Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1523/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra - Cavabdeh MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsin öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi haqqında razılıq əldə edilərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağladıqlarını bildirmiş və məhkəmədən həmin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və məhkəməyə təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (İddiaçı və Cavabdeh direktoru X2) imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür. 1.1. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-1523/2024 saylı mülki iş üzrə iddiasından tamamilə imtina etməyi, gələcəkdə tərəflər arasında olan əmək münasibətləri ilə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Suraxanı rayon məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etməyi; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etməyi;
2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 2.1 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmr vermək; 2.2 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 7 (yeddi) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və bu barədə elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq; 2.4 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 3 (üç) gün müddətində 250 (iki yüz əlli) manat məbləğində pulu İddiaçı ödəmək”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını ərizələrində qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki,barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: “1. Bu barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırkı barışıq sazişinin 2ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür. 1.1. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-1523/2024 saylı mülki iş üzrə iddiasından tamamilə imtina etməyi, gələcəkdə tərəflər arasında olan əmək münasibətləri ilə heç bir iddia qaldırmamağı və hazırkı barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Suraxanı rayon məhkəməsinə təqdim etməyi; 1.2. Bu barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zəruriyyət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi; 1.3. Öz xahişi ilə xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) ilə bağlı ərizəsini Cavabdeh MMC-yə təqdim etməyi; 1.4. Onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında əmək kitabçasında yazılmış qeydə müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasını və ya yeni əmək kitabçasını Cavabdeh MMC-yə təqdim etməyi;
2. Bu barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırkı barışıq sazişinin 1-ci bəndində götürdüyü öhdəliklərin müqabilində aşağıdakıları öhdəsinə götürür: 2.1 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 3 (üç) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmr vermək; 2.2 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 7 (yeddi) gün müddətində xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv etmək və bu barədə elektron informasiya sistemində olan məlumatın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək; 2.3. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ya yeni əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında yazılmış qeydə müvafiq düzəliş edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında xitam verilməsi ilə bağlı qeyd yazmaq; 2.4 Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi gündən 3 (üç) gün müddətində 250 (iki yüz əlli) manat məbləğində pulu İddiaçı ödəmək”. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(010)-1523/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icraatın dayandırılması hissəsindən qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva