Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1618/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materialları. *. AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 saylı Doğum Evinin 0*.07.20*5-ci il tarixli, 455 nömrəli Arayışının surətindən görünür ki, 09.05.20*5-ci il tarixdə X3 (qadının şəsiyyəti vəsiqəsi təqdim edilməmiş və qeydlər onun şifahi məlumatları əsasında aparılmışdır) keysəriyyə əməliyyatı zamanı çəkisi 3300 q, boyu 50 sm olan oğlan uşağı azad edilmişdir. *4.05.20*5-ci il tarixdə ana və uşaq kafi vəziyyətdə evə yazılmışdırlar.
2. AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 saylı Doğum Evinin 04.04.20*7-ci il tarixli, 205 nömrəli Arayışının surətindən görünür ki, 30.03.20*7-ci il tarixdə X5 (qadının şəsiyyəti vəsiqəsi təqdim edilməmiş və qeydlər onun şifahi məlumatları əsasında aparılmışdır) keysəriyyə əməliyyatı zamanı çəkisi 2900 q, boyu 48 sm olan qız cinsli uşaq azad edilmişdir. 04.04.20*7-ci il tarixdə ana və uşaq kafi vəziyyətdə evə yazılmışdırlar.
3. İş materiallarında olan Doğum haqqında kitabçadan görünür ki, 09.05.20*5-ci il tarixdə doğulmuş X6 atası olaraq Ərizəçi, anası olaraq isə X*0 qeyd edilmişdir.
4. İş materiallarında olan Doğum haqqında kitabçadan görünür ki, 30.03.20*7-ci il tarixdə doğulmuş X2 atası olaraq Ərizəçi, anası olaraq isə X*0 qeyd edilmişdir.
İşin faktiki halları.
5. Tibbi sənədlərdən görünür ki, X** 09.05.20*5-ci il tarixdə və X8 30.03.20*7-ci il tarixdə Bakı şəhərində 2 saylı Doğum Evində anadan olmuşdurlar.
Tələb.
6. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları - X6 09.05.20*5-ci il tarixdə və X2 30.03.20*7-ci il tarixdə Bakı şəhərində doğulmaları faktının müəyyən edilməsi, övladlarının doğum haqqında qeyd aktına ata qrafasında Ərizəçi, anası qrafasında isə X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
7. Tələb onunla əsaslandırılmışdır ki, *994-cü ildə Neftçala rayonu, yeni Qişlaq kənd sakini X*2 ilə Bakı şəhərində tanış olub, el adəti ilə toy edərək evlənmişdirlər. Toyları Bakı səhərində şadlıq evində olmuşdur. Yusifova Sevincin şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə nikahları rəsmiləşdirilməmişdir. Evliliklərindən 09.05.20*5-ci ildə X** və 30.03.20*7-ci ildə X8 anadan olmuşdur. Hər iki övladı Bakı şəhəri, 2 saylı doğum evində anadan olmuşdur. Lakin həyat yoldaşı Yusifiova Sevincin şəxsiyyət vəsiqəsi olmadığına görə uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişdirlər. Onlar Bərdə rayonu Zümürxan kəndində yaşayarkən həyat yoldaşı X*2 20*9-cu ilin yanvar ayında uşaqları evdə qoyaraq evi tərk edib getmişdir və onun hara getməsi və kiminlə getməsi barədə məlumat ala bilməmişdir. Buna görə də o, Bərdə Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, yoldaşı Yusifova Sevinc barəsində axtarış elan edilməsini xahiş etmişdir. Bərdə Rayon Polis şöbəsi axtarış aparmamışdır. Hal-hazırda övladlarının doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə onlar məktəbə getmirlər. O, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeyddiyyat şöbəsinə müraciət etmişdir. Bərdə Rayon Qeydiyyat şöbəsi ona imtina məktubu verərək doğum faktı ilə bağlı məhkəməyə müraciət etməyini bildirmişdir.
Tərəflərin izahatları.
8. İş üzrə Maraqlı şəxs və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndələri məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. İş üzrə üçüncü şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. *0. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. **. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, Ərizəçi dayısının yoldaşıdır. Onun övladları 2 saylı Doğum evində doğulmuşdur və uşaqlardan biri 6 aylıq, digərinin isə 2 yaşı olarkən anaları onları atıb getmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, Ərizəçi qardaşı oğludur. Övladlarının biri 20*5-ci ildə, digəri isə 20*7-ci ildə anadan olmuşdur. Övladları elə o vaxtdan atası ilə qalmışdır.
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. *4. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.*. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası.
2.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi ərazi X* tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.2-*. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-*. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.2-*-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. *6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
Məhkəmənin mövqeyi.
*7. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. *8. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, X4 09.05.20*5-ci ildə X** ad, soyad və ata adı verildiyi oğlan uşağı və 30.03.20*7-ci ildə X8 ad, soyad və ata adı verildiyi qız cinsli uşaq Bakı şəhərində xəstəxana şəraitində doğulmuş, hər iki doğuşdan sonra ana və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. *9. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə ki, ərizəçi hazırkı vəziyyətdə digər qaydada övladlarına doğum haqqında şəhadətnamə ala bilməyəcək.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 2*. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “AR Dövlət rüsumu haqqında” Qanunun 9.*.3-cü maddəsinə görə, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Hazırki iş üzrə ərizəçi əlil olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilmişdir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, məhkəmə hesab edir ki, Ərizə təmin edilməli, X6 09.05.20*5-ci il tarixdə atası Ərizəçi və anası X*2 olmaqla Bakı şəhərində doğulması faktı müəyyən edilməli və X2 30.03.20*7-ci il tarixdə atası Ərizəçi və anası X*2 olmaqla Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. X6 09.05.20*5-ci il tarixdə atası Ərizəçi və anası X*2 olmaqla Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X2 30.03.20*7-ci il tarixdə atası Ərizəçi və anası X*2 olmaqla Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.