Məhkəmə qərarları › İş №2(012)-65/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-65/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-65/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh X1 vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı (maraqlı şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin 0.0133 ha hissəsində Cavabdeh1 və 0.0515 ha hissəsində isə cavabdeh X3 tərəfindən tikilmiş qeyri-qanuni tikilinin və hasarın sökülməsi, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə2 hazırki iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh X1 vəkili-nümayəndəsi Nümayəndə1 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsinin ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-65/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 10 manat məbləğində dövlət rüsumu (783340103 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 150 (100+50) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar