ünvan 5 ünvanında Ərizəçilə birgə yaşamışdır. Onun dəfn və yas mərasimləri ilə bağlı bütün xərcləri Ərizəçi özü gəlmişdir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2016-cı il tarixli AZ-İ №822233 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölüm haqqında akt qeydləri kitabında 866 № ilə qeyd edilmiş 17.05.1936-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş X6 ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum X4 ilə xala qızı (xalasının qızı) olması faktı öz təsdiqini tapır. Qeyd olunan faktın hüquqi əhəmiyyətli olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-cü maddəsinə əsasən məhkəmə tərəfindən qohumluq münasibətlərinin qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2016-cı il tarixli AZ-İ №822233 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölüm haqqında akt qeydləri kitabında 866 № ilə qeyd edilmiş 17.05.1936-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş X6 ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum X4 ilə xala qızı (xalasının qızı) olması faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2016-cı il tarixli AZ-İ №822233 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən ölüm haqqında akt qeydləri kitabında 866 № ilə qeyd edilmiş 17.05.1936-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş X6 ərizəçi xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum X4 ilə xala qızı (xalasının qızı) olması faktı müəyyən edilsin. Qohumluq faktının qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar