Məhkəmə qərarları › İş №2(010)-16/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-16/2023

03.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-16/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı hüquqi varisi Cavabdeh2 Cavabdeh1 X1rşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 X1rşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh1 X5 Firmasının həmin ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 23 iyul 1998-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1221 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı Ağababa oğluna 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsi üçüncü şəxs Cavabdeh1 X6 Firması tərəfindən zəbt edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamına əsaslanaraq həmin ərazinin ona aid olduğunu bildirmişdir. Bununla bağlı İddiaçı Ağababa oğlunun cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh1 X6 Firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamın ləğv olunması, etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı tərəflərin iştirakı ilə mütəxəssis rəyinin verilməsi ilə bağlı mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış nəticəsində mütəxəssis rəyinə əsasən Bakı şəhəri Suraxanı İcra Hakimiyyti başçısının xx.xx.2001- ci il tarixli 902 saylı sərəncamı ilə (eskiz layihəsi əsasında 1685,6 kv.m. tikinti sahəsi olan mövcud istifadə vəziyyətində və 3349.3 kv.m. sahənin abadlaşdırılması) 3-cü şəxs Mars-M çoxsahəli İK-ya dair torpaq sahəsinin eskiz layihəsində mülki iş materiallarına əlavə edilmiş 102 nömrə ilə səhifələnmiş sxem ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixi 1221 saylı sərəncamı ilə İddiaçı təhkim edilmiş torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edildiyi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 2-1 (82)-97/2019 saylı qərarı ilə İddiaçı Ağababa oğlunun iddiası təmin edilməmişdir. Cavabdeh1 X2suz olaraq iddiaçıya təhkim olunmuş torpaq sahəsini mənimsəyərək zəbt etmişdir və zəbt etməyə davam edir. İddiaçının dövlət tərəfindən toxunulmazlığı müdafiə olunan mülkiyyət hüququ cavabdeh tərəfindən kobud şəkildə pozularaq həmin torpa sahəsinə dair mülkiyyət üzrə istifadə və sahiblik hüququndan məhrum etmişdir. İddiaçı xx.xx.2021-ci i tarixdə vəfat etdikdən sonra onun hüquqi varisi olaraq Cavabdeh2 işə cəlb edilmişdir. İddiaçı hüquqi varisi Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1221 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə Cavabdeh2 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh1 X5 Firmasının və digər şəxslərin həmin ərazidən çıxarılması, Cavabdeh1 X5 Firması tərəfindən inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülərək ərazidən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə dərək, tələbin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, təqdim edilmiş sərəncama əsasən, həmin torpaq sahəsi məhz Cavabdeh2 atası İddiaçı məxsus olmuşdur. Cavabdeh tərəf isə həmin sahəni zəbt etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X9 iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfin adına olan sərəncamda göstərilmiş torpaq sahəsinin plan-cizgi sxemi olmadığına görə, iddia edilən torpaq sahəsinin harada yerləşdiyi məlum deyildir. Eyni zamanda bildirdi ki, keçirilmiş ekspertiza zamanı qeyd olunan torpaq sahəsinin iddiaçı tərəfə məxsus olması halı müəyyən edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamından görünür ki, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200m x 50m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək məqsədilə təqdim edilmiş cizgi əsasında vətəndaş İddiaçı Ağababa oğluna təhkim olunması müəyyən edilmişdir. - Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamından görünür ki, Cavabdeh1 X5 Firmasının müraciətinə cavab olaraq bildirilmişdir ki, Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 1685.6 kv.m tikinti sahəsinin mövcud istifadə vəziyyətində istifadə olunmasına və 3349.3 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs “Mars-M X5 Firması) qarşı sərəncamın etibarsız hesab edilməsi, sərəncamın bərpa edilərək torpaq sahəsinə verilmiş cizgi planının bərpa edilməsi barədə iddia tələbi təmin edilməmiş, 200 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, 1264.94 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin iddiaçıdan tutularaq Kapital Bankın 1 saylı Xətayi Filialının hesabına ödənilməsi müəyyən edilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamı ilə üçüncü şəxs “Mars-M X5 Firmasına dair torpaq sahəsinin eskiz layihəsində mülki iş materiallarına əlavə edilmiş 102 nömrə ilə səhifələnmiş sxemlə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ilə İddiaçı təhkim edilmiş torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. -AZ-İİ 209482 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - AR Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 583 nömrəli arayışından görünür ki, İddiaçı qanun üzrə vərəsəsi olaraq Cavabdeh2 müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7297 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı Hövsan qəsəbəsi, dəniz kənarı sahədə 200m x 50m ölçüdə iddia etdiyi torpaq sahəsinin hal-hazırda Cavabdeh1 X5 firmasının istifadə etdiyi torpaq sahəsi ilə faktiki vəziyyətdə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Lakin 23 iyul 1998-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı sərəncamla ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtələri ilə məsafələri göstərilmədiyi üçün həmin torpaq sahəsinin hansı koordinatlarda yerləşməsini müəyyən etmək mümkün olmadığı, 23 iyul 1998-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı sərəncamla ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtələri ilə məsafələri göstərilmədiyindən, Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı Ağababa oğluna 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin Cavabdeh1 X8 tərəfindən zəbt edilibedilmədiyinin müəyyən olunmadığı bildirilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Bu xüsusda, iddiaçı tərəfin ekspert rəyini qəbul etməməsi və təkrar ekspertiza keçirilməsi barədə fikiri ilə məhkəmə razılaşmır. Belə ki, ekspert rəyində texniki sənədlərinin olmadığına görə mübahisə obyekti olan torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilir. İddiaçı tərəfin də izahatından müəyyən edilmişdir ki, texniki sənədlər hal-hazırda onlarda yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı tərəf qeyd olunan torpaq sahəsinin müvafiq sərəncam əsasında mərhum İddiaçı məxsus olduğunu və həmin sahənin cavabdeh tərəfindən zəbt edildiyini bildirir. İddiaçı, tələbində rayon icra hakimiyyətinin sərəncamına əsaslanır. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, hazırda onların istifadəsində olan torpaq sahəsinin iddiaçıya aid olmadığını bildirir. İş üzrə verilmiş ekspert rəyində bildirilir ki, müvafiq göstəricilər olmadığına görə mübahisəli torpaq sahəsinin sərhədlərini müəyyən etmək olmur, ona görə də, zəbt halının olub-olmamasını bildirmək mümkün deyildir. Mülki Məcəllənin: 139-1.1 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1 maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 146.1 maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 238.1 maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Göründüyü kimi, daşınmaz əmlakın bir növü kimi torpaq sahəsinə olan mütləq və ya məhdud əşya hüququ 3-cü şəxsə ötürülərkən, hüquqmüəyyənedici sənədə həmin torpaq sahəsinin sərhədlərini, ölçüsünü, yerləşməsini müəyyən etməyə imkan verən texniki göstəricilər də əlavə edilməlidir. İddiaçı tərəf Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1221 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə mərhum İddiaçı 200m x 50m ölçüdə torpaq sahəsinin ayrıldığını və hazırda həmin torpaq sahəsinin Cavabdeh1 X8 tərəfindən zəbt edildiyini bildirir. Bununla belə, iddiaçı 1221 saylı sərəncamda qeyd edilən torpaq sahəsinə dair texniki sənədləri təqdim etmədiyinə görə həmin torpağın sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, 1221 saylı sərəncamla ayrılan torpaq sahəsinin Cavabdeh1 X8 tərəfindən zəbt edilib-edilməməsi halını da müəyyən etmək mümkün deyildir. Məhkəmə belə nəticəyə gələrkən, 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamın mötəbərliyini şübhə altına almır, bununla belə qeyd edir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə mərhum İddiaçı Ağababa oğluna ayrılmış torpaq sahəsinin müvafiq koordinatları və yerləşmə mövqeyi müəyyən edilmədiyindən hazırkı vəziyyətdə iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki, qeyd edilən texniki göstəricilər müəyyən edilmədən cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halı sübut edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı hüquqi varisi Cavabdeh2 Cavabdeh1 X1rşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti iddiaçı Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar