Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1565/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin Hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı X7, İddiaçı X13 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi Qəhrəmanov X8, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4, Cavabdeh-iddiaçı X4 vəkili X3 iştirakı ilə, İddiaçı X7 cavabdeh X5 qarşı yaşayış sahəsinə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh, ilkin iddia üzrə iddiaçı X14 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh X5 qarşı yaşayış sahəsinə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, T.Şirinov ev 23 a ünvanından cehiz əşyalarını çıxarmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 35 ünvanında yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X9 cavabdeh X14 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqları X17, X10 və Sadıqzadə Ömər Nəsimi oğlu ilə birlikdə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X14 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamənin qəblu edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil barışıq sazişi təqdim edərək izahatında göstərmişlər ki, tərəflər öz aralarında razılığa gələrək barışmış və buna dair barışıq sazişi bağlamışlar. Qeyd edilənlərə əsasən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı X18 vəkilinin verdiyi izahatı təsdiq edərək, məhkəmədən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X11 verdiyi izahatı təsdiq edərək məhkəmədən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X16 Paşa oğlu vəkilinin verdiyi izahatı təsdiq edərək, məhkəmədən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “Biz, bir tərəfdən iddiaçı X18 və digər tərəfdən cavabdeh X1 rayon Məhkəməsinin icraatında olan mülki işi sülh yolu ilə qurtarmaq üçün aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlayırıq: İddiaçı X18, cavabdeh X5 qarşı “yaşayış sahəsində hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair” iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh X14 qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” iddia tələbinə dair barışıq sazişi üzrə tərəflərin öhdəlikləri iddiaçı X18, cavabdeh X4 Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi (qeydiyyatdan çıxması) və Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 23 a ünvanından cehiz əşyalarını çıxarmağı müqabilində, qarşılıqlı iddia üzrə iddiaçı X5, əri X20 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdeh X4 mülkiyyətinə keçirir. Barışıq sazişi imzalandığı və hakim barışıq sazişini təsdiq edildiyi və iş üzrə icraata xitam verilməsi haqqında qərardadı rəsmi elan etdiyi vaxtdan bu yazılanları icra etməyi öhdəmə götürürəm. Cavabdeh: X9, həyat yoldaşım X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini adına keçirməsini qəbul edirəm və bunun müqabilində iddiaçı X7 mülkiyyəti olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi ev 23 a ünvanından özünə məxsus əmlakını yığışdırıb mənzili boşaltmağı və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi (qeydiyyatdan çıxmağa) razıyam və bu andan sonra, cavabdeh X14 və həyat yol X15 qarşı heç bir tələbi və iddiam olmayacaq. Barışıq sazişi imzalandığı və hakim barışıq sazişini təsdiq edildiyi və iş üzrə icraata xitam verilməsi haqqında qərardadı rəsmi elan etdiyi vaxtdan bu yazılanları icra etməyi öhdəmə götürürəm. Hər iki tərəf gələcəkdə bir-birinə qarşı hazır ki iş üzrə irəli siirülən iddia tələbləri ilə bağlı heç bir iddia verməyəcəkdir və heç bir şikayət etməyəcəkdir. Barışıq sazişində göstərilən şərtlərlə razıyıq və Barışıq sazişini imza edirik. Barışıq sazişi 03 surətdə hazırlanır. Barışıq sazişinin bağlanması və məhkəmə tərəfindən təsdiq olunmasının hüquqi nəticələri barədə xəbərdarıq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəməninqətnaməsiləğvedilməlidir. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. İddiaçı X7 cavabdeh X5 qarşı yaşayış sahəsinə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh X14 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi iddia tələbi üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X18 cavabdeh X5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçı X18 cavabdeh X9 arasındakı xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Biz, bir tərəfdən iddiaçı X18 və digər tərəfdən cavabdeh X1 rayon Məhkəməsinin icraatında olan mülki işi sülh yolu ilə qurtarmaq üçün aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlayırıq:
1. Mən, iddiaçı X18, cavabdeh X5 qarşı “yaşayış sahəsində hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair” iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh X14 qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” iddia tələbinə dair barışıq sazişi üzrə tərəflərin öhdəlikləri mən, iddiaçı X18, cavabdeh X4 Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi (qeydiyyatdan çıxması) və Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 23 a ünvanından cehiz əşyalarını çıxarmağı müqabilində, qarşılıqlı iddia üzrə iddiaçı X5, əri X20 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdeh X4 mülkiyyətinə keçirir. Barışıq sazişi imzalandığı və hakim barışıq sazişini təsdiq edildiyi və iş üzrə icraata xitam verilməsi haqqında qərardadı rəsmi elan etdiyi vaxtdan bu yazılanları icra etməyi öhdəmə götürürəm. 2.Mən, cavabdeh X9, həyat yoldaşım X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini adına keçirməsini qəbul edirəm və bunun müqabilində iddiaçı X7 mülkiyyəti olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi ev 23 a ünvanından özünə məxsus əmlakını yığışdırıb mənzili boşaltmağı və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi (qeydiyyatdan çıxmağa) razıyam və bu andan sonra, cavabdeh X14 və həyat yoldaşım X15 qarşı heç bir tələbim və iddiam olmayacaq. Barışıq sazişi imzalandığı və hakim barışıq sazişini təsdiq edildiyi və iş üzrə icraata xitam verilməsi haqqında qərardadı rəsmi elan etdiyi vaxtdan bu yazılanları icra etməyi öhdəmə götürürəm.
3. Hər iki tərəf gələcəkdə bir-birinə qarşı hazırki iş üzrə irəli sürülən iddia tələbləri ilə bağlı heç bir iddia verməyəcəkdir və heç bir şikayət etməyəcəkdir. Barışıq sazişində göstərilən şərtlərlə razıyıq və Barışıq sazişini imza edirik. Barışıq sazişi 03 surətdə hazırlanır. Barışıq sazişinin bağlanması və məhkəmə tərəfindən təsdiq olunmasının hüquqi nəticələri barədə xəbərdarıq. 4.Barışıq Sazişinin mahiyyəti və nəticələri hər ikimizə aydındır və öz imzamla təsdiq edirəm. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nərminə Rzayeva