Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1553/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi “sürücülük fəaliyyətinin məhdudlaşdırılması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “sürücülük fəaliyyətinin məhdudlaşdırılması” barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Ərizəçi xəstəliklə əlaqədar sürücülük fəaliyyətinin məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin xahiş hissəsindən görünür ki, Ərizəçi xəstəliklə əlaqədar sürücülük fəaliyyətinin məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, şəxsin sürücülük fəaliyyəti ilə məşğul olub-olmaması onun öz seçimindədir və bununla bağlı məhkəmə tərəfindən hansısa məhdudlaşdırıcı qərar qəbul edilməsindən söhbət gedə bilməz. Aydındır ki, şəxsin sürücülük vəsiqəsinin olması mütləq qaydada avtomobil idarə etməli olduğu mənasına gəlmir. Yəni şəxs xəstədirsə, ya da sadəcə olaraq avtomobil sürmək istəmirsə, bunun üçün sürücülük hüququnun məhkəmə qaydasında məhdudlaşdırılmasına ehtiyac yoxdur. O, sadəcə olaraq avtomobil idarə etməkdən imtina edə bilər. Odur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizə icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi “sürücülük fəaliyyətinin məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi “sürücülük fəaliyyətinin məhdudlaşdırılması” barədə ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1553/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1553/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver