Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1611/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi (Maraqlı şəxs və müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti) “əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizə tələbi Maraqlı şəxs qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilmiş hesab olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi. Ərizədəki tələbin dəlilləri Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 155, mənzil 9-da ailəsi ilə bilikdə yaşayır və heç bir yerdə işləmir. Ərizəçi müxtəlif fiziki şəxslərin yanında əmək müqaviləsi ilə çalışmış, 2016-cı ildə isə öz işini açmaq qərarına gələrək Maraqlı şəxs təsis etməklə qeydə aldırmışdır. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi X3ı İdarəsinin xx.xx.2016-cı il tarixli, **********638400 saylı Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarış verilmiş və təsisçi, qanuni təmsilçi hüquqları tanınmışdır. Bununla yanaşı xx.xx.2016-cı ildən Əmək müqaviləsi bildirişinin verilməsi ilə onun elektron informasiya sisteminə daxil edilməsi təmin edilmişdir. İllər ərzində hüquqi şəxsin heç bir fəaliyyəti olmamış, işçi götürülməmiş və nəzərdə tutulan məqsədlərə çatmaq üçün maliyyə və ya digər əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də rəsmən qeydiyyat orqanına müraciət edərək fəaliyyət dayandırılmış və xx.xx.2021-ci ildən etibarən müəssisə rəsmən ləğv edilmişdir. Hüquqi şəxsin ləğvinə dair bütün qanuni rəsmiləşdirilmələr edilmiş və qeydə alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsinin xx.xx.2021-ci il tarixli **********6896900 saylı məktubu ilə **********33 saylı bildiriş verilmiş və qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə ********* № ilə dövlət qeydiyyatına alınmış Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarılmışdır. Həyat və yaşam şəraitinin təmin olunması üçün işləməli və əmək fəaliyyəti ilə məşğul olmaq zərurəti vardır və bu məqsədlə də işə düzəlmək istəyir. Lakin yuxarıda qeyd olunan hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi hüquqlarına xitam verilməsi barədə Əmək müqaviləsinin qeyri aktiv edilmədiyi müəyyən edilmişdir. Bildirişinin onun elektron informasiya sisteminə daxil edilməsi üçün etdiyi müraciətlər isə nəticəsiz qalmışdır. Asan imzası ləğv edilmiş, hüquqi şəxsin vergi orqanında işləmləri başa çatdırılmış və elektron informasiya sisteminə girişim məhdudlaşmışdır. Bu səbəbdən mövcud qanunvericiliyi və aktiv əmək müqaviləsinin ləğv olunma istəyini rəhbər tutaraq, cavabdeh təşkilata müraciət olunmuşdur. Hüquqi şəxsin fəaliyyəti xitam olunmuş, asan imza bağlanmışdır və fəaliyyəti qeyri mümkün haldadır.Ona görə də, fiziki şəxs olaraq işçi qismində onunla hüquqi şəxs arasında əmək münasibətlərinə xitam verilməsinin müəyyən olunması zərurəti yaranmışdır. Proses iştirakçılarının izahatı Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizəsi məhkəməyə poçt vasitəsi ilə daxil olmuşdur. Ərizəçi həmin ərizəsində onun iştirakı olmadan məhkəmə prosesinin keçirilərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs və müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin normalarını rəhbər tutaraq, işə iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Milli Gəlirlər Baş İdarəsinin hüquqi X3 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixdə ********** №-ilə dövlət qeydiyyatına alınmış Maraqlı şəxs X2 (Ləğv prossindədir) xx.xx.2021 il tərixdə ləğv edilmiş və həmin urum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Maraqlı şəxs X1 Azərbaycan Respublikası DSMF-du Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamentiinin rəhbərliyinə ünvanlanmış məktubundan görünür ki, müəssisə 13 iyul 2019-cu il tarixədək öz fəaliyyətini dayandırmışdır. Fəaliyyətə başlayacağı halda yazılı məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası Günel Vəliyeva və hüquqşünas Sədəf Mirzəliyeva bu aktı ona görə tərtib etmişdir ki, Maraqlı şəxs (VÖEN: **********) ləğvi ilə əlaqədar 1 (bir) ədəd möhür tərəflərindən ləğv edilmişdir. X4 Xidmətinin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2305/2024 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi öhdəliyinin X4 Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmin qərardada, iddiaçı Ərizəçi iddiası mümkün sayılmamışdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Maraqlı şəxs MMC xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, daha sonra isə xx.xx.2021-ci il tarixdə həmin MMC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Maraqlı şəxs MMC-nin təsisçisi və qanuni təmsilçisi Ərizəçi olmuşdur. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı Ərizəçi barəsində əmək müqaviləsi (xxxxxxx000200) bildirişi Maraqlı şəxs MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və hal-hazıradək həmin müqavilə sistemdə aktiv olaraq görünür. Göründüyü kimi, iddiaçı təsisçi və qanuni təmsilçi olduğu müəssisənin icraçı direktoru təyin edilməsinə dair əmək müqaviləsini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmiş, lakin müəssisənin ləğv edilməsi ilə əlaqədar həmin müqaviləyə xitam verməmiş və bu barədə müvafiq bildirişi Maraqlı şəxs MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməmişdir. Beləliklə də, müəssisənin ləğv edilməsinə baxmayaraq elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır. Məhkəmə hazırki ərizə ilə bağlı qeyd edir ki, ərizəçi barəsində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş xxxxxxx000200 nömrəli əmək müqaviləsinə işəgötürən Maraqlı şəxs ləğv edilməsi səbəbi ilə xitam verilməsi mümkün olmadığından, ərizəçi həmin müqaviləyə xitam verilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda xitam verilməyən qüvvədə olan əmək müqaviləsi mövcuddur. Məsələ ilə bağlı səlahiyyətli orqan olan X4 Xidməti hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin, həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi daxil etmək işəgöbtürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarını təsdiq etmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənin və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması elə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejiminə əlavə etmə\klə bağlı Qaydaiar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autedifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya Elektron hökümət portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyata keçirilməsi» xidməti vasit\əsi ilə işəgötürənin səlaziyyət verən şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə, və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən müqavilə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədər əmək bildirişişin «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi hüququ X4 xidmətinə həvalə edilməlidir. Ərizəçinin müraciəti ilə bağlı əməkdaşları tərəfindən onunla telefon əlaqəsi saxlanılmış və ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən Maraqlı şəxs ləğv edilməsi səbəbi ilə bu mümkün olmadığından, iddiaçı ləğv edilmiş müəssisə ilə əmək münasibətlərinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Maraqlı şəxs qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi Maraqlı şəxs qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi müvafiq orqan tərəfindən ərizəçinin Maraqlı şəxs təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktı müəyyən edilsin. Ərizəçi Maraqlı şəxs qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi müvafiq orqan tərəfindən ərizəçinin Maraqlı şəxs təsisçi-qanuni təmsilçisi qismində xxxxxxx000200 nömrə ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1611/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1611/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver