Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-167/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpağın boşaldılması, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpağın boşaldılması, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxsus olan və cavabdehlər tərəfindən zəbt olunan torpağın boşaldılması, cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, qeyri-qanuni tikililərin sökülməsi və mülkiyyət hüququna maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evə mərhum atası X8 adına verilmiş 1989-cu il tarixli texniki pasportdan müəyyən olunur ki, Bakı şəhəri, keçmiş Orcenikidze rayonu, Kirov qəsəbəsi, Kalinin küçəsində yerləşən, 1085.4 ha torpaq sahəsi olan və 1 mərtəbəli, 2 otaqdan ibarət, 63.2 kv.metr sahəsi olan fərdi tikili olmuşdur. 1959-cu ildə mərhum atası X10 dövlət tərəfindən torpaq sahəsi verilmiş və Yeni ünvan 2 ünvanında 2 otaqdan ibarət ev tikmişdir. 1961-ci ildə Suraxanı qəsəbəsi, keçmiş Şaumyan küçəsində yaşayan əmisigili öz yanına dəvət edərək, tikdiyi 2 otaqlı evin 1 otağını onlara yaşamaq üçün vermişdir. Fərdi evin texniki pasportu atasının adına olmuşdur. 1959-cu il tarixdə açılmış ev təsərrüfatı kitabının surətindən də görünür ki, torpaq sahəsi onlara məxsus olmuş, cavabdehin orada heç bir torpaq sahəsi mövcud olmamışdır. Cavabdehlər sonradan onlara məxsus torpaq sahəsini zəbt etmiş, lakin qeyd olunan torpaq sahəsinə heç bir sənədinin olmaması səbəbindən onun ilkin arayışda torpaq sahəsinin olmaması öz təsdiqini tapmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.1085 ha torpaq sahəsində yerləşən 63.20 kv.metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli texniki pasportdan müəyyən olunur ki, 1959-cu ildə tikilmiş fərdi yaşayış evinin sahəsi 63.2 kv.metr, torpaq sahəsi isə 0.1085 ha-dır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X3 verilmiş xx.xx.2019-cu il tarixli, 06A/1778 saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1959-cu ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqdan 88.4 kv.metr sahədən ibarət olmuş, fərdi yaşayış evinin torpaq sahəsi olmamışdır. Məhkəməyə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq fərdi ev tikmişdir. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evə mərhum atası X8 adına 1989-cu il tarixli texniki pasportdan müəyyən olunur ki, fərdi yaşayış evi 1959-cu ildə tikilmiş, 63.2 kv.metr sahəsi olmuş, torpaq sahəsinin isə sahəsi 0.1085 ha olmuşdur. Hal-hazırda isə onlara verilmiş çıxarışda torpaq sahəsinin sahəsi yoxdur. Bu faktı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X3 verilmiş xx.xx.2019-cu il tarixli, 06A/1778 saylı arayış bir daha təsdiq edir, verilmiş arayışda torpaq sahəsi yoxdur və cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq fərdi yaşayış evi tikilmişdir ki, bu fərdi ev boşaldılmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ona məxsusdur və o, ailə üzvləri ilə bu evdə yaşayır. Cavabdeh1 və digər cavabdehlərin isə çıxarışı mövcud deyil və ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədləri olmadan fərdi yaşayış evi tikilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
7. Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə ölmüş X6 vərəsəsi X4r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri TİB tərəfindən xx.xx.1989-cu il tarixdə X9 verilmiş, qeydəalma nömrəsi ilə 03 nömrəli kitabın 408-ci səhifəsində qeyd edilmiş vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 88.4 kv.metr olan fərdi yaşayış evindən ibarətdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********67-10301 reyestr nömrəli, ünvan 7 (Yeni qaydalarla: AZ 1050, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 63.20 kv.metr olan fərdi yaşayış evi və onun üzərində yerləşdiyi 0.1085 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********41-10301 reyestr nömrəli, ünvan 7 (Yeni qaydalarla: AZ 1050, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 88.40 kv.metr olan fərdi yaşayış evi və onun üzərində yerləşdiyi 0.059920 ha torpaq sahəsi X2 mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 10/7065 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.09094 ha olsa da, faktiki olaraq hasardaxili 0.1079 ha təşkil edir. Sahə üzərində ümumi sahəsi 63.2 kv.metr olan fərdi yaşayış evi mövcuddur. Qeyd olunan 0.9094 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 63.2 kv.metr olan fərdi yaşayış evi **********48-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işləri aparılmayıb. Cavabdehlərə məxsus fərdi yaşayış evi onun yerləşdiyi torpaq sahəsi (X5 16 saylı, xx.xx.1989-cu il tarixli qərarına və fevral 1989-cu il tarixli texniki pasportuna əsasən) **********41-10301 reyestr nömrəsi ilə Cavabdeh1 xüsusi mülkiyyətindədir (0.05992 ha torpaq sahəsi, ümumi sahəsi 88.4 kv.metr yaşayış evi). Qeyd olunan fevral 1989-cu il tarixli texniki pasport cavabdehlərə məxsus torpaq sahəsinə uyğundur.
İşin faktiki halları.
11. ünvan 7 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.1085 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
12. ünvan 7 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi ******* ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İşin hallarından müəyyən olunur ki, tərəflər qonşu torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evlərində yaşayırlar. Həmçinin işin mübahisəsiz halıdır ki, tərəflərin yaşadığı fərdi yaşayış evləri, eləcə də bu evlərin yerləşdiyi torpaq sahələri onların xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. İddiaçı Esmira Əliyeva öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun (iddiaçının) atasına məxsus olmuş, lakin cavabdehlər həmin sahəni qanunsuz olaraq zəbt etmişlər. Öz növbəsində cavabdehlər isə yaşadıqları fərdi yaşayış evi, eləcə də evin yerləşdiyi torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüququna istinad edərək iddianı qəbul etməmişlər.
18. Bu vəziyyətdə hazırkı mübahisənın həlli üçün məhkəmənin vəzifəsi cavabdehlərin hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçı Esmira Əliyevanın mülkiyyət hüququnun pozulub-pozulmamasının, yəni onun mülkiyyət hüququna hər hansı müdaxilənin olub-olmamasının araşdırılmasından ibarət olmuş və bunun müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulan suallara cavab olaraq, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması, sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikinti işlərinin aparılmaması, cavabdehlərə məxsus fərdi yaşayış evinin, eləcə də həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə Cavabdeh1 xüsusi mülkiyyətində olması barədə rəy verilmişdir.
19. Bununla da iddiaçı Esmira Əliyevaya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması sübut edilməmiş, əksinə iddiaçının zəbt edildiyini iddia etdiyi sahənin Cavabdeh1 xüsusi mülkiyyətində olması müəyyən edilmişdir.
20. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmədə verdiyi izahatından belə başa düşülür ki, o, mübahisəli sahəyə dair cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənədin qanunsuz olmasına istinad edir və məhz bu səbəbdən cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını tələb edir.
21. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hansı ki, bu prezumpsiya reyestrdə qeydə alınmış mülkiyyəti hüquqlarına dair qanuni prezumpsiyadır. Nəzərə alınmalıdır ki, prezumpsiya dedikdə əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
22. Odur ki, mübahisəli əmlakın rəsmi qaydada Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi bu əmlakın məhz həmin şəxsin mülkiyyəti kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək reyestrdə qeydə alınmış mülkiyyət hüququ dövlət tərəfindən qorunan əmlak hüququ sayılır və mülkiyyətçilər bu hüquqlarını qanunauyğun olaraq həyata keçirtməkdə sərbəstdirlər.
23. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna hər hansı müdaxilə edilməmiş, torpaq sahəsi zəbt edilməmişdir. Bu baxımdan iddiaçının müvafiq iddiası əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.
25. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühəndis texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
26. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına hesabına ödənilməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpağın boşaldılması, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva