Məhkəmə qərarları › İş №2(010)-1534/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1534/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1534/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvannıdakı yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsini Bakı Asan Xidmət Mərkəzində yerləşən notariat kontorunda xx xxxxxx 2016-cı il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə Əzimova Şövkət Veyis qızından 30.000 AZN ödəməklə almışdır. Və indiyədək həmin yaşayış sahəsindən cavabdeh kimi işə cəlb etdiyi Cavabdeh pasport qeydiyyatında qalmaqdadır ki, bununla da, o, özünün mülkiyyətində olan yaşayış sahəsindən özünün mülahizəsinə uyğun istifadə etməyinə və sərəncam verməyinə maneçilik törədir ki, bu da onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçı iddia tələbində tərəflər arasında sözügedən mənzillə bağlı olan mübahisə ilə əlaqədar əvvəl qəbul edilmiş məhkəmə qətnamələrinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək cavabdehin mübahisəi yaşayış sahəsinə istifadə hüququnun olmadığının müəyyən edilməli olmasını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək əvvəlki məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququnun tanınındığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir İş materiallarına əlavə edilmiş: - Seriya RX № ******* olan Çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 14, mənzil 50 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Cavabdehlər Əzimova Şövkət Veys qızına və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 saylı evin, 50 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, cavabdehlər arasında 2 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariusunda bağlanmış, reyestrdə 4ə-250 nömrə ilə qeyd edilmiş xx xxxxxx 2016-cı il tarixli, AN-İ seriyalı № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elçin Ağayev) xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli mənzilin cavabdeh Ş.Əzimovanın adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Ş.Əzimova ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdeh Ş.Əzimovadan 30.000 manatın alınaraq digər cavabdeh İddiaçı verilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İkram Şirinov, Tofiq Səmədov, Toğrul Əliyev) xx xxxxxx 2017-ci il tarixli, 2(103)-210/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov, Əli Rüstəmov, Tatyana Qoldman) xx xxxx 2017-ci il tarixli, 2(102)-3673/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-210/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova, İsmayıl Vəliyev, Elnur Həsənov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-791/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov, Akif İsgəndərov, Mehparə Əhmədova) xx xxxx 2018-ci il tarixli, 2(102)- 4094/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-791/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Rafael Eyvazov, Sənan Hacıyev, Fuad Talışinski) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8854/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Əzimova Şövkət Veys qızına və İddiaçı qarşı «mənzilin özəlləşdirilməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(010)-3392/16 saylı qətnaməsindən cavabdeh Əzimova Şövkət Veys qızı və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(010)-3392/16 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilmiş qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-8854/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayon XDS İK-nin xx xxx 1991-ci il tarixli, 020804 saylı orderinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 saylı evin, 2 otaqlı, yaşayış sahəsi 29,11 m2 olan 50-ci mənzilinin icarədarı Ş.Əzimova olmuş, mənzildə özü və oğlu (iddiaçı) qeydiyyatda olmaqla yaşamışlar. Sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra məmurunun xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanmış və borcluya qətnamənin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh sözügedən mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş, qətnamə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və Cavabdeh mənzilə olan qeydiyyatı ləğv edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə Ş.Əzimova notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mənzili 30.000 manata İddiaçı satmış və xx xxxxxx 2016-cı il tarixli «hüquqların dövlət qeydiyyatı haqqında» Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxx 2016-cı il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Kassasiya məhkəməsi mübahisənin bu hallarına qiymət verərək bildirmişdir ki, iddiaçının (Cavabdeh) mənzilə dair pozulmuş hüquqları daşınmaz əmlaka dair düzgün qeydiyyatın çıxarılmasını və ya dəyişdirilməsini deyil, bunun nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini daşınmaz əmlakı özgəninkiləşdirəndən geri tələb edə bilər. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları isə saxlanılmalıdır. Beləliklə, hazırkı mübahisə üzrə işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, əvvəlki məhkəmə aktları ilə İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ tanınmış, Cavabdeh isə son nəticədə istifadə hüququ tanınmamışdır. Hazırkı iddia tələbinin mahiyyətini cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi təşkil edir. Göründüyü kimi, bu məsələyə artıq məhkəmə qiymət vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcud olmadığına görə hazırkı tələb də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar