Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1574/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X4 Xidməti” X5nə qarşı “müqavilənin bağlanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh “İri Şəhərlərin X4 Xidməti” X5nə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, ünvan 1 ünvanına dair “Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı barədə müqavilənin bağlanması və abunə kodunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı “İri Şəhərlərin X4 Xidməti” X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. 31 yanvar 2023cü il tarixdə ******* nömrəsi ilə “ASAN Kommunal” xidmətinə müraciətim zamanı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə su xəttinin çəkilməsi ilə bağlı müraciət etmişdir. 06 fevral 2023-cü il tarixdə Azərsu ASC tərəfindən 02\850 nömrəli istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər verilmişdir. Texniki şərtlərdə su təchizat şəbəkəsinə qoşulma şərtləri və ünvan şəkildə əlavə olunmuşdur. xx.xx.2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X4 Xidməti” X5 Suraxanı rayon Sukanal İdarəsinə müraciət etdi. Müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixində Suraxanı rayon Sukanal İdarəsi bildirmişdir ki, müvafiq sənədlər olmadığı üçün xx.xx.2023-cü il tarixli 02/850 nömrəli texniki şərt əsasında abonent kodunun açılması mümkün deyil. Suraxanı rayonu Sukanal idarəsini rəsmi imtina məktubu ərizəyə əlavə olunmuşdur. O da konstitusion hüquqlarından istifadə edərək, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, evin və torpağın sənədi yoxdur. Vətəndaş oktyabrın 1-nə qədər müraciət etməli idi. Texniki şərtlər verilmişdi və yoxlama keçirilmişdi. Standartlara cavab vermədiyinə görə kod verilməmişdi. Qeyd etmişdir ki, bu iddiaçı tərəfin səhlənkarlığıdır. İş materialları. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər” haqqında sənəddən görünür ki, Azərsu ASC tərəfindən 02\850 nömrəli istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər verilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X4 Xidməti” X5 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ona müvafiq sənədlər olmadığından xx.xx.2023 tarixli, 02/350 nömrəli texniki şərt əsasında abonent kodunun açılması mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişindən görünür ki, ünvan 3 ünvanında ödəyici İddiaçı 48.64 manat əmlak vergisi və 5.76 manat torpaq vergisi hesablanmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi Maddə 11. Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi 11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. 11.2. Müfəssəl planın tətbiqi dairəsindən və bu Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulmuş mənada tikintilərin mövcud olduğu ərazinin hüdudlarından kənarda tikinti obyektinin inşasına yalnız onun müvafiq ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkün olduğu (mümkünlüyünün kifayət qədər əsaslandırıldığı) və həmin tikinti obyektinin aşağıdakı məqsədlər üçün nəzərdə tutulduğu hallarda yol verilir: 11.2.1. kənd və meşə təsərrüfatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün; 11.2.2. kənd təsərrüfatı müəssisəsinin işçilərinin istifadəsi üçün; 11.2.3. rabitə, elektrik enerjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya müvafiq ərazi ilə bağlılığı olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün; 11.2.4. bərpa olunan enerji mənbələrinin istehsalı üçün (16 fevral 2024-cü il tarixli 1095- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilib). 11.3. Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; 11.3.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olarsa; 11.3.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; 11.3.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; 11.3.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. 11.4. Bu Məcəllənin 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş tikinti layihələri və niyyətləri ilə bağlı bələdiyyələrin mövqeyi öyrənilməlidir. 11.5. Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilir. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında 13 avqust 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (texniki şərtlər verilən vaxtda qüvvədə olan redaksiya) 1.8. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir. 2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir. 2.13. Bu Qaydaların 2.20-ci bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin daxil olduğu gündən sonra 10 (on) iş günü müddətində STKM texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir. 2.14. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar olduqda, bu barədə STKM tərəfindən tikintiyə icazə verən orqana (quruma) və ya sifarişçiyə 3 (üç) iş günündən gec olmayaraq yazılı məlumat verilir. Bu halda Qaydaların 2.13-cü bəndində göstərilən müddətin axımı dayandırılır. Tikintiyə icazə verən orqan (qurum) və sifarişçi tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin müddətin axımı dayandırıldığı yerdən davam edir. Sifarişçi çatışmazlıq və uyğunsuzluqlar barədə məlumatı aldıqdan sonra 1 (bir) ay müddətində onun tərəfindən lazımi sənədlərin təqdim edilməməsi bu Qaydaların 2.20-ci bəndinə uyğun olaraq texniki şərtlərin verilməsindən imtina üçün əsasdır. 2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); 3.1. Sifarişçinin STTSAS-a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən aşağıdakı qaydada həyata keçirilir: 3.1.1. bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə - sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir); 3.1.2. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər
1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onun tikinti obyektini aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. (xx.xx.2023-cü ildə qüvvədə olan redaksiya)
2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su tciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tə, habelciətlə əlaqədar su təchizatı thabelciətlə əlaqə (30 may 2014-cü il tarixli) b) istehlakçı tərəfindən aparılan işlər zamanı qoşulmaya dair müvafiq norma, qayda və tələblərə riayət olunmasını. (xx.xx.2023-cü ildə qüvvədə olan redaksiya)
3. Xidmətlər göstərilərkən su təchizatı müəssisəsi səbəbsiz olaraq hər hansı istehlakçılar qrupuna və ya potensial istehlakçılara ayrı seçkilik etməməlidir. Ayrı-ayrı istehlakçıya və ya istehlakçılar qrupuna ilkin xidmətlərin göstərilməsinə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə və qaydada etiraz edilə bilər.
4. Tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara icazənin alınması üçün təqdim edilir.
5. Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (29 mart 2024-cü il tarixli) “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 14 iyun 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu 1.1. 24-cü maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin: “6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır.”; 1.2. 37-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin: “4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.” M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçı tərəfindən fərdi yaşayış evinə dair məhkəməyə yalnız tədiyyə bildirişi təqdim edilmiş, həmin bildirişdəki ünvan isə tələbdə qeyd edilən ünvandan fərqli olmuşdur. 06 fevral 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən iddiaçıya su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər verilmişdir. İddiaçı həmin texniki şərtlər əsasında abonent kodunun açılması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X4 Xidməti” PHŞ-ə (bu sahədə "xxxx" ASC-nin hüquq və vəzifələri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X4 Xidməti” X5nə keçmişdir) müraciət etmiş, ona xx.xx.2025-ci il imtina məktubu göndərilərək, müvafiq sənədlər olmadığı üçün abonent kodunun açılmasının mümkün olmadığı bildirilmişdir. Hazırda iddiaçının tələbi “su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı” barədə müqavilənin bağlanması və abunə kodunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı sözügedən fərdi yaşayış evinə su xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş, 06 fevral 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən ona su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər verilmişdir. Lakin, texniki şərtlər verilən vaxtda qüvvədə olmuş 13 avqust 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilmişdir ki, texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla, tikintiyə icazəsi olan obyektlərə verilir. İddiaçının isə, qeyd edildiyi kimi, həmin fərdi yaşayış evinə heç bir hüquq müəyyənləşdirici sənədi yoxdur. Bununla da, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən həmin texniki şərtlərin düzgün verilməsi şübhə altına salır. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü ildə verilmiş texniki şərtlər qanunun tələblərinə uyğun olmadan, yəni iddiaçının hüquqmüəyyənedici və digər sənəd (tikinti layihələri, tikintiyə icazə, dövlət reyestrdən çıxarış və s.) və Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsində nəzərədə tutulmuş tikintiyə icazə verilən hallar mövcud olmadan verilmişdir. Belə olan halda, texniki şərtlər qanunun tələbləri pozularaq verildikdən və iddiaçının bu şərtlər asasında cavabdehdən müqavilə bağlanılmasını tələb etmək hüququ olmadığından, iddia tələbi əsassız hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Bakı şəhəri, ünvan 1 ünvanına dair “Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı barədə müqavilənin bağlanması və abunə kodunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Bununla da, məhkəmə xərcləri aid etməyə şəxsin olmadığı görünür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “Bakı şəhəri, ünvan 1 ünvanına dair “Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı barədə müqavilənin bağlanması və abunə kodunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva