Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1641/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Kərı̇ mova Gülbayaz Rüstəm qızının cavabdeh Səlı̇ mov Vüqar Mahı̇ r oğluna qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı Kərı̇ mova Gülbayaz Rüstəm qızının cavabdeh Səlı̇ mov Vüqar Mahı̇ r oğluna qarşı "mənzildən çıxarılma" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları 2.İş üzrə məhkəmə hazırlıq iclası 13 mart 2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir. 3.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə SMS və rəsmi bildiriş məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. 4.İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi
5. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Kərı̇ mova Gülbayaz Rüstəm qızının cavabdeh Səlı̇ mov Vüqar Mahı̇ r oğluna qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır. 6.İş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmadan geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya tam olaraq qaytarılmalıdır. 0,40 (qırx qəpik) manat məbləğində pul isə bank xidməti haqqı olduğu üçün dövlət rüsumu hesab edilmir və geri qaytarılmır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Kərı̇ mova Gülbayaz Rüstəm qızının cavabdeh Səlı̇ mov Vüqar Mahı̇ r oğluna qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı Kərı̇ mova Gülbayaz Rüstəm qızının ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.