Məhkəmə qərarları › İş №2(010)-1593/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1593/2021

23.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1593/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğuna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğuna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7.000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanda yerləşən 76 nömrəli mənzilə dair istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh8, X4, X12 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanda yerləşən 76 nömrəli mənzildən istifadə hüquqlarının mövcud olmadığının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət, yaşayış sahəsi 47.3 kv.m olan 76 saylı mənzil xidməti ev kimi ona verilmiş, mənzil sahəsi ayrılarkən həmin vaxta ailə üzvləri nəzərə alınmaqla orderdə onunla yanaşı mərhum arvadı Əmirxanova Gülbəyim, övladları Cavabdeh1, Cavabdeh2 və Quliyeva Sevdanın da adı öz əksini tapmışdır. Güləbəyim Əmirxanova vəfat etmiş, digərləri Cavabdeh2 və Sevda Quliyeva ayrı təsərrüfat aparmaqla başqa yerdə qalır, mənzildə hazırda onunla yanaşı digər cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh8 və oğlu Cavabdeh4 yaşayır. Mənzil xidməti ev kimi verilmiş və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edilməmişdir. Bunu nəzə alaraq mənzil sahəsinə dair özəlləşdirmə aparmaq və mülkiyyət hüququnu qeydə aldırmaq məqsədilə müvafiq dövlət orqanına yaxınlaşsa da ona bildirdilər ki, orderdə adları çəkilən şəxslərin və övladlarının razılığı tələb olunur. O da bu məsələni onların diqqətini çatdırmaq istəyəndə bir neçəsi mənzildən pay istədiyini bildirdi. Dedi ki, hazırda buna imkanı yoxdur, notariat qaydasında razılıq verin, mənzili realizə etdikdən sonra hər kəsə ədalətli pay bölgüsünü aparacaqdır. Hər kəs razılıq verdi, yalnız Cavabdeh1 başqa. Baxmayaraq ki, onun adına valideynləri tərəfindən 3 sot torpaq sahəsi alınmışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, 06 iyun 2000-ci il tarixli Sərəncamı ilə Cavabdeh1 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla fərdi yaşayış evinin tikintisi qaydaları və digər tələblər müəyyən edilmişdir. Heç vaxt mütəmadi əmək fəaliyyəti ilə məşğul olmamış Cavabdeh1 həmin torpaq sahəsini əldə etmək, orada fərdi yaşayış evini inşa etmək imkanı olmamış, torpaq sahəsi onun və mərhum arvadı Gülbəyim Əmirxanovanın vəsaiti hesabına əldə edilmiş, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncam verildi torpaq sahəsi təhvil verildikdən sonra həmin sahə və faktiki istifadədə olan digər hisəsinin ətrafına hasar çəkilmiş və torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlanmış, lakin sonradan tikili başa çatdırılmamışdır. Eyni zamanda digər övladlarının da mənzil şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görmüş, Cavabdeh2 xüsusilə mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Cavabdeh1 məxsus torpaq sahəsinin ətrafında boş qalmış sahədə özbaşına fərdi yaşayış evi tikilməklə evlə təmin olunmuşdur. Xidməti mənzillə bağlı verilmiş orderdə adları olan şəxslər və digər övladlarının razılığını aldığından və mənzili satdıqdan sonra onlara müvafiq pay haqqı verəcəyindən, yalnız Cavabdeh1 razılığını ala bilmədiyindən, ona qarşı mənzilə dair istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi tələbini irəli sürmək məcburiyyətindəyəm. Mənzilin bazar dəyəri 55.000 manat təşkil edir. Bu vəziyyətdə mənzilə dair digər payçıların və payçı olmayan övladlarının tələbləri nəzərə alındıqda, həmçinin Cavabdeh1 sahibliyində və istifadəsində yüksək bazar qiyməti olan torpaq sahəsinin mövcud olmasını nəzərə alaraq hesab edirəm ki, ona 7.000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə, mənzilə dair hüquqlarına xitam verilməlidir. Daha böyük hər hansı məbləğin verilməsi, iddiaçı və digər cavabdehlərin maraqlarının təmin edilməsi baxımından məqsədə müvafiq hesab edilə bilməz. Cavabdeh1 arvadı Cavabdeh8 həmin mənzildən istifadə və yaşamaq hüququ Cavabdeh1 hüququ ilə bağlılıq təşkil etdiyindən, Cavabdeh1 kompensasiya verilməklə mənzildən çıxarıldıqda Cavabdeh8, həmçinin onun ilk nikahından olan övladı X4 və tərəflərin birgə nikahından olan X12 da mənzildən çıxarılmalı, cavabdehlərə məxsus əşyaların da mənzildə qalması üçün əsas olmadığından əşyaları da mənzildən çıxarılmalıdır. İş üzrə digər cavabdehlər hazırda həmin mənzildə yaşamadıqlarından və mənzilin özəlləşdirilməsinə dair notariat qaydasında razılıq verdiklərindən, mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Həmçinin əldə edilmiş arayışla müəyyən olunur ki, cavabdehlərlə yanaşı onların övladları da mənzildə qeydiyyatdadırlar. Bu isə mənzilin özgəninkiləşdirildikdən sonra satılması zamanı əlavə problemlər ortaya çıxaracaqdır. Bunun qarşısını almaq məqsədilə onlar da mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı "iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh7 və Cavabdeh4 mənzilə dair istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh8, X4, X5 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanda yerləşən 76 saylı mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "iddia tələbinin həcminin azaldılması" barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 və onun yetkinlik yaşına çatmayan övladlarına münasibətdə iddia tələbini geri götürdüyünü, iddia tələbini digər cavabdehlərə münasibətdə müdafiə etdiyini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı “Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh1, X4, X5 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə izahatında bildirdi ki, o, Cavabdeh1 ilə barışığa dair müqavilə bağlamış və məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş edir. İddiaçı iddia tələbinin “cavabdehlər Cavabdeh7 və Cavabdeh4 ünvan 3 ünvanda yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi” və “cavabdehlər Cavabdeh5 və Cavabdeh6 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanda yerləşən 76 saylı mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə izahatında bildirdi ki, o, həmin hissədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, o, İddiaçı ilə barışığa dair müqavilə bağlamış və məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş edir. Cavabdeh1 həmçinin bildirdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və vahid çıxarış verilməsinə etiraz etmir və buna dair notarial qaydada təsdiq edilmiş ərizəsi də var. Cavabdeh4 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı onun atasıdır və o, atası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzildə yaşayır. Cavabdeh4 izahatında bildirdi ki, o, iddianı qəbul edir və sözügedən mənzilə dair istifadə hüququna xitam verilməsinə etiraz etmir. Cavabdeh7 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı onun atasıdır və o, atası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzildə yaşayır. Cavabdeh7 izahatında bildirdi ki, o, iddianı qəbul edir və sözügedən mənzilə dair istifadə hüququna xitam verilməsinə etiraz etmir. Cavabdeh5 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı onun atasıdır. Ailə qurana kimi iddiaçı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzildə yaşayıb, hazırki iddianı qəbul edir və sözügedən mənzilə dair istifadə hüququna xitam verilməsinə etiraz etmir. Cavabdeh6 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı onun atasıdır. Ailə qurana kimi iddiaçı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzildə yaşayıb, hazırki iddianı qəbul edir və sözügedən mənzilə dair istifadə hüququna xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş: 148904 saylı 23.10.1978-ci il tarixli orderdən görünür ki, İddiaçı ailə tərkibi - özü, X1, Cavabdeh1, Cavabdeh2 və X6 adı göstərilməklə ünvan 2 ünvanda yerləşən 3 otaqdan ibarət, yaşayış sahəsi 47.3 kv.m olan 76 saylı mənzili verilmişdir. Asan 4 xidməti tərəfindən ******* saylı 26.10.2020-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6 mənzil 76-da İddiaçı, X18, X19, Cavabdeh6, X13, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, X8, X9, X20, Cavabdeh3, X10 və X7 pasport qeydiyyatındadır. Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onlar ünvan 4 ünvanda yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və bununla bağlı onun adına DƏDRXdən çıxarış verilməsinə etiraz etmirlər. "Legal Business Consulting" MMC-nin 071/20 saylı qiymətlənmə hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 6 saylı evin 76 saylı mənzilinin hazırki dövrə olan bazar qiyməti 55.000 (əlli beş min) AZN, aylıq kirayə dəyəri isə 300 (üç yüz) AZN təşkil edir. Suraxanı rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 2(010)-297/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. 22.04.2021-ci il tarixli müqavilədən (barışığa dair) görünür ki: İddiaçı və Cavabdeh1 arasında Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş barışığa dair müqavilə bağlanmışdır. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və vahid çıxarış verilməsinə etiraz etmir, razıdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən 76 saylı mənzil xidməti ev kimi iddiaçıya verilmiş, mənzil sahəsi ayrılarkən orderdə göstərilən ailə üzvləri mərhum həyat yoldaşı X3, Cavabdeh1, Cavabdeh2, X14 ilə birlikdə həmin mənzilə köçürülmüşdür. İddia tələbinin “Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh1, X4, X5 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə məhkəmə bildirir ki, işin məhkəmə qaydasında baxılması zamanı, məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh1 birgə imzaladıqları barışığa dair müqavilə ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə barışıq sazişinin şərtlərini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, tərəflərin ərizəsi təmin olunmalı, onlara arasında 22.04.2021-ci il tarixində bağlanmış və Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş barışıq sazişi onda göstərilən şərtləri ilə təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmn Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmçinin, həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin barışıq sazişində tərəflərin razılığa gəldiyi şərtlər aşağıdakılardan ibarətdir:

1. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi müqabilində Cavabdeh1 8000 (səkkiz min) manat kompensasiya təklif edir.

2. Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi müqabilində 8000 (səkkiz min) manat kompensasiya məbləği ilə razılaşır.

3. İddiaçı öhdəlik götürür ki, Cavabdeh1 8000 (səkkiz min) manat pulu bank vasitəsilə ödəyənədək ondan və ailə üzvlərindən mənzili tərk etmələrini tələb edə bilməz.

4. Cavabdeh1 öhdəlik götürür ki, 8000 (səkkiz min) manat kompensasiyanın bank vasitəsilə ödənildiyi gün ailə üzvləri və əşyaları ilə birlikdə mənzili tərk edir.

5. İddiaçı öhdəlik götürür ki, 8000 (səkkiz min) manat kompensasiya məbləğini bank vasitəsilə aldıqdan sonra mənzilə və ya onun satışından əldə edilən vəsaitə dair gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır.

6. Tərəflər barışıq müqaviləsinin şərtlərini şəxsən müəyyən etməklə mübahisə barəsində razılığa gəldilər. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən məhkəmə müəyyən edir ki, o, ünvan 3 ünvanda yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və vahid çıxarış verilməsinə etiraz etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə barışıq sazişini qəbul etməyərək, mübahisəyə mahiyyəti üzrə baxmalıdır. (AR MPM 52.5) Barışıq sazişinin şərtlərindən qeyd edilən hallar aşkar edilməməklə müəyyən edilir ki, saziş prosessual qanunvericilyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə yekunda belə qənaətə gəlir ki, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iddia tələbinin “Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh1, X4, X5 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə icraata xitam verilməlidir. İddia tələbinin “cavabdehlər Cavabdeh7 və Cavabdeh4 mənzilə dair istifadə hüququna xitam verilməsi” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, hər iki cavabdeh iddiaçının övladlarıdır və iddiaçı ilə birlikdə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzildə yaşayırlar. Məhkəmə notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən müəyyən edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh7 ünvan 4 ünvanda yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və bununla bağlı onun adına DƏDRX-dən çıxarış verilməsinə razılıq vermişlər. Məhkəmə cavabdehlər Cavabdeh7 və Cavabdeh4 iclas zalında verdikləri izahatlardan müəyyən edir ki, onlar iddianı etiraf edir və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. İddia tələbinin “cavabdehlər Cavabdeh5 və Cavabdeh6 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanda yerləşən 76 saylı mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, hər iki cavabdeh iddiaçının övladlarıdır və ailə həyatı qurana kimi ataları ilə birlikdə sözügedən mənzildə yaşamışlar, hazırda isə ayrı təsərrüfat aparırlar. Məhkəmə notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən müəyyən edir ki, Cavabdeh5 və Cavabdeh6 ünvan 4 ünvanda yerləşən 76 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və bununla bağlı onun adına DƏDRX-dən çıxarış verilməsinə razılıq vermişlər. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 iclas zalında verdikləri izahatlardan müəyyən olunur ki, onlar iddianı etiraf edir və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, 76 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. Məhkəmə bildirir ki, AR MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, iddianın etirafı qəbul edilməli və iddia tələbinin “cavabdehlər Cavabdeh7 və Cavabdeh4 ünvan 3 ünvanda yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi” və “cavabdehlər Cavabdeh5 və Cavabdeh6 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanda yerləşən 76 saylı mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə iddia təmin edilməlidir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2 və 262.4-cü maddələrinin tələblərinə əsasən izah edir ki, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi ilə eyni predmet və eyni əsaslar üzrə təkrar məhkəməyə müraciət olunmanın qarşısını kəsir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi müqabilində Cavabdeh1 8000 (səkkiz min) manat kompensasiya təklif edir.

2. Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi müqabilində 8000 (səkkiz min) manat kompensasiya məbləği ilə razılaşır.

3. İddiaçı öhdəlik götürür ki, Cavabdeh1 8000 (səkkiz min) manat pulu bank vasitəsilə ödəyənədək ondan və ailə üzvlərindən mənzili tərk etmələrini tələb edə bilməz.

4. Cavabdeh1 öhdəlik götürür ki, 8000 (səkkiz min) manat kompensasiyanın bank vasitəsilə ödənildiyi gün ailə üzvləri və əşyaları ilə birlikdə mənzili tərk edir.

5. İddiaçı öhdəlik götürür ki, 8000 (səkkiz min) manat kompensasiya məbləğini bank vasitəsilə aldıqdan sonra mənzilə və ya onun satışından əldə edilən vəsaitə dair gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır.

6. Tərəflər barışıq müqaviləsinin şərtlərini şəxsən müəyyən etməklə mübahisə barəsində razılığa gəldilər. İddia tələbinin “Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh1, X4, X5 onlara məxsus əmlaklarla (əşyalarla) birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə icraata xitam verilsin. İddia tələbinin “cavabdehlər Cavabdeh7 və Cavabdeh4 ünvan 3 ünvanda yerləşən 76 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi” və “cavabdehlər Cavabdeh5 və Cavabdeh6 və bu cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanda yerləşən 76 saylı mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh7 və Cavabdeh4 qeyd edilən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qeyd edilən mənzildən istifadə huquqlarının itirilmiş hesab edilməsi onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar