Məhkəmə qərarları › İş №2(010)-1602/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1602/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1602/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun (Ərizəçi) *8.04.*968-ci il tarixdə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olmuş, milliyəti Azərbaycanlı olan Arutyunova (nikahdan əvvəlki soyadı Əliyeva) Mila Şahlar qızından xx.xx.*995-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, (ƏrizəçiYunusqızı) xx.xx.*995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, evdə, yaxud xəstəxanada doğulduğunu xatırlamır. Atasının və nənəsinin dediyinə görə o, evdə doğulmuşdur. X2 *8.04.*968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq Sovxozunda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Anası ilk dəfə *6 yaşının tamam olması ilə əlaqədar *9.04.*984-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ tərəfindən XİX-JQ seriyalı, 580739 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. Sonra anası 2*.0*.*950-ci il təvəllüdlü X* adlı şəxslə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ona "Arutyunova“ soyadı verilmişdir. Həmin nikah Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 0*.03.*986-cı il tarixdə 94 saylı aktla qeydiyyata alınmış və hazırda nikah pozulmamışdır. Atası XXX Yunus Mikayıl oğlu 24.02.*957-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərinin heç vaxt nikahı olmamışdır. O, doğulan zaman atası başqa qadınla, anası X3 ilə nikahda olmuşdur. O, doğularkən anası atası ilə deyil, başqa kişi ilə nikahda olduğundan onun doğumunun qeydiyyata alınması bu günə qədər mümkün olmamışdır. Bu səbəbdən də, bu günə kimi şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmiş və təhsil almamışdır. Onun anadan 2 qardaşı da vardır, biri *990-cı ildə, digəri isə 2005-ci ildə doğulmuşdur. Anasına hər dəfə bu barədə sual verəndə, anası öz sənədlərində problem olduğunu, ona görə də onların sənədlərini düzəldə bilmədiyini bildirmişdir. Anasını tez-tez görmür, sonuncu dəfə onu 20*9-cu ildə görmüş və hazırda onun harada yaşadığını bilmir. Belə ki, artıq onun 27 yaşı vardır, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilməmişdir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 26, mənzil * ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. O, doğularkən anası Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamış və bu səbəbdən də Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən onun müraciətinə xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmiş, doğum haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o uzun müddətdir ki, anasını görmür və onu tapa bilmir. Dəfələrlə ondan doğum sənədinin düzəldilməsini xahiş etsə də, o bundan müxtəlif bəhanələrlə yayınmışdır. Hazırda anasını tapa bilmir və onun yaşayış yeri ona məlum deyildir. Onun anası Arutyunova (nikahdan əvvəlki soyadı Əliyeva) Mila Şahlar qızı, atası isə Yunus Mikayıl oğludur. Bundan əlavə o ailə qurmuşdur və hazırda onun iki azyaşlı övladı vardır. Onun sənədləri qaydasında olmadığından o rəsmi nikaha daxil ola bilmir və bundan əlavə iki azyaşlı övladı üçün sənəd düzəldə bilmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən XXX Yunus Mikayıl oğlu ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Belə ki, o, *989-cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində Yulyanın X2 ilə tanış olmuş və faktiki evlənmişlər. Onun həmin faktiki nikahdan 08.0*.*990-cı il tarixdə Kənan adlı bir oğlan və xx.xx.*995-ci il tarixdə Yulya adlı bir qız övladları anadan olmuşdur. Uşaqlar ev şəraitində doğulduğu üçün onların doğum haqqında şəhadətnamələri yoxdur. Yulya təxminən 9-*0 yaşlarında olarkən X2 uşaqları onun anasının himayəsinə verərək evdən çıxıb getmişdir. Hər iki uşağı onun anası böyütmüşdür. Hal-hazırda X5 harada yaşaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, Ərizəçi həyat yoldaşıdır. Belə ki, onun atası ilə Yulyanın atası Yunus Mikayıl oğlu yaxın dost olmuşlar. Onlar Moskvada şəhərində yaşamışlar və Azərbaycana gələndə Yulya gilə gedib-gəlmişlər. Yulyanın X2nı da uşaq vaxtlarında görmüşdür. Sonradan o Yulyanı istəmiş və onunla ailə həyatı qurmuşdur. O Yulya ilə ailə həyatı qurduqdan sonra Mila Əliyevanı tapmışdır və ondan sənədlərin düzəldilməsini tələb etmişdir. Lakin o kirayə qaldığı mənzildən çıxıb getmişdir və sonradan onu tapa bilməmişlər. Ərizəçi *995-ci il tarixdə doğulmuşdur və onun atası Yunus Mikayıl oğlu və X2dır. Belə ki, o uşaq vaxtlarında onların evində olarkən onlar birlikdə ər-arvad kimi yaşamışlar. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən doğumu barədə hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən müəyyən sənədlər təqdim edilmədiyi üçün ərizənin Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən icra edilməsi mümkün deyildir. Suraxanı rayon Qeydiyyat Şöbəsi hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZE seriyalı *707*356 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX Yunus Mikayıl oğlu 24.02.*957-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 3* ünvanında qeydiyyatdadır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 *8.04.*968-ci il tarixdə anadan olmuş və onun anası X*2, atası X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.*995-ci il təvəllüdlü, BMT QAK-in himayəsində olan Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixindən 3*.07.2023-cü il tarixinədək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, bina 26, mənzil * ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin *0.03.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Aleksandr Arutyunov ilə Mila Əliyevanın birgə nikahından doğulan övladına dair məlumatların verilməsi haqqında müraciətə baxılmışdır. Bildirilir ki, Aleksandr Arutyunov ilə Mila Əliyevanın birgə nikahından doğulan övladı 07.05.*986-cı il təvəllüdlü Badal Arutyunovun doğumu *9.07.*986-cı ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X*7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 399 saylı Ekspertiza Rəyindən görünür ki, Ərizəçi məhkəmə tibbi müayinəsinə, dəri örtüyünün cizgilərinə, antropometrik ölçüləri və göstəricilərinə, anamnestik məlumatlarına, ailə-məişət və fiziki inkişaf göstəricilərinə əsaslanaraq nəticəyə gəlinmiş ki, Ərizəçi sümük inkişaf yaşı 25-30 ilə uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında dindirilən ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, ərizəçi xx.xx.*995-ci ildə ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, XXX Yunus Mikayıl oğlu ilə X9 faktiki evlənmişlər və onların faktiki nikahlarından xx.xx.*995-ci il tarixdə ev şəraitində bir qız övladları anadan olmuş və hazırda həmin şəxsin doğum haqqında şəhadətnaməsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə *8.04.*968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, milliyətcə azərbaycanlı Əliyeva (Arutyunova) Mila Şahlar qızının xx.xx.*995-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. *8.04.*968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, milliyətcə azərbaycanlı Əliyeva (Arutyunova) Mila Şahlar qızının xx.xx.*995-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar