Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1303/2020 10.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İlham oğlu, İddiaçı5 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X1, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «qanunsuz tikilinin sökülməsi və torpaqdan çıxarma» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətlərində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları, cavabdehlər tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, onlar tərəfindən mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 iddia ərizəsində tələbilərini onunla əsaslandırmışdırlar ki, onlar Şəki rayonu Qayabaşı kənd sakinləridirlər. Azərbaycan Respublikasında aqrar islahat gedən zaman Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə onlara Şəki rayonu Qayabaşı kəndi ərazisindən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpağa dair JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin Şəki rayonu Qayabaşı kəndində məskunlaşmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsindən istifadə etməyə imkan verməmiş, onlara hücum etmiş və əkin sahəsini şumlamaq istəyəndə traktorun qabağına keçib şumlamağa imkan verməmişlər. Həmçinin, mülkiyyətlərində olan torpaq sahəsində qanunsuz tikililər inşa etmiş və orada özləri də qalmaqla mal-qara saxlamışlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində onlra torpaq sahələrini əkə bilmirlər. Dəfələrlə onlardan torpaq sahəsindən çıxmalarını tələb etsələr də müxtəlif bəhanələrlə çıxmayacaqlarını bildirmişlər. Halbuki, onların kifayət qədər maddi imkanları və Şəki rayonu Qayabaşı kəndi ərazisində bələdiyyə mülkiyyətində qanunsuz inşa etdikləri bir neçə yaşayış evləri vardır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli ərazi 20 ildən çoxdur ki, onların istifadəsində olmuşdur. Belə ki, həmin ərazi həmişə onlar tərəfindən əkilib-becərilmiş, istifadə edilmişdir. Onlar iddiaçılara məxsus olan heç bir torpaq sahəsini zəbt etməmişlər. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçıların izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. İşdə olan JN:266 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X5 17.65 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2-143/2004 saylı, xx xxx 2004-cü il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X4 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kəndindən verilmiş torpaq sahəsində İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyət hüququ bərpa edilmiş, həmin torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh3 çıxarılması qət edilmişdir. İşdə olan xx xxxx 2010-cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 və X7 arasında xx xxxx 2010-cu il tarixdə Şəki şəhər İHB-nin Bolludərə kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikah 02 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 417 saylı ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikililər ərazinin ümumi xəritəsinə əsasən İddiaçı1 Hüseyn oğlunun mülkiyyətində olan JN-266 saylı Dövlət Aktının 266C planında göstərilən 16.73 ha torpaq sahəsinin daxilində yerləşir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının adlarına qeydiyyata alınmışdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 417 saylı ekspert rəyi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikililərin ərazinin ümumi xəritəsinə əsasən İddiaçı1 Hüseyn oğlunun mülkiyyətində olan JN-266 saylı Dövlət Aktının 266C planında göstərilən 16.73 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçılar həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdeh2 iddianı qəbul etmir. Digər cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, JN:266 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X5 məxsus Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə iddiaçılar tərəfindən verilməmişdir. Bir sözlə, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsinə düşən tikililər cavabdehlərin hesabına sökülməli, torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlər tərəfindən yaradıla biləcək hər hansı maneələr onlara qadağan edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililər onların hesabına sökülməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə olan müdaxilələrə son qoyulmalıdır. İddia tələbinin «Cavabdeh2 JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması» hissəsinə xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 ödənilməlidir. 300 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililər onların hesabına sökülsün. Cavabdeh1 və Cavabdeh3 JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə olan müdaxilələrə son qoyulsun. İddia tələbinin «Cavabdeh2 JN:266 (Kod 40402048) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və xxx qızının ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu Qayabaşı kəndində yerləşən 17.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması» hissəsinə xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı nəzərə alınsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 ödənilsin. 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1303/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1303/2020
10.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver