Məhkəmə qərarları › İş №2(012)-587/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-587/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-587/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinə yaranmış maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinə yaranmış maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun vəsaiti hesabına tikilən hasarın söküldüyü üçün ona vurulduğu zərərə görə 8000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdırlar:

1. Tərəflər iddia tələbində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması ilə bağlı tələbdə məsələni öz aralarında sülh yolu ilə həll etdiklərini bəyan edirlər.

2. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, iddiaçının vəsaiti hesabına tikilmiş olan hasarın sökülməsi ilə bağlı cavabdeh iddiaçıya aid 8 kv.metrlik hasar tikilinin öz vəsaiti hesabına tikilməsini öz öhdəsinə götürür.

3. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, məhkəmə xərcləri tərəflər arasında bərabər surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından və bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmadığından barışıq sazişi sazişdə göstərildiyi qaydada məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Museyib oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda təsdiq edilsin:

1. Tərəflər iddia tələbində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması ilə bağlı tələbdə məsələni öz aralarında sülh yolu ilə həll etdiklərini bəyan edirlər

2. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, iddiaçının vəsaiti hesabına tikilmiş olan hasarın sökülməsi ilə bağlı cavabdeh iddiaçıya aid 8 kv.metrlik hasar tikilinin öz vəsaiti hesabına tikilməsini öz öhdəsinə götürür

3. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, məhkəmə xərcləri tərəflər arasında bərabər surətdə bölüşdürülməlidir Cavabdeh Museyib oğlundan 50 manat məhkəmə xərci olaraq pul tutulub İddiaçı verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar