Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1662/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Qulı̇ yeva Arzu Novruz qızının cavabdehlər Cavabdeh1 Temı̇ ş oğluna,Gülməmmədov Şı̇ rvan Vəlməmməd oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yeva Arzu Novruz qızı cavabdehlər Cavabdeh1 Temı̇ ş oğluna,Gülməmmədov Şı̇ rvan Vəlməmməd oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Temı̇ ş oğlunun,Gülməmmədov Şı̇ rvan Vəlməmməd oğlunun, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 evin 5 saylı ünvanındakı mənilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,o, Bakı şəhəri. Suraxanı rayonu, Bülbülə qəsəbəsi; 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzilini 28 fevral 2018-ci il tarixdə Cavabdeh1 Temis oğlundan Dövlət Notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzili aldıqdan sonra mənzili xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən Çıxarış almış və həmin Çıxarışa əsasən sözü gedən mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 2635 saylı reyestr kitabının 245398 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, həmin mənzili aldığı zaman satıcı, yəni Cavabdeh1 Temis oğlu ilə bağladığı alqı-satqı müqaviləsinin 13 bəndinə əsasən, satıcı 28 aprel 2018-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzili aldığı dövrdən 3 il müddət keçməsinə baxmayaraq, Cavabdeh1 Temis oğlu və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən qeydiyyatdan çıxmamış, həmin mənzildə yaşamamalarına baxmayaraq, onların rəsmi qeydiyyatı onun mənzilində qalmışdır. Hal-hazırda isə Cavabdeh1 Temis oğlunun, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 faktiki yaşadığı ünvanı dəqiq bilmirəm və onların harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Odur ki iddia tələbinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 Temis oğlunun, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X1 ona məxsus Bakı şəhəri. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ünvan 1 evin 5 saylı mənzilində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 xəbərdar edilmələri üçün Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrufatı Departamenti 1 saylı xüsusi təyinatlı MKTB-nin 39 saylı mənzil-kommunal istismar sahəsinə göndərilmiş məhkəmə bildirişləri, cavabdehlərin həmin ünvanda yaşamamaları barədə müvafiq qeyd yazılaraq, onlara təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsln izahatını dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan 28 fevral 2018-ci il tarixli AN-İ № ******* Alqı-satqı Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 ünvanında yerləşən mənzili mənzilini Cavabdeh1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ********** №-li Çıxarışın (müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, cavabdeh X7 qeydiyyatdadır. Beləliklə də, tərəfin izahatı və iş materialları ilə müəyyən olunur ki, alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehLƏR Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X2 həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X1 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1662/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1662/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver