Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-81/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh Haqverdi oğluna qarşı “icarəsində olan torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinə olan müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2018-ci il tarixli RX seriyalı №1230393 nömrəli Torpağa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə onun icarəsində olan Şəki rayonu Turan qəsəbəsində yerləşən 2.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh Haqverdi oğlunun çıxarılması, Cavabdeh Haqverdi oğlu tərəfindən torpaq sahəsinə olan müdaxilələrə son qoyulması, cavabdeh tərəfindən onun icarərsində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının Cavabdeh Haqverdi oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, 25 sentyabr 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclasları 22 oktyabr 2020 və 16 noyabr 2020-ci il tarixlərdə krçirilmiş mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 02 iyun 2021-ci il tarixə, saat 09:00-a təyin edilmişdir. 22 fevral 2021-ci il tarixdə İddiaçı nümayəndəsi (vəkili) X1 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Haqverdi oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, Cavabdeh Haqverdi oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Haqverdi oğluna qarşı “icarəsində olan torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinə olan müdaxilələrə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-81/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-81/2021
02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver