Məhkəmə qərarları › İş №2(010)-1656/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1656/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1656/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3898/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, qaytarılması tələb edilən mənzil Bakı şəhəri Xətai rayonunda yerləşir. Belə olan halda işə müstəsna aidiyyət tətbiq edilməklə mənzilin yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi mülki iş aidiyyət qaydasında baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli olduğu halda iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. MPM-in 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan ərazi aidiyyəti məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, işin ərazi aidiyyəti ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi arasında fikir ayrılığı yarandığından aidiyyət məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARA A L D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair 2(010)-1656/2021 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar