Məhkəmə qərarları › İş №2(010)-161/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-161/2020

03.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-161/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı “X5 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X5 Kompani S.A.” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415424.71 m B 4477724.93 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavbadehdən tutularaq “xxxxxxxxxxxx” ASC Suraxanı filialının AZ69AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4339/2019 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/362 nömrəli məlumatı əsasında rəy verilməsindən imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinə əsasən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, "X5 Kompani S.A" Şirkəti tərəfindən xx xxxxxx 2017-ci ildə verilmiş Ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan X2 qərarı ilə Şirkətin Azərbaycan Respublikasında Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı X3 adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. Hazırki iddia ərizəsi "X5 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin icraçı direktor Arzu Sarıbalayev tərəfindən imzalansa da, Şirkətin və eləcə də Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından Arzu Sarıbalayevə iddia ərizəsi vermək və onu imzalamaq səlahiyyət verilməmiş və bununla bağlı sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş X1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli etibarnamə isə Şirkətin adından yox, Pervaiz Naveed tərəfindən verilmiş və həmin etibarnamə Bakı şəhəri 50 saylı notariat kontorunda 7E-19037 nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən,hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və259.0.3cümaddələrinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;– iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “X5 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar