Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1625/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X*7 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi X* “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb.
1. Ərizəçi X*4 “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olması, milliyyəti azərbaycanlı, atasının X7 və anasının X*5 olması faktı müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşə məhkəmə iclasında baxılarkən, ərizəçi məhkəməyə müraciət edərək, ərizəçinin əsl ərizəçi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə ərizəçi X*4 əsl ərizəçi X9 ilə əvəz edilmişdir. X9 “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olması, milliyyəti azərbaycanlı, atasının X7 və anasının X*5 olması faktı müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
3. Tələb onunla əsaslandırılmışdır ki, X*0 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. O, yaşadığı evdə ev şəraitində doğulmuşdur. Bu səbəbdən də onun hal-hazıradək doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün onun doğum haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, "0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 25.0*.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır". Ərizəsinə əlavə edilmiş anasına məxsus vəsiqəsindən görünür ki, X*0 0* avqust *958-ci ildə Qazaх rayonunda anadan olmuşdur. Bundan əlavə, ərizəsinə əlavə edilmiş 06.*0.*979-cu il tarixli "nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X*0 0* avqust *958-ci ildə Qazax rayonunda anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamənin verilməsindən Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, onun doğulması faktını təsdiq edəcək sübutlarını ərizəsinə əlavə edir. Eyni zamanda doğum faktını təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir.
Tərəflərin izahatları.
4. İş üzrə maraqlı şəxs 4 saylı Bakı Asan xidmət Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X*4 ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
Şahid ifadələri.
6. xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, ərizəçi onun dayısı qızıdır. X9 *958-ci ildə anadan olmuşdur. Atasının adı Rəşid, anasının isə Rəqibədir. Rəşid və Rəqibəni həyatda olarkən görmüşdür. Rəşid və Rəqibənin hər hansı sənədlərinin olması ilə bağlı məlumatı yoxdur.
7. xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X*2 ifadəsində bildirdi ki, ərizəçi onun xalası qızıdır. X3 atasının adı Rəşid, anasının isə Rəqibədir. Rəşid və Rəqibəni həyatda olarkən görmüşdür. Rəqibə onun böyük xalası olmuşdur və o, təxmini 8-ci sinifdə oxuyarkən ölmüşdür.
İş materialları.
8. Nikahın bağlanması haqqında 06 oktyabr *979-cu il tarixli şəhadətnamədən görünür ki, X*3 ilə X*0 06.*0.*979-cu ildə nikaha daxil olmuşlar.
9. 483704-N-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 ** yanvar *980-cı ildə anadan olmuşudur, atası X*3, anası X5r. *0. AZE0******* N-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.*958-ci ildə Qazax rayonunda anadan olmuşdur. **. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin 25.0*.2025-ci il tarixli, 3- *6-5/8-69-5964/2025 nömrəli arayışından görünür ki, 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”nə 25.0*.2025-ci ilədək daxil edilmiş bütün bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. *2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” X6 tərəindən xx.xx.2025-ci ill tarixli, 3-*6-5/8-*5-2*6/2025 saylı məktubundan görünür ki, 4 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.*958-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydinin bərpası ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin * mart 200*-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların *6-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətə olduğunu təsdiq edən sənədlər əsasında , ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmçinin həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında qeydin bərpası ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşin faktiki halları.
*3. İşin faktiki halları ondan ibarətdir ki, ərizəçi ev şəraitində anadan olduğuna görə doğum haqqında şəhadətnaməsinin olmadığını bildirir. O, qeydiyyat orqanına müraciət etmiş, lakin ona lazım olan sənədi ala bilməmişdir.
Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.*. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası.
2.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-*. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.2-*-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
Məhkəmənin mövqeyi.
*8. Ərizəçi izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. *9. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması və proses iştirakçılarının izahatı nəticəsində müəyyən edildi ki, X9 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuş, milliyyəti azərbaycanlı, atası X7 və anası X8r. Bu hallar şahid ifadələri ilə də təsdiq edilir. Şahid ifadələrinə tənqidi yanaşılması üçün məhkəmə əsas görmür.
20. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə ki, ərizəçi hazırkı vəziyyətdə digər qaydada doğum haqqında şəhadətnamə ala bilməyəcək.
Məhkəmə xərcləri.
2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X*0 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olması, milliyyəti azərbaycanlı, atasının X7 və anasının X*5 olması faktı müəyyən edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. X2 0* avqust *958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olması, milliyəti azərbaycanlı, atasının X7 və anasının X*5 olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov