Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2623/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:vurulmuş maddi zərərin əvəzinin ödənilməsi 03.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(105)-306/2023 saylı qətnaməsindən Cavabdehn verdiyi kassasiya şikayəti üzrə işə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1864 sakylı ünvanda yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bağ evində tikinti, abadlaşdırma işlərinin görülməsi üçün 26 may 2021-ci il tarixdə Cavabdeh MMC ilə 02 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin Müqavilə tərəflərin imzası və Cavabdeh dairəvi möhürü ilə təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlər üçün hesablanmış 16,685 manat cərimənin, 8.900 manat dəymiş ziyanın, 800 manat vəkilə ödənilmiş xidmə t haqqının və 168 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən bağ evi onun xüsusi mülkiyyətindədir. O, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bağ evində tikinti, abadlaşdırma işlərinin görülməsi üçün 26 may 2021-ci il tarixdə cavabdehlə 02 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin Müqavilə tərəflərin imzası və cavabdehin dairəvi möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndi əsasında onun tərəfindən podratçıya göstərilən xidmətlərə görə bu müqavilənin 1.3-cü bəndi üzrə tərtib olunmuş akta əsasən aylıq 38.000 manat məbləğində, ilkin ödəniş 20.000 manat, material əra ziyə gətiriləndə 5.000 manat, işin 60%-i görüldükdə 4.000 manat və iş bitdikdə 9.000 manat olmaqla xidmət haqqını ödəməlidir. Sonradan aralarında yazılı razılaşma əsasında müqavilənin ümumi qiyməti 35.500 manat məbləğində razılaşdırılmışdır. Bunu təsdiq edən yazışmalar mövcuddur. Müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 35.400 manat ödəniş etmişdir. Bu ödənişləri cavabdehlə aralarında olan yazışmalar təsdiq edir. İşin faktiki hallarından göründüyü kimi o, qeyd olunan müqavilə üzrə sifarişçi olaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada və yüksək səviyyədə yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bundan başqa bildirilir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən sifarişin təhvili 40 gün ərzində həyata keçirilməlidir. Gecikdirilmiş hər gün üçün cavabdeh 0.5% cərimə ödəyəcəkdir. Müqavilənin imzalandığı tarixdən hesabladıqda 40 gün 05 iyul 2021-ci il tarixdə yekunlaşır. Pretenziya məktubu göndərilən tarixədək müqavilənin icrası 94 gündür ki, gecikdirilir. Belə ki, gecikdirilmiş günlər üçün hesablanmış cərimə 16.685 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirilmədiyindən, yerinə yetirilmiş hissədə yanlışlıqlar (yanlış tikili, şüşəyə dəymiş zərər və s.) olduğundan, habelə cavabdeh tərəfindən görülməli olan, lakin görülməmiş işlər nəticəsində ona 8900 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən görülməli olan, lakin görülməmiş qarajda yarımçıq işlər üçün 4.500 manat, şüşəyə vurulan zərərə görə 700 manat, yanlış və yarımçıq tikilmiş söhbətgah və dəmir arakəsmələr üçün 3.700 manat olmaqla, cəmi 8.900 manat maddi ziyan dəymişdir. Onunla cavabdeh arasında 26 may 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlər üçün hesablanmış 16.685 manat cərimənin, 9.829,29 manat dəymiş ziyanın, 300 manat məbləğində "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin, 800 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və 168 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, tərəflər arasında müqavilə bağlansa da, həmin müqavilə qüvvəsini itirmişdir. Çünki, iddiaçı müqavilə üzrə ödənişi hesab vasitəsilə cavabdehin balansına köçürməli idi. Lakin, iddiaçı köçürmə yolu ilə rəsmi ödəniş etmək istəmədiyi üçün bağlanmış müqavilə üzrə öhdəliklərinə xitam verilmiş və müqavilə ləğv edilmişdir. Belə olan halda o, X adlı şəxsi işlərin görülməsi üçün iddiaçıya təklif etmişdir və X işlərin görülməsini öhdəsinə götürmüş və iddiaçı da buna razılıq vermişdir. Mübahisələndirilən işlər cavabdeh tərəfindən icra edilməyib. X2 adlı şəxs tərəfindən görülüb. X o, təklif etdiyi üçün ilkin olaraq ona çatdırılmas ı üçün 11.000 ABŞ dolları və manat hesabı ilə ümumilikdə 20.000 manat iddiaçı tərəfindən ona verilib. O da həmin pulu X vermişdir. Bundan sonra ödənişləri iddiaçı özü X ödəyib. Onun bildiyinə görə ÜX 12.000 manat ödəniş olub, 3.500 manat borc qalıb. Daha sonra görülməli olan işlərə görə materialları iddiaçı özü almış və həmin materiallar keyfiyyətli olmadığından görülmüş işlər qüsurlu olmuş, arada narazılıq yarandığı üçün X özü öz vəsaiti hesabına 4.000 manat xərc çəkərək işləri yenidən görmüşdür. Onda olan məlumata görə razılaşdırılmış işlərdən X tərəfindən görülməmiş 1.000 manat dəyərində xırda işlər qalmış və buna görə X və iddiaçı arasında narazılıq yaranmışdır. Araşdırılan mübahisəyə cavabdehin heç bir aidiyyati yoxdur. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, id diaçıya məxsus olan ünvan 3 ünvanda yerləşən bağ evində görülməli olan, lakin yarımçıq qalmış təmirtikinti xərclərinin işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9.829,29 manat təşkil edir. 03 iyun 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizanın rəyindən görünür ki, iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən bağ evində 26 may 2021-ci il tarixli müqaviləyə əsasən görülməli olan işlərin, söhbətgahın eni 4,0 metr uzunluğu 7,40 metr olmaqla ümümi sahəsi 29,6 m2 (4,0x7,4), avto dayanacaq üçün nəzərdə tutulmuş bağlı dayanacağın eni 4,30 metr, uzunluğu 13,4 metr olmaqla ümümi sahəsi 57,6 m2 (4,3x13,4), iki qat şüşənin eni 2,05 metr, hündürlüyü 2,90 metr olmaqla ümümi sahəsi 6,0 m2 (2,05x2,90) təşkil etdiyf müəyyən edilmi şdir. Qeyd olunur ki, iki qat şüşənin üzərində dəliklər olduğundan, şüşədə yaranmış qüsurun aradan qaldırılması mümkün deyildir. Həmin tikililərdə görülməmiş yarımçıq qalmış işlərin tamamlanması üçün təqribən (material usta haqqı və sair) nəzərə alınmaqla 9.829,29 manat vəsaitin tələb olunduğu müəyyən edilir. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2(060)-343/2022 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsi səbəbindən vurulmuş maddi ziyanın əvəzi olaraq 9.829,29 manat, gecikdirilmiş günlər üçün hesablanmış 500 manat məbləğində cərimə olmaqla, cəmi 10.329.29 manat pulun iddiaçının xeyrinə tutulması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə işin müəyyən edi lmiş faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı işlərin yerinə yetirilməsini cavabdehə tapşırmış və həmin işlərin yerinə yetirilməsi üçün muzd ödənilməsi razılaşdırılmışdır. Bu qeyd olunanlar işin mübahisəsiz halları olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdehin mübahisələndirilən xidmət müqaviləsinə xitam verilməsi, öhdəliyin X adlı şəxsə keçməsi və sonuncu tərəfindən icra olunması, cavabdehin iddiaya cavab verməli olmayan şəxs olması barədə göstərdiklərinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, cavabdehin bu göstərdikləri məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı dindi rilən X izahatından, həmçinin tədqiq edilmiş audio diskdəki məlumatlarla müəyyən edilmişdir ki, (səs yazısında Nümayəndə tərəfindən işlərin görülməsi üçün X tapşırıq verildiyi, eləcə də evin şüşə divarının təmirini öz üzərinə götürdüyü, işlərin görülməsi və təhvil verilməsi, materialların seçilməsi, işçilərin göndərilməsi ilə bağlı Nümayəndələ iddiaçı arasında olan söhbətlər öz əksini tapmış, Nümayəndə həmin səs yazısının ona məxsus olduğunu təsdiq etmişdir. X1 Quliyev tərəfindən işlərin görülməsini icra edən işçi olmuşdur, öhdəliyin icra edilməsi müqavilə tərəfi olaraq cavabdehin qanuni nümayəndəsi Nümayəndə tərəfindən həyata keçirilmiş, ödənişlər sonuncuya ödənilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Nümayəndə araşdırılan mübahisə üzrə cavabdehin iddiaya cavab verməli olmayan şəx s olması barədə göstərdikləri əsaslı deyildir və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd etmişdir ki, işin mübahisə yaradan birinci halı - işlərin qüsurlu görülməsi və tam həcmdə, vaxtında yerinə yetirilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən sifarişin təhvili 40 gün müddətinə həyata keçirilməlidir. Tərəflərin izahatında, eləcə də şahid ifadələrindən göründüyü kimi sifariş verilmiş işlər razılaşdırılmış müddətdə cavabdeh tərəfindən təhvil verilməmişdir. Məhkəmə hesab etmişdir ki, araşdırma zamanı tərəflərin izahatı, şahid ifadələri və toplanmış sübutlarla cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilmədiyi, görülmüş işlərin qüsurlu olması və bunun nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta y etirilir. Odur ki, vurulmuş maddi zərərin əvəzi olaraq 9.829,29 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan məhkəmə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 16.685 manat cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 467, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 763.1, 764.1, 765, 773, 776.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasi ya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilən hissəsində ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, qeyd olunan maddəninin mənasına görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istən ilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Hal-hazırki işdə bütün bu prinsiplər və normalar nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanuni tələbləri və dəlilləri diqqətə alınmayaraq konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi istinad etdiyi səbəblərə görə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisələndirilən işlərlə əlaqədar guya uğradıldığı ziyanla bağlı iddiaçı tərəfindən bildirilən hallarla əlaqədar, eləcə də mütəxəssis və ekspert rəylərində kifayət qədər ziddiyyətli məqamlar olduğu və sözügedən rəylərin istinad olunduğu müqavildə görülməli olan işlərin konkret həcmi və istifadə edilməli olan materialların sayı, şeşidi və ölçüləri barədə məlumatlar göstərilmədiyi, həmçinin müqavilənin dəyərinin 38.000 manat olduğu və iddiaçının bildirdiklərinin ziddinə olaraq 35.500 manat deyil, cəmi 31.900 manat ödəniş etdiyini təsdiq edən sübutlar və faktlar olduğu halda, məhkəmə bu ziddiyyətləri aradan qaldırmadan, obyektiv və hərtərəfli araşdırma həyata keçirmədən, sübut kimi qəbul etdiyi qeyri-mötəbər mütəxəssis və ekspert rəylərini müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmədən sübutlara düzgün qiymət verməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. İş materiallarında olan ekspert rəyi ki mi təqdim olunan sənəddən görünür ki, həmin rəyin sözdə guya xidmət müqaviləsinin müddəlarına söykənərək hazırlandığı bildirilsə də əslində hər hansı hüquq müəyyənedici sənədə, o cümlədən tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə istinad edilmədən tərtib edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza zamanı ekspertizanın keçirilməsində iştirakı təmin edilməmiş, tərəfinidən məhkəmədə mütəxəssis rəyinin qərəzli şəkildə hazırlanması ilə bağlı bildirdikləri nəzərə alınmamış, ziddiyyətli məqamlar aradan qaldırılmadan ekspert tərəfindən məhkəmənin qoyduğu suallar əsassız şəkildə yanlış olaraq cavablandırılmışdır. Belə ki, məhkəmə ekspert rəyində tikililərin sahələrinin və istifadə edilməli olan materialların ölçü və sayının hansı sənədlər əsasında müəyyən edildiyiniaydınlaşdırma mış, bu ölçü və həcmlərin xidmət müqaviləsində qeyd edilmədiyini nəzərə almamış, ekspertin iddiaçıya vurulmuş ziyanla bağlı gəldiyi nəticəsinin hər hansı hüquq müəyyənedici sənədlərlə əsaslandırılmadığına əhəmiyyət verməmişdir. Bu hallar da həmin ekspertin obyektivliyinə və qərəzsizliyinə ciddi şəkildə şübhə yaratmaqla onun tərtib etdiyi rəyin də mötəbərliyini sual altına qoyur. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. İşdə olan ekspert rəyindəki aşkar ziddiyyətlər və çatışmazlıqlar göz qabağındadır. Ekspert rəyində bu cür aşkar ziddiyyət olduğu və eksperti n rəyi natamam olduğu halda, məhkəmənin təkrar ekspertizanın keçirilməsini təmin etməməsini sözügedən prosessual hüquq normasının aşkar pozuntusu kimi qəbul edir və hesab edir ki, məhz bu pozuntu iş üzrə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(105)-306/2023 saylı qətnaməsi ilə ( hakimlər L.Məmmədova sədrlik edən, məruzəçi, A.Mahmudov, L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirmiş və hesab etmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qa ydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayətinin dəlilləri rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər iki rəyi mötəbər sübut kimi qəbul etməməli idi, çünki həm mütəxəssis, həm də ekspert rəylərində gəlinən nəticə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmamış, e kspertiza isə ümumiyyətlə ekspertizanın aparılmasının prosessual qaydaları pozulmaqla həyata keçirilmişdir. Mübahisələndirilən qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərinigerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlarmüqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə ziddolmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podra tçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinəgötürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədənimtinaedə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçınınhərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olansəbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər,bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratınnəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə,q üsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğunistifadə və ya aid istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələbedəbilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlayabilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq,əlavəicradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsizqurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edəbilər. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavəicrasıüçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradanqaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu hald a podratçı müqavilə ilə bağlıxərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-biləpretenziyairəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyigündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdəyüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlakmənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1864 sakylı ünvanda yerləşən bağ evi iddiaçının xüsusi mülkiyyətin dədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bağ evində tikinti, abadlaşdırma işlərinin görülməsi üçün 26 may 2021-ci il tarixdə cavabdehlə xidmət müqaviləsi bağlamışdır. Həmin Müqavilə tərəflərin imzası və cavabdehin dairəvi möhürü ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı işlərin yerinə yetirilməsini cavabdehə tapşırmış və həmin işlərin yerinə yetirilməsi üçün muzd ödənilməsi razılaşdırılmışdır. Bu qeyd olunanlar işin mübahisəsiz halları olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdehin mübahisələndirilən xidmət müqaviləsinə xitam verilməsi, öhdəliyin X adlı şəxsə keçməsi və sonuncu tərəfindən icra olunması, cavabdehin iddiaya cavab verməli olmayan şəxs olması barədə göstərdiklərinə gəlincə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin bu dəlilləri məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən X3in izahatı ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı dindirilmiş X3in izahatı, həmçinin tədqiq edilmiş audio diskdəki məlumatlarla müəyyən edilmişdir ki, səs yazısında Nümayəndə tərəfindən işlərin görülməsi üçün X tapşırıq verildiyi, eləcə də evin şüşə divarının təmirini öz üzərinə götürdüyü, işlərin görülməsi və təhvil verilməsi, mate rialların seçilməsi, işçilərin göndərilməsi ilə bağlı Nümayəndələ iddiaçı arasında olan söhbətlər öz əksini tapmış, Nümayəndə həmin səs yazısının ona məxsus olduğunu təsdiq etmişdir. X3 də izahatında təsdiq etmişdir ki, cavabdehin qanuni təmsilçisi və yeganə təsisçisi Nümayəndə tərəfindən işlərin görülməsini icra edən işçi olmuşdur və öhdəliyin icra edilməsi müqavilə tərəfi olaraq cavabdehin qanuni nümayəndəsi Nümayəndə tərəfindən həyata keçirilmiş və ödənişlər sonuncuya ödənilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qanuni təmsilçisi və yeganə təsisçisi olan Nümayəndə araşdırılan mübahisə üzrə cavabdehin iddiaya cavab verməli olmayan şəxs olması barədə göstərdikləri əsaslı deyildir və işin faktiki halları ilə təkzib olunur. Apellyasi ya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, işin mübahisə yaradan birinci halı - işlərin qüsurlu görülməsi və tam həcmdə, vaxtında yerinə yetirilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən sifarişin təhvili 40 gün müddətinə həyata keçirilməli idi. Tərəflərin izahatından, eləcə də şahid ifadələrindən göründüyü kimi sifariş verilmiş işlər razılaşdırılmış müddətdə cavabdeh tərəfindən təhvil verilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı tərəflərin izahatı, şahid ifadələri və toplanmış sübutlarla cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilmədiyi, görülmüş işlərin qüsurlu olması və bunun nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilir. Odur ki, vurulmuş maddi zərərin əvəzi olaraq 9.829,29 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 16.685 manat cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Kassator, kassasiya şikayətində iddiaçının səhvi nəticəsində bağ evində cavabdehin 4.00 0 manat əlavə işlər gördüyünü, iddiaçının razılaşdırılmış muzdu tam məbləğdə cavabdehə ödəmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh iddiaçıya qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla əlavə gördüyü işlərin dəyərinin ödənilməsi və ödənilməmiş muzdun tutulub ona verilməsi barədə mübahisə aça bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(105)-306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.