Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1533/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Məhkəmə iclasının katibi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 17385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi 1620 manat məbləğində pulun cavabdeh X1 tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 277 saylı mənzilin əvəzinə başqa mənzilin verilməsi, vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pulun "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrimə ödənilməsi, ödənilmiş 317 manat məbləğində dövlət rüsumunun cavabdehlər X1 və "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin e-2(010)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair mülki iş üzrə iddianın Cavabdeh MTK-ya qarşı qaldırılmış “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.6-cı maddələrinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1533/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1533/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver