Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1262/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi üzrə borc tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(105)-1536/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 17 iyul 2020-ci il tarixli № RM-156 saylı icarə müqaviləsi ilə icarəyə verən "xxxx" MMC mülkiyyətində olan 3 ədəd soyuducu anbar kamerasını, bir kamera üzrə qiymət 6000 manat olmaqla (toplam 3 kamera üzrə aylıq xərc 18000 manat) bir il müddətinə icarəçi Cavabdeh istifadəsinə verməyi, icarəçi isə istifadə etdiyi müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşlər. 2. 20 aprel 2021-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh "xxxx" MMC-yə 52650 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52650 manat məbləğində əsas borcun və 900 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 250 manat məbləğində dövlət rüsumunun, cəmi 53800 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 17 iyul 2020-ci il tarixli müqavilə üzrə yaranmış öhdəliyini icra etməmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan, lakin ödənilməyən borc təşkil edən icarə haqqı məbləği 52650 manatdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, o cümlədən, qeydiyyatda olduğu ünvana borcun könüllü şəkildə ödənilməsi barədə müraciət məktubu göndərilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia qismən təmin edilərək, Cavabdeh 52650 manat icarə haqqı borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən üzləşmə aktı mübahisələndirilməmiş, “təsdiqləndi” qrafasındakı imza və sözlərin onun tərəfindən icra olunduğu etiraf edilmişdir.
7. Birinci instansiya məhkəməsi işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462, 675, 684, 700-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab etmişdir ki, iddiaçının icarə haqqının ödənilməsi hissədə iddia tələbi əsaslıdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında cavabdehlik və mülki məsuliyyət daşıyır.
8. Cavabdehin etirazına gəlincə məhkəmə qeyd etmişdir ki, cavabdehin etirazında göstərdiyi hallar özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilən şahid X2 ifadəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, şahid cavabdehlə iş birliyi olmaqla işin nəticəsində maraqlı şəxsdir. Odur ki, məhkəmə şahid ifadəsini əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir.
9. Birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə pul tələbi hissədə isə iddianı əsaslı hesab etməmiş və göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə və “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçı əldən çıxmış faydaya görə 900 manat tutulması ilə bağlı hissədə tələbini təsdiq edən sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(105)-1536/2022 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.M.Məmmədovdan və F.Ə.Məmmədovdan ibarət tərk ibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh iddiaçının istinad etdiyi ödənişləri iddiaçının nümayəndəsinə ödəməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şahidin cavabdehlə iş birliyi olmaqla işin nəticəsində maraqlı şəxs olmasına istinad edərək şahid ifadəsini əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etməmişdir. Bununla əlaqədar, məhkəmə həmçinin göstərmişdir ki, cavabdeh yazılı surətdə tərtib olunmuş üzləşmə aktına əsasən borcl u olduğunu təsdiq etmiş, lakin Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbləri baxımından üzləşmə aktında göstərilən borcun qaytarılmasını sübut edə bilməmişdir.
13. Bundan əlavə apellyasiya şikayətinin dəlillərindən fərqli olaraq cavabdeh məhkəmə iclasında borcunun olmamasını, həmçinin onun icarəsinə verilmiş soyuducu kameraların yararsız olması ilə əlaqədar onun öz hesabına təmir edilməsi ilə də əsaslandırmışdır. Lakin bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(105)-1536/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442.1-ci, Mülki Prosessual Məcəlləsinin 99, 14.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehin iddiaçıya borcu yoxdur, icarə haqqı tam olaraq ödənilmişdir. Bu halı, birinci instansiya məhkəməsində dindirilmiş şahid Ç.Quliyev təsdiq etmişdir. Məhkəmə əsassız olaraq həmin şahidin ifadəsini sübut qismində nəzərə almamışdır.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiy indən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqd an istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə to planmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması və həmin müqavilə üzrə cavabdehin borcunun yaranması işin mübahisəsiz halıdır. Mübahisəli məsələ cavabdehin iddiaçıya həmin borcun qaytarılmasıdır.
24. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində qeyd olunan məsələlərlə bağlı işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirmiş və yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı proses sual hüquq normalarının pozulması müəyyən olunmamışdır.
25. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
26. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməs i Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(105)-1536/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.