Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-163/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı «İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X5 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 236.47 manat, faiz borcu üzrə 511.25 manat olmaqla cəmi 747.72 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4, “tərəfin əvəz edilməsinə dair” ərizəsi əsasında “X5 Edilməsi Agentliyi” MMC-ti əsl İddiaçı QSC ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçı «xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, № 386- xx.xx.2015-SM144 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixdə, № 386-xx.xx.2015-SM144 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana 7000 (yeddi min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.3. bəndinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”m ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 əsas borc üzrə 236.47 manat, faiz borcu üzrə 511.25 manat olmaqla, cəmi 747.72 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixdə, 386-xx.xx.2015-SM144 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx" ASC Yasamal filialından illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 7000 (üç min) manat məbləğində kredit götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. İşin materiallarında olan xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin icra edilməsi üçün sonuncu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. İş materiallarından görünür ki, Cavabdeh1 Banka xx xxxx 2015-ci il tarixli Kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 236,47 manat məbləğində əsas borcu və 511,25 manat məbləğində faiz borcu vardır. Məhkəmə baxışı zamanı məhkəmənin qərardadı əsasında təyin olunaraq keçirimiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci tarixli 9/5943 №-li Rəyindən görünür ki, Cavabdeh1 tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2017ci il tarixə 4383.78 manat məbləğində əsas borcu və 511.25 manat məbləğində faiz borcunun olduğu müəyyən edilir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, «xxxx" ASC Sənayə filialı ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə, 143-xx.xx.2015-SM144 saylı kredit müqavitəsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit vermişdir. Həmçinin bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmışdır. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən onun kredit üzrə əsas borc üzrə 747,72 (yeddi yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən kredit borcunun tutulmasına dair iddia tələbi əsaslıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh1 banka xx.xx.2017-ci il tarixinə, yəni müqavilə müddəti bitən tarixə 4383,78 manat əsas, 511,25 manat faiz borcunun olması müəyyən olunsa da, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdeh Mayılov Nuril Mais oğlunun kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas və faiz borclarının iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Bununla belə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx xxxx 2015-ci il tarixdə, 143-xx.xx.2015-SM144 saylı «xxxx" ASC Sənayə filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində «İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçı «İddiaçı" QSC xeyrinə 747,72 (yeddi yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində kredit üzrə borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Eləcə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 aid edilməli və həmin məbləğ də ondan dövlət nəfinə, Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 «İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 236.47 (iki yüz otuz altı manat, qırx yeddi qəpik) manat, faiz borcu üzrə 511.25 (beş yüz on bir manat, iyirmi beş qəpik) manat olmaqla cəmi 747.72 ( yeddi yüz qırx yeddi manat, yetmiş iki qəpik) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 dövlət nəfinə, göstərilən hesaba keçirilsin: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-163/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-163/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver