Məhkəmə qərarları › İş №2(067)-2219/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2219/2025

19.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2219/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, tikililərin sökülməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneçiliklərin aradan qaldırılması» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən JN0062, kod 30217058 saylı, 1998-ci il, 27 noyabr tarixli dövlət aktına əsasən ona məxsus Xaçmaz rayonu, Sabir-oba kəndində yerləşən 0.24 ha torpaq sahəsinin zəbt edildiyi 0.14 ha hissəsinin boşaldılması, gediş-gəliş yolunda inşa etdiyi mişar daşının cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanmalıdır. Belə ki, ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 saylı qərarının 2.-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6.-cı maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, tikililərin sökülməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneçiliklərin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 166, 259.0.7, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, tikililərin sökülməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneçiliklərin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar