Məhkəmə qərarları › İş №2(010)-1524/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1524/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1524/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Nizami qızı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, 72 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edliməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nizami qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat kontorunda alqı-satqı yolu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, 72 saylı mənzilini Cavabdeh almışdır. Qeyd olunan mənzilin iddiaçının mülkiyyətində olmasına dair Azərbaycan Respublikası DƏDRXi tərəfindən xx.xx.2018-ci il tarixli RX№-1397573 seriyalı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin yaşayış evi iddiaçının mülkiyyətində olsa da, Cavabdeh iddiaçının hüquqlarını pozaraq iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxmamışdır. Danışıqlarına və eyni zamanda yuxarıda göstərdiyi tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən sonra satdığı mənzildən xx.xx.2018-ci il tarixədək qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya məxsus mənzildə formal pasport qeydiyyatında olsa da, alqı-satqıdan sonra bir gün də qeyd olunan mənzildə yaşamamışdır. Dəfələrlə tərəfindən edilmiş müraciətlərin də heç bir nəticəsi olmamışdır.Cavabdeh bu günə qədər iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Qeyd olunan səbəbdən mənzildən maneəsiz şəkildə kirayəyə verə, yaxud başqa cür istifadə edə bilmir. Cavabdehin adına olan bütün məktublar, sənədlər iddiaçıya məxsus mənzilə gəlir. Bundan əlavə hal-hazırda həmin mənzili satmaq istəsə gərək qanuna görə qeydiyyatda olan şəxslər kimi cavabdehin razılığı alınsın. Nəticə etibarilə əmlak üzərində sərəncam hüququ da pozulmaqdadır. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarını pozur ki, bu da yolverilməzdir. Cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiada qeyd olunan mənzilə dair istifadə hüquqlarının xitam verilməsinə razılıq vermişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 2493 nömrəli reyestr kitabının 232101 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, 72 saylı mənzil İddiaçı Nizami qızının xüsusi mülkiyyətindədir. Mülki işdə olan xx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada surətindən görünür ki, “satıcı”– Cavabdeh, tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, 72 saylı mənzil ünvanında yerləşən ümumi sahəsi 47.91 kv/m olan mənzil “Alıcı”- İddiaçı mülkiyyətinə verir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə Cavabdeh verilmiş **********41- 05101-093068 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ümumi sahəsi 47.91 kv/m olan mənzili; real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, 72 saylı mənzil ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 40000 manat 00 qəpik (qırx min manat sıfır qəpik) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni ondan 40000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə aldı. Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı Cavabdeh xx/xx/2018-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mənzil 72 ünvanına dair istifadə hüququna xitam verilməsinə razı olduğunu və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mənzil 72 ünvanında Cavabdeh qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyytəçisi olan İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdeh iddiaçının mənzilində yaşamasa da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Nizami qızı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mübahisəli 72 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair xüsusi mülkiyyət hüququ müqavilə əsasında iddiaçıya keçmişdir. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun mülkiyyətində olması ilə yarandığından və bu hüquq bağışlanma müqaviləsi ilə digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə də xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mənzil 72 ünvana dair istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mənzil 72 ünvana dair istifadə huququna xitam verilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən 10B saylı evin, mənzil 72 ünvan üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar